Loading presentation...

Present Remotely

Send the link below via email or IM

Copy

Present to your audience

Start remote presentation

  • Invited audience members will follow you as you navigate and present
  • People invited to a presentation do not need a Prezi account
  • This link expires 10 minutes after you close the presentation
  • A maximum of 30 users can follow your presentation
  • Learn more about this feature in our knowledge base article

Do you really want to delete this prezi?

Neither you, nor the coeditors you shared it with will be able to recover it again.

DeleteCancel

Make your likes visible on Facebook?

Connect your Facebook account to Prezi and let your likes appear on your timeline.
You can change this under Settings & Account at any time.

No, thanks

BÜLLETEN II rüb 2016

No description
by

Elchin Guliyev

on 7 October 2016

Comments (0)

Please log in to add your comment.

Report abuse

Transcript of BÜLLETEN II rüb 2016

BÜLLETEN
Azərbaycan Respublikası
Dövlət Neft Fondu
II rüb
Aprel, May, İyun
2016-cı il
Müasir dövrdə dünyada gedən qloballaşma və inteqrasiya prosesləri müəssisə və təşkilatların fəaliyyət və inkişaf xüsusiyyətlərini əks etdirən effektiv idarəetmə metodların (o cümlədən layihələrin idarəedilməsi) tətbiqini şərtləndirir. Layihələrin idarəedilməsi dedikdə müəyyən olunmuş müddət və büdcə çərçivəsində nəticələrin nail olunmasına istiqamətləndirilmiş tədbirlər sistemi başa düşülür. Layihələrin idarəedilməsinin obyekti bir və ya bir neçə layihələr ola bilər. Layihələrin həyata keçirilməsi dövründə layihə resurslarının dəyəri arta bildiyi üçün, layihə üzrə risklər də artırır. Gecikmə ilə müəyyən olunmuş kənarlaşmalar (müddətlərin, faktiki göstəricilərin planlaşdırılmışlardan, maliyyə resursların təsdiq olunmuş büdcədən) və risklərin müəyən edilməsində nöqsanlara yol verilməsi layihənin tam yerinə yetirilməsinin qeyri mümkün olmasına səbəb ola bilər. Bu da müntəzəm olaraq layihənin işçi proseslərinin təshih edilməsi zərurətini ortaya qoyur. Belə ki, layihələrin təşkili və icrasına nəzarət sistemində əsas rollardan biri monitorinqə məxsusdur.

Layihələrin idarəedilməsi prosesində monitorinq sisteminin təşkili


Monitorinq
(lat. – nəzarət edən) – idarəetmə müddəti ərzində idarəolunan obyektdə baş verən dəyişikliklərə müntəzəm aparılan xüsusi müşahidə və təhlil üsuludur. Çox vaxtlar monitorinqi nəzarət ilə eyni tuturlar, lakin aralarında əlaqə olsa da, bunlar bir-birindən fərqlənirlər. Monitorinqin nəzarətdən əsas fərqi ondan ibarətdir ki, idarəetmə qərarlarının birincidə yoxluğu, ikincidə isə - olmasıdır. Əgər nəzarət – idarəetmənin funksiyası, idarəetmə fəaliyyəti, prosesidirsə, hansı ki təşkilata imkan yaradır qoyulmuş hədəflərə çatsın, onda monitorinq – nəzarət funksiyalarının effektiv həyata keçirilməsini təmin edən bir alətdir. Monitorinq və nəzarət prosesləri oxşar olduğundan, bunlara birlikdə də baxıla bilər.
Layihələrin idarəedilməsində monitorinqin məqsədləri aşağıdakı istiqamətlər ilə məhdudlaşır:
• layihənin əsas göstəricilərinə nəzər yetirməsi, hansılar ki xarici (investorlar, partnerlar) və daxili (sahiblər, top-menecerlər) istifadəçilər üçün maraqlıdır;
• layihənin həyata keçirilməsi zamanı müəyyən olunmuş problemlərin qabardılması;
• layihənin idarəedilməsi sisteminin təkmilləşdirilməsi;
• planlaşdırılmış göstəricilərdən kənarlaşmalara müntəzəm olaraq reaksiyanın verilməsi;
• təşkilatın strateji inkişaf istiqamətlərinin təshih edilməsi;
• layihənin həyata keçirilməsində ehtimal edilən təhlükələrin qarşısının alınmasına yönələn təklif və tövsiyələrin əsaslandırılması.

Layihənin idarəedilməsi prosesində monitorinq aşağıdakı məsələlərin (tapşırıqların) həllinə imkan verir:
- layihə tapşırığının yerinə yetirilməsi və ümumilikdə layihə barədə müntəzəm olaraq və dəqiq məlumatların alınmasının təşkili;
- layihənin icrasına təsir edən risklərin müəyyən edilməsi və onların təsir dərəcəsinin qiymətləndirilməsi;
- layihə üzrə proqnozların hazırlanması və idarəetmə qərarlarının qəbul edilməsi;
- neqativ halların aradan qaldırılması və pozitiv halların dəstəklənməsinə dair tövsiyyələrin verilməsi.

Monitorinq sisteminin formalaşması aşağıdakı prinsiplərə əsaslanmalıdır:
sistemli yanaşma (komplekslı hazırlıq və məlumatın qiymətləndirilməsi, proqnoz və tövsiyyələrin hazırlanması);
dəyişikliklərə qarşı elastik reaksiya verilməsi;
idarəetmə qərarların qəbuledilməsində çeviklik;
təşkilatın məqsədlərinə uyğunluq;
monitorinq məlumat bazasının müntəzəm olaraq yenilənməsi;
göstəricilərin tutuşdurulması.

Belə ki, monitorinqin məqsəd, tapşırıq və prinsipləri əsasında onun əsas mərhələlərini qeyd etmək olar.
Monitorinq sisteminin effektivliyini təmin etmək məqsədi ilə onun yaradılması mərhələsində menecerlərin nəzarət və məsuliyyət dairəsini və işlərin icraçılarını müəyyən etmək zəruridir (praktikaya görə funksiyaların təxmini bölgüsü aşağıdakı kimidir).
Layihənin rəhbəri
Layihənin icraçısı
Müəllif: Rəhim Məmmədov
Xaricdə Təhsil üzrə Dövlət Proqramı
Cənub Qaz Dəhlizi
Bakı-Tbilisi-Qars Yeni Dəmir Yolu
STAR Neft Emalı Zavodu
Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması
Samur-Abşeron suvarma sisteminin
yenidən qurulması
Üzən qazma qurğusunun tikintisi layihəsi
Tələbələrin təhsil aldığı ölkələrin siyahısı
1
1
2
3
3
4
4
4
4
5
6
10
10
11
13
18
21
26
27
31
35
39
84
97
101
104
125
173
237
409
731
951

Məzunlarıın təhsil aldığı ölkələrin siyahısı
485
145
123
77
69
53
61
34
31
23
21
23
18
11
7
7
7
4
7
5
4
2
3
5
1
3
1

Bakalavr və mütəxəssis dərəcələrində təhsil alan tələbələrin prioritet sahələr üzrə bölgüsü
Magistratura pilləsində təhsil alanların prioritet sahələr üzrə bölgüsü
Tələbələrin dərəcələr üzrə sayı
1426
1173
523
139
24
5
İllər üzrə ödənişlər (mln manatla)
2.3
8
9.6
15
20
33
33.5
35.5
9.2
2016-ci il üzrə ödənişlər (mln manatla)
İllər üzrə ödənişlər (mln ABŞ dolları ilə)
51.0
685.9
150.9
İstiqrazların alışı və Nizamnamə kapitalına ödənişlər (mln ABŞ dollar ilə)
2.5
0.9
İllər üzrə ödənişlər (mln manatla)
İllər üzrə ödənişlər (mln ABŞ dolları ilə)
İllər üzrə ödənişlər (mln manatla)
0.7
37.8
20
15
40.4
110
154.1
145
90
105
140
300
300
300
150
55.2
2016-ci ilin birinci yarımilliyi ərzində aylar üzrə ödənişlər (mln manatla)
7.2
7.7
11.6
9.6
5.8
13.2
İllər üzrə ödənişlər (mln manatla)
37
76.9
120.6
130
130
200
200
174
80.2
90
19.6
İllər üzrə ödənişlər (mln ABŞ dolları ilə)
215.6
192.9
287.6
74
2016-CI İLİN İKİNCİ RÜBÜNDƏ ÖLKƏDƏ BAŞ VERƏN ƏSAS SOSİAL-İQTİSADİ HADİSƏLƏR
2016-CI İLİN İKİNCİ RÜBÜNÜN ƏSAS FİSKAL XƏBƏRLƏRİ
Şimal-Cənub Beynəlxalq
Nəqliyyat Dəhlizi
Astara çayı üzərində dəmir yolu körpüsünün təməlinin qoyulması

İqtisadiyyat naziri cənab Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan və İran ərazisində tikilən Qəzvin-Rəşt dəmir yolu xətti, eləcə də tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xətti layihələri ilə yaxından tanış olmaq üçün İran İslam Respublikasında səfərdə olmuşdur. Aprel ayında dəhlizin önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulmuşdur.
Dəmir yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. Layihələndirilən körpünün üzərində hər 2 istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq. Dəmir yolu körpüsünün tikinti xərcləri iki ölkə tərəfindən bərabər paylarla ödəniləcək. 2016-cı ilin sonunadək Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşdırılması nəzərdə tutulur. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin digər hissələrinin tikintisi üzrə də danışıqlar aparılır.
Belə ki, artıq Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisinin böyük hissəsi yekunlaşıb. 164 km-lik Rəşt-Astara (İran) dəmir yolunun həyata keçirilməsi üzrə danışıqlar davam etdirilir.

Gömrükdə “Yaşıl dəhliz”
Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ölkə prezidentinin 21 may 2016-cı il tarixli fərmanı ilə “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” təsdiq olunmuşdur. Fərman həmçinin Qaydalarda nəzərdə tutulan buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastrukturun yaradılması üçün maliyyələşmənin Nazirlər Kabineti tərəfindən təmin olunmasını nəzərdə tutur.

İpoteka kreditləşməsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Prezidenti 22 iyun 2016-cı il tarixində “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsini təsdiq edən fərman imzalamışdır. Fərman ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın olması, ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi, həmin şəxslərin müvəkkil bank (banklar) tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılması, ödənişlərin elektron formada həyata keçirilməsi üçün imkan yaradılması və digər xidmətlərin göstərilməsi ilə məşğul olacaq “Elektron ipoteka” sisteminin yaradılmasını nəzərdə tutur. Habelə Fərmanda müxtəlif dövlət orqanlarının Fondun fəaliyyətinə aid səlahiyyətləri təyin olunmuşdur. 22 iyun tarixli digər fərmanda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsinə dair tələbləri, ipoteka kreditinin verilməsi prosedurunu, ipoteka krediti üzrə hüquqların əldə olunmasını və geri alınmasını, habelə ipoteka kreditləşməsi ilə bağlı digər məsələləri müəyyən edən qaydalar təsdiq olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ölkə rəhbərinin 11 aprel 2016-cı il tarixli fərmanında Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması öz əksini tapmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə seçiləcək.

Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Prezidentinin 1 iyun 2016-cı il tarixli fərmanı Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədi ilə “ASAN Viza” sisteminin yaradılmasını nəzərdə tutur. Fərmanda elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun elektron qaydada ödənilməsi, elektron vizanın üç iş günü müddətində verilməsi elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi kimi tədbirlər öz əksini tapmışdır. Eyni zamanda, “ASAN Viza” sisteminin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiyası planlaşdırılır.

İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin
yaradılması
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ölkə rəhbərinin 20 aprel 2016-cı il tarixli fərmanı ilə dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində son vaxtlar aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədi ilə “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs yaradılmışdır.

Maliyyə Nazirliyi tərəfindən
dövlət istiqrazlarının
yerləşdirilməsi
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi barədə

21 iyun 2016-cı il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0102001515 ISIN kodlu, tədavül müddəti 182 gün olan 10,0 milyon manat və AZ0104002511 ISIN kodlu, tədavül müddəti 364 gün olan 10,0 milyon manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.
Birinci qrup dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 52,8 milyon manat təşkil etmişdir.
Maliyyə Nazirliyi tərəfindən 10,0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 95,94 (gəlirlilik 8,6%) səviyyəsində müəyyən edilmişdir. İstiqrazların ödəmə müddəti 20 dekabr 2016-cı ildir.
Eyni zamanda, ikinci qrup dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 36,4 milyon manat təşkil etmişdir.
Maliyyə Nazirliyi tərəfindən 10,0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 91,4 (gəlirlilik 9,5%) səviyyəsində müəyyən edilmişdir.
İstiqrazların ödəmə müddəti 20 iyun 2017-ci ildir.

2016-ci il 31 may tarixində «Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında» Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul edilmişdir.

2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 438,0 mln. manat proqnoza qarşı 17 498,0 mln. manat və ya 90,0 faiz icra olmuşdur.
2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 41,6 faizini qeyri-neft sektorundan gəlirlər təşkil etmişdir ki, bu da 2014-cü illə müqayisədə 7,6 faiz-bənd, 2013-cü illə müqayisədə 14,7 faiz-bənd çoxdur.
2015-ci il dövlət büdcəsinin xərcləri 21 100,0 mln. manat proqnoza qarşı 17 784,5 mln. manat və ya 84,3 faiz icra edilmişdir. ÜDM-də dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 32,7 faiz təşkil etmişdir.
2015-ci il icmal büdcənin gəlirləri 20 716,8 mln. manat proqnoza qarşı 18 416,0 mln. manat və ya 88,9 faiz, xərcləri isə 25 911,0 mln. manat proqnoza qarşı 21 014,7 mln. manat və ya 81,1 faiz icra olmuşdur. İcmal büdcənin kəsiri 2598,7 mln. manat təşkil etmişdir.

2016-Iİ İLİN İKİNCİ RÜBÜ ÜZRƏ DÖVLƏT BÜDCƏSİNİN GÖSTƏRİCİLƏRİ

2016-cı ilin iki rübü ərzində dövlət büdcəsinin mədaxili 6 133,8 mln. manat, xərcləri 6 821,5 mln. manat olmuş, 687,7mln. manat məbləğində büdcə kəsiri yaranmışdır.

ARDNF-İN 2016-CI İL
BÜDCƏSİ
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası, gəlirlər 7 721,1 milyon manat, xərclər 9 187,8 milyon manat və ya Fondun 2015-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 75,4%, xərclər üzrə 77,8% səviyyəsində təsdiq edilmişdir.

Mənzil İnşaatı Dövlət Agentliyinin
yaradılması
Ərzaq məhsullarının
tədarükü və təchizatı
Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilən qaydaların əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin prosedur və prinsiplərini, həmçinin bu məhsulların dəyərinin hesablanması ilə bağlı meyarları və digər prinsipləri müyyənləşdirməkdir.
Satınalmaların mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə ölkə rəhbəri 11 aprel tarixində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalamışdır.
Full transcript