Loading presentation...

Present Remotely

Send the link below via email or IM

Copy

Present to your audience

Start remote presentation

  • Invited audience members will follow you as you navigate and present
  • People invited to a presentation do not need a Prezi account
  • This link expires 10 minutes after you close the presentation
  • A maximum of 30 users can follow your presentation
  • Learn more about this feature in our knowledge base article

Do you really want to delete this prezi?

Neither you, nor the coeditors you shared it with will be able to recover it again.

DeleteCancel

Əl-Xarəzmi

No description
by

cavid zeynalli

on 7 April 2015

Comments (0)

Please log in to add your comment.

Report abuse

Transcript of Əl-Xarəzmi

Əl-Xarəzmi
Əl-Xarəzmi
Bu əsərində Əl-Xarəzmi cəbri ayrı fənn kimi təqdim edir və onun texniki elmlərin öyrənilməsində önəmli yerə malik olduğunu elmi araşdırmaları ilə sübuta yetirir. Əl-Xarəzmi kitabında dünyada ilk dəfə onluq say sistemini gündəmə, elmə gətirmiş, həmçinin tənlik qurma yolu ilə məsələlərin həllinin yolunu göstərmişdir. Əl-Xarəzmi həmçinin ilk dəfə elmə kvadratın kök dərəcəsi, tək, tək say kimi terminləri gətirib. Məşhur türk riyaziyyatçı aliminin ən böyük xidmətlərindən biri də sıfırdan istifadə etməsi olub. Əl-Xarəzmi sıfrı hər şeyin başlanğıcı hesab edirdi. O sıfrın əhəmiyyəti haqqında belə yazıb: “Bütün saylar birdən çıxıb, bir isə sıfırdan. Sıfırda böyük bir məbədin gizləndiyini bilmək lazımdır: O (Allah), nə başlanğıcı olan, nə də sonu olan sıfır ilə simvollaşır. Eyni sıfır kimi, Allah nə çoxalır, nə də azalır. Nə ona axan, nə də ondan qopan bir şey var. Nəhayət, sıfır bütün sayları on qat çoxaldır və ya azaldır. Allah da hər şeyi nəinki on qat, minlərlə qat çoxaldır, həm də azaldır. O hər şeyi heçdən yaradır və yönləndirir.
ƏL XARƏZMİ
Əl-Xarəzmi bu biliklərinin yetərsiz olduğunu düşünərək Hindisatandakı elmi kitablarla tanış olmaq niyyətinə düşür. O, təxminə, 830-cu ildə xəlifənin icazəsi və xeyir-duası ilə Əfqanıstan yolu ilə Hindistana gəlir. O burada gəlişinin məqsədini hind imperatoruna bildirir və onun razılığı ilə bir müddət qədim kitabların tədqiqi ilə məşğul olur. Hindistandan qayıdandan sonra bildiklərini və oxuduqlarını yenidən nəzərdən keçirərək, Xarəzmi cəbr sahəsində ilk əsəri olan “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ”ni (“Cəbr və müqayisə hesabları”) yazır. Bununla da Xarəzmi Yaxın Şərq tarixində və dünyada cəbr elmi ilə bağlı ilk əsər yazan alim kimi məşhurlaşır. Qeyd etdiyimiz kimi dəqiq elmlər sahəsində daha əvvəl də bir sıra elmi tədqiqatlar aparılmışdı. Xarəzmi isə elmi tədqiqatları yenidən işləyərək onları təkmilləşdirdi və bununla da cəbri müstəqil elm sahəsi kimi elmə daxil etdi. O dövrdə onun ən böyük xidmətlərindən biri də birdərəcəli tənliklərin həlli yollarına paralel olaraq, ikidərəcəli tənliklərin həlli yollarını tapması oldu. Xarəzmi ikinci kitabı olan “Əl-cəbr vəl-müqabələ” ilə ikidərəcəli tənliklərin həlli yollarını sistemli olaraq müəyyən etdi. Bu əsərində Xarəzmi müəyyənləşdirdiyi həll yollarını bir müəllim kimi izah etmiş və həndəsi qanunlarla sübuta yetirmişdir.
Məşhur riyaziyyatçı alim əsərində həm də 1 və 2 dərəcəli tənliklərin həlli və cəbri kəmiyyətlərlə əməllərin qaydasını vermiş, hədləri tənliyin bir tərəfindən digər tərəfinə əks işarə ilə keçirmə əməlini “Əl-cəbr” adlandırmışdır. Xarəzmi çıxılanı tənliyin bir tərəfindən digər tərəfinə keçirmək əvəzinə, “bərpaetmə”, məchulları tənliyin bir tərəfinə, məlumları isə o biri tərəfinə keçirmək əvəzinə, “müqayisəetmə” işlətmişdir. “Bərpaetmə” ərəbcə “əl-cəbr” deməkdir. İndi bir çox əcnəbi dillərdə işlənən “alqebra” sözü “əl-cəbr” sözünün dəyişdirilmiş tələffüzüdür.

Əl-Xarəzmi “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ”nin (“Cəbr və müqayisə hesabları”) əvvəlində belə yazır: “Alqoritm belə deyir: “Rəbbimiz və qoruyucumuz olan Allaha həmd və səna olsun”.
Məşhur riyaziyyatçı alim əsərində həm də 1 və 2 dərəcəli tənliklərin həlli və cəbri kəmiyyətlərlə əməllərin qaydasını vermiş, hədləri tənliyin bir tərəfindən digər tərəfinə əks işarə ilə keçirmə əməlini “Əl-cəbr” adlandırmışdır. Xarəzmi çıxılanı tənliyin bir tərəfindən digər tərəfinə keçirmək əvəzinə, “bərpaetmə”, məchulları tənliyin bir tərəfinə, məlumları isə o biri tərəfinə keçirmək əvəzinə, “müqayisəetmə” işlətmişdir. “Bərpaetmə” ərəbcə “əl-cəbr” deməkdir. İndi bir çox əcnəbi dillərdə işlənən “alqebra” sözü “əl-cəbr” sözünün dəyişdirilmiş tələffüzüdür.

Əl-Xarəzmi “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ”nin (“Cəbr və müqayisə hesabları”) əvvəlində belə yazır: “Alqoritm belə deyir: “Rəbbimiz və qoruyucumuz olan Allaha həmd və səna olsun”.

Əl-Xarəzmi
Onu da deyək ki, Xarəzminin adı Avropada latınca “Alkhorismi” kimi tələffüz edildiyi üçün tapdığı metoda “alqoritm” adı verilmişdir. Yenə də təəssüflər olsun ki, sivil Avropanın orta məktəblərində cəbr fənninin tədrisi zamanı alqoritm terminindən istifadə edən müəllimlər bu terminin məhz Əl-Xarəzminin adı ilə bağlı olması barədə şagirdlərə heç bir məlumat vermirlər. Bunun səbəbini isə Qərbin min illər boyu Əl-Xarəzmidən öyrənməsinə baxmayaraq, bu məşhur türk aliminin dahiliyini və böyüklüyünü həzm edə bilməməsində axtarmaq lazımdır. Halbuki Əl-Xarəzminin “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ” (“Cəbr və müqayisə hesabları”) və ya qısaca desək ,cəbr kitabı min ildən artıq bir müddətdə Avropada dərs kitabı kimi istifadə olunub.

Yenə də fəxrlə vurğulamaq istəyirik ki, Xarəzminin bu əsəri dəqiq elmlər sahəsində inqilabi bir sıçrayışa gətirərək, sonrakı yüzilliklərdə elm və texnikanın sürətli inkişafının bünövrəsini təşkil etdi. Bugünkü sivil elmi-texniki inkişafı Əl-Xarəzminin “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ”sız (“Cəbr və müqayisə hesabları”) təsəvvir etmək mümkün deyil. Təsadüfi deyil ki, məşhur türk riyaziyyatçı aliminin bu əsərindən dünyada yüz illər ərzində tədris vasitəsi kimi istifadə edilib.
Qərbin məşhur Rocer Bekon, Fibonaççi kimi alimləri Əl-Xarəzminin bu əsərini dönə-dönə tədqiq etmiş, onun dahiliyi qarşısında baş əymiş və bunu fəxrlə də dilə gətirmişlər.

Bir sözlə, türk alim Əl-Xarəzmi bu əsəri ilə “Cəbr və alqoritm” elminin banisi və bu elmlərə ad verən dahi İslam alimi olmaq şərəfinə nail olub
ƏL XARƏZMİ
Xarəzmi ikinci kitabı olan “Əl-cəbr vəl-müqabələ” ilə ikidərəcəli tənliklərin həlli yollarını sistemli olaraq müəyyən etmişdir. Bu əsərində Xarəzmi müəyyənləşdirdiyi həll yollarını bir müəllim kimi izah etmiş və həndəsi qanunlarla sübuta yetirmişdir.

Əl-Xarəzminin “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ”sız (“Cəbr və müqayisə hesabları”) “Cəbr və müqabələ...” əsəri XII əsrdə ərəbcədən latıncaya tərcümə edildikdən sonra hind say sistemi Avropada tanınmışdır.
HAZIRLADI-CAVİD ZEYNALLI
URFAN ƏLVANİ
Full transcript