Loading presentation...

Present Remotely

Send the link below via email or IM

Copy

Present to your audience

Start remote presentation

  • Invited audience members will follow you as you navigate and present
  • People invited to a presentation do not need a Prezi account
  • This link expires 10 minutes after you close the presentation
  • A maximum of 30 users can follow your presentation
  • Learn more about this feature in our knowledge base article

Do you really want to delete this prezi?

Neither you, nor the coeditors you shared it with will be able to recover it again.

DeleteCancel

Make your likes visible on Facebook?

Connect your Facebook account to Prezi and let your likes appear on your timeline.
You can change this under Settings & Account at any time.

No, thanks

Strategiyanın uğurluluğunun əsas meyarları və onların işlənm

No description
by

Bayram Khalilzade

on 21 April 2014

Comments (0)

Please log in to add your comment.

Report abuse

Transcript of Strategiyanın uğurluluğunun əsas meyarları və onların işlənm

STRATEGİYANIN UĞURLULUĞUNUN ƏSAS MEYARLARI VƏ ONLARIN İŞLƏNMƏSİNƏ YANAŞMALAR
STRATEGİYANIN UĞURLU OLMASININ
ƏSAS MEYARLARI
İqtisadi ədəbiyyatlarda strategiyanın uğurluluğunu müəyyən etmək üçün aşağıdakı 3 əsas meyardan istifadə edilir:
ƏSAS STRATEJİ YANAŞMA
Bu yanaşmada menecer əsas icraçı və sahibkar kimi çıxış edir, vəziyyətin və alternativ strategiyaların qiymətləndirilməsində, strategiyanın əsas hissələrinin qiymətləndirilməsində, strategiyanın əsas hissələrinin müəyyən edilməsində aparıcı rol oynayır. Bu o demək deyil ki, menecer strategiyanın hazırlanması üzrə bütün işləri özü həyata keçirir. Bu halda menecer strategiyanın işlənməsinin arxitektoru kimi çıxış edir və onun əsas təşkiledicilərinin formalaşmasında fəal rol oynayır. Bu yanaşmanın zəif cəhəti ondan ibarətdir ki, strategiyanın uğurluğu bir nəfərin - rəhbərin dünya görüşü, motivləri, biznes fəlsəfəsi, mədəni dəyərləri və peşəkarlıq səviyyəsi kimi xüsusiyyətlərindən asılı olur. Belə yanaşmadan adətən bir istiqamət üzrə ixtisaslaşmış kiçik və orta olçülü müəssisələrdə istifadə olunur.
RƏQABƏT MÜBARİZƏSİNDƏ ÜSTÜNLÜK MEYARI
Yaxşı strategiya sabit rəqabət üstünlüyünün əldə edilməsinə aparır. Strategiyanın köməyi ilə yaranmış rəqabət üstünlüyünün möhkəmliyi nə qədər yüksək olarsa, strategiya bir o qədər səmərəli hesab edilir.
BİRGƏ YANAŞMA
Bu yanaşma əvvəlki yanaşmalar arasında orta mövqedə dayanır. Burada menecer razılaşdırılmış strategiyanın işlənməsi və onun uğurlu həyata keçirilməsi üçün tabeçiliyində olan aşağı dərəcəli menecerləri bu işə cəlb edir. Birgə yanaşmanın ən üstün cəhəti ondan ibarətdir ki, burada qəbul edilən strategiya onu qəbul edən şəxlər tərəfindən də icra edilir. Buna görə də, strategiyanın işlənməsinə cəlb edilmiş gələcək icraçılar bu prosesdə daha fəal iştirak edirlər. Bu yanaşmanın zəif cəhəti isə ondan ibarətdir ki, burada cəsarətli təşəbbüslərdən məhrum olan razılaşdırılmış variant strategiyası kimi qəbul edilir. Bəzi hallarda isə şirkətdə böyük təsir gücünə malik olan qrupun maraqlarını ifadə edən variant startegiya kimi qəbul edilir.
UYĞUNLUQ DƏRƏCƏSİ MEYARI
Yaxşı strategiya şirkətin daxili və xarici mühitinə, imkanlarına və istəklərinə uyğun gəlməlidir. Vəziyyətə uyğun olmayan strategiya uğur qazana bilməz
TƏŞƏBBÜSKAR YANAŞMA
Bu yanaşmada rəhbər nə strategiyanın işlənməsi prosesinə, nə də bu işlə məşğul olan işçi qrupuna şəxsən başçılıq etmir. Burada rəhbər öz tabeçiliyində olan menecerləri yaxşı strategiyanı işləməyə, müdafiə etməyə və reallaşdırmağa həvəsləndirir, strategiyanın işlənməsi prosesi aşağıdan yuxarı istiqamətdə irəliləyir. Rəhbərlər aşağı ranqlı menecerlərin onlara təqdim etdiyi strategiyaları qiymətləndirən hakim rolun da çıxış edirlər. Bu yanaşma diversifikasiya dərəcəsi böyük olan şirkətlərdə daha çox istifadə edilir. Belə ki, belə şirkətələrin rəhbərləri müxtəlif sahələr üçün uğurlu strategiyaların işlənməsinə şəxsən rəhbərlik etmək imkanında olmurlar. Adətən şirkətin biznes vahidlərinin problemlərini və strateji imkanlarını daha yaxşı bilən yerli menecerlər baş ofisdə işləyən menecerlərə nisbətən daha yaxşı işgüzar strategiyanı təqdim edə bilirlər. Bu yanaşmanın əsas mənfi cəhəti ondan ibarətdir ki, aşağılardan gələn və adətən biznes-vahidlərin və ya funksional bölmələrin problemləri və imkanları ilə bağlı olan strateji təşəbüslər arasında məntiqi bağlılıq tapmaq çox çətin olur və onları bir strateji istiqamət altında birləşdirmək demək olar ki, mümkün olmur.
SƏLAHİYYƏTLƏRİN ÖTÜRÜLMƏSİ YANAŞMASI
Bu yanaşmada menecer strategiyanın işlənməsi vəzifəsini strateji planlaşdırma bölməsinə və ya mütəxəssislərdən ibarət komissiyaya tapşırır. Menecer işin gedişatı ilə dövri hesabatlar və müşavirələr vasitəsi ilə tanış olur, rəsmi qaydada təqdim edilərək müzakirələrdə tam həmrəyliklə qəbul edilmiş strateji planı təsdiq edir. Bu yanaşma menecerə strateji ideyalar arasında daha yaxşı seçim etməyə, müxtəlif dərəcəli menecerləri bu işə cəlb etməyə imkan verir. Bu yanaşmanın mənfi cəhəti isə menecerin şirkətə strateji rəhbərlik etmə imkanlarının azalmasıdır. Bir çox hallarda şirkətlərdə strategiyanı qısa müddətlər üçün işləyirlər. Belə strategiya cari problemlərin həllinə istiqamətlənir və müəssisəyə gələcəkdə yaranacaq imkanlardan istifadə imkanı yaratmır.
Uyğunluq dərəcəsi meyarı.
Rəqabət mübarizəsində üstünlük meyarı.
İşlərin intensizliyi meyarı.
İŞLƏRİN İNTENSİVLİYİ MEYARI
Yaxşı strategiya şirkətin işinin intensivliyini artırır. Mənfəətliliyin artırılması, şirkətin uzunmüddətli işgüzar fəallığının və rəqabət qabiliyyətliliyinin artırılması üzrə işlər daha əhəmiyyətli hesab edilir.
STRATEGİYALARIN İŞLƏNMƏSİNƏ YANAŞMALAR
Şirkətlərdə strategiyaların işlənməsi prosesinə müxtəlif formada yanaşırlar. Sahibi tərəfindən idarə olunan kiçik şirkətlərdə strategiyanın işlənməsi qeyri-formal sürətdə baş verir, bir çok hallarda yalnız menecerin yaddaşında olmaqla yazılı sürətdə mövcud olmur. İri şirkətlərdə isə strategiyalar idarəetmə əməliyyatlarının köməyi ilə hazırlanır. Bu işlərin görülməsi üçün böyük inzibati potensialın mövcudluğu, çoxsaylı tədqiqatlar və təklif olunan qərarların müzakirəsi üçün görüşlər tələb edilir. Şirkətin diversifikasiya dərəcəsi yüksək olduğu hallarda, menecerlər inzibayi yoxlamadan keçmiş və bütün səviyyələrdə rəsmən təsdiq edilmiş plana daha çox üstünlük verirlər

KHALILZADE BAYRAM 521 M
Full transcript