Loading presentation...

Present Remotely

Send the link below via email or IM

Copy

Present to your audience

Start remote presentation

  • Invited audience members will follow you as you navigate and present
  • People invited to a presentation do not need a Prezi account
  • This link expires 10 minutes after you close the presentation
  • A maximum of 30 users can follow your presentation
  • Learn more about this feature in our knowledge base article

Do you really want to delete this prezi?

Neither you, nor the coeditors you shared it with will be able to recover it again.

DeleteCancel

Make your likes visible on Facebook?

Connect your Facebook account to Prezi and let your likes appear on your timeline.
You can change this under Settings & Account at any time.

No, thanks

Ətraf Mühitin İqtisadiyyatı

No description
by

sevinc abbasova

on 8 March 2016

Comments (0)

Please log in to add your comment.

Report abuse

Transcript of Ətraf Mühitin İqtisadiyyatı


Diqqətinizə görə
Təşəkkürlər
Təbii resursların ehtiyatlarının məhdudiyyətlilik problemi
İqtisadi Qiymətlənmə tarixi kateqoriyadır.
Dövlət siyasəti səviyyəsində təbii resurslarının iqtisadi qiymətləndirilməsi
Dövlət siyasəti səviyyəsində təbii resurslarının iqtisadi qiymətləndiril¬məsi aşağıdakı istiqamətdə olur:
— Təbiətdən istifadə olunmanın ödənişli olması (vergi¬qoyma);
— Təbii-resurs potensialının tükənməsindən təbiətə vuru¬lan iqtisadi ziyanın kompensasiya xərclərinin müəyyənləşdiril¬məsi;
— milli sərvətlərin strukturu və həcmini müəyyənləşdir¬mək;
— təbiətdən istifadə obyektlərinin sığortalanması üçün he¬sabat parametrlərinin xarakteristikası

Təbii resursların ehtiyatlarının məhdudiyyətlilik problemi ilə əlaqədar, tükənən və bərpa olunma göstəriciləri əsasında aparılan təsnifatın da əhəmiyyəti böyükdür və bu, həmçinin ekoloji təsnifat adlanır. Bu baxımdan, resurslar tükənməyən (günəş enerjisi, külək, axan sular, yerin daxili istiliyi və s.) və tükənənlərə bölünür. Tükənən təbii resurslar, öz növbəsində, bərpa olunanlara (torpaq, su, bitki, heyvan) və bərpaolunmayanlara (mineral sərvətlər) ayrılır. Baxmayaraq ki, resursların əsas istiqaməti insan cəmiyyətinin tələbatını ödəmək olsa da, onların təsərrüfat təsnifatı (iqtisadi) böyük əhəmiyyət kəsb edir. Onun əsasında xalq təsərrüfatının müxtəlif sahələrində resurslardan artıqlaması ilə istifadə olunması durur. Bu xüsusiyyələrinə görə onlar iki qrupa ayrılır: maddi istehsal resursları və xidmət sahələrinin resursları. Maddi istehsal resursları özündə aşağıdakıları birləşdirir:
a) sənaye əhəmiyyətli – yanacaq, energetika, metal filizləri, aqrokimyəvi, su, meşə xammalları və s;
b) kənd təsərrüfatı əhəmiyyətli torpaq, suvarma üçün su, iqlim resursları və s.;
c) tikinti əhəmiyyətli – mineral tikinti materialları, su, oduncaq və s.
Xidmət sahələri resursları da öz növbəsində, aşağıdakı qruplara bölünür:
a) birbaşa istehlak olunan (içməli su, yabanı bitkilər, ov heyvanları və s.);
b) dolayısı ilə istifadə olunan (istirahət və müalicə üçün iqlim resursları, rekreasiya və idman məqsədilə su hövzələri, meşələr, estetik landşaft resursları və s.).

TRKƏK
like comment share
İqtisadi Qiymətlənmə tarixi kateqoriyadır. Bunun tarixiliyi istehsal qüvvəsinin inkişafından, texnika və texnologiyanın yeniləşməsindən əmək məhsuldarlığından, resursların istifadə effektindən asılıdır.
İqtisadi qiymətlənmənin əsas məsələlərindən biri təbii sərvətlərin təssərüfat dövriyyəsindən çıxarılması cəmiyyətə dəyən maddi ziyanın müəyyənləşdirməsidir: (su an¬barlarının tikintisindən torpaqların su basmasından dəyən ziyan, tikintiyə ayrılmış torpaqların qiymətləndirilməsi). Təbii sərvətlərin iqtisadi qiymətlənməsi labüddür və təbiəti mühafizə tədbirlərinin effektliyini nəzərə almaqla, həmin tədbirlərə sərf olunan xərcləri vuralan ziyanların aradan qaldırılması ilə müqayisə edərək müəyyənləşdirmək olar. İqtisadi qiymətləndirilmə təbiətdən istifadənin ödənişliliyi əsasında müəyyənləşir.

TRKƏK-ə daxildir:
— təbii resursların kəmiyyət və keyfiyyət qiymətləndiril¬məsi;
— resursların yerləşmələri haqqında məlumat, status və mülk subyektləri, təbii resursların istifadəsi və yerləşməsi;
— regionun ekoloji vəziyyətinin dinamikası (hər bir təbii resursun istifadəsinin ekoloji məhdudiyyəti);
— resursların iqtisadi qiymətləndirilməsi təbii resursların¬dan istifadə etmə haqqını və d. iqtisadi tənzimləyiciləri müəy¬yən¬ləşdirən bazadır. Bazarın inkişafı TRKƏK informa¬siya re¬surslarına olan tələbat dövlət orqanlarının təbiətdən isti¬fadə idarələrinin, müxtəlif firmaların, milli təbii sərvətlərin xərc qiy¬mətləndirilməsinə cavabdeh olduqları kimi, sığorta kom¬pa¬ni¬ya¬ları və s. də cavabdeh olacaqlar.

Təbii-resurs potensialı
Təbii-resurs potensialı dedikdə, regionun təbii resurslarının məcmuu başa düşülür ki, o da elmi-texniki tendensiyalar nəzərə alınmaqla təsərrüfatda istifadə olunur və ya oluna bilər. Təbii-resurs potensialının böyüklüyü ayrı-ayrı təbii resurs poten¬siallarının cəmidir (mineral, su, meşə, torpaq və s.) və bir çox amillərdən asılıdır. Bunlardan ən başlıcası regionda mövud olan təbii resursların miqdarı (istehsal prosesinə cəlb olunmuş və istifadə edilə bilən təbii resurslar nə qədər çox olarsa, deməli təbii-resurs potensialı bir o qədər çoxdur), onların kəmiyyət və keyfiyyət səciyyəsi (ehtiyatların çoxluğu, faydalı tərkibi, suxurların möhkəmliyi və s.), təbii resursların hər hansı nö¬vündən kompleks istifadənin mümkünlüyüdür.
Ərazilərin təbii-resurs potensialının o vaxt kəmiyyət qiy¬məti verilir ki, o, ayrı-ayrı növ təbii resursların potensialı vahid prinsipə əsasən hesablansın. Ədəbiyyatlarda müxtəlif təbii resursların üç mümkün kəmiyyət ortaqlığının istiqamətinə rast gəlinir: bal sistemin köməyi ilə, dəyərinin göstəricisi və mütləq enerji göstəriciləri. Bazar münasibətləri şəraitində daha çox əhəmiyyət kəsb edən qiymətli (pullu) və ya təbii-resurs po¬tensialının iqtisadi qiymətidir ki, bu da təbii resursların digər istehsal resursları ilə birlikdə qiymətləndirilməsini asanlaşdırır. Lakin müxtəlif təbii resursların iqtisadi qiymətinin vahid metodologiya əsasında aparılması çox çətindir.

Təbii mühit insanın təsərrüfat fəaliyyətinin təbii bazasıdır. İnsanın bütün istehsal fəaliyyəti təbiətin dəyişdirilməsi prosesi kimi təqdim olunur. Təbii şərait təbiətin elementləri olub, istehsal prosesində bilavasitə istifadə olunmur, lakin insanların həyat fəaliyyətinə təsir göstərir. Təbii resurslar – təbiətin varlı və güclü hissəsidir ki, bu da məhsuldar qüvvələrin inkişaf səviyyəsinin göstəricisi kimi xammal və enerji bazası qismində həm istehlak predmeti (içməli su, yabanı bitkilər, ov heyvanları, balıq və s.), həm də istehsal vasitəsi (əmək vasitəsi və cismi) kimi çıxış edir. Resurslar, insanların təbiətə təsiri ilə şəxsi istehlaka çevrilir ki, bu da əmək vasitəsi adlanır. Əmək vasitəsi kimi torpaq, yer, ərazi kimi çıxış edir, çünki burada faydalı qazıntılar, təbii xüsusiyyət və enerji¬daaşıyıcı olan əmək prosesi baş verir. Əmək vasitəsinə, həmçinin, küləyin, hündürlükdən axan suyun, qabarma və çəkilmənin gücü, kimyəvi, biokimyəvi reaksiyalar və s. aid edilir. Əmək va¬sitələri təbii xammallar olmaqla, istehsal prosesində emala tabe olaraq öz formasını dəyişir. İnsanlar təbiətdə böyük miq¬darda əmək vasitələrinə hazır vəziyyətdə rast gəlirlər (faydalı qazıntı yataqları, təbii meşələr, daxili su hövzələrində, dəniz və okean¬larda balıq resursları və s.).
Təbii Mühit,Təbii Şərait,Təbii Resurslar
Sərfiyyat və Renta yaranmışdır
Təbii şərait və təbii ehtiyatlar davamlı iqtisadi inkişafın əsası kimi.
Ətraf Mühitin İqtisadiyyatı
Müasir dövrdə təbii resursların vacibliyi və labüdliyinin qəbul olunması imkanlarını 2 bir-birindən fərqlə¬nən metodoloji qiymətləndirmə konsepsiyası - sərfiyyat və renta yaranmışdır. Müxtəlif konsepsiyaların yaranması təbii re-sursların ikili xarakterindən irəli gəlir, bir tərəfdən onlar isteh¬salın təbii bazası kimi, əmək məhsuldarlığının artım faktoru kimi çıxış edir, digər tərəfdən təbii resurslar onun məhsulu, qiymət göstəricisi, milli sərvətlərin elementi hesab olunur.
Təbii resursların iqtisadi qiymətləndirilməsinin əsasının əmək məhsulu kimi müəyyənləşməsində akademik S. Q. Stru¬milina görə sərfiyyat konsepsiyası durur. Bu konsepsiyaya əsa¬sən resursların qiymətləndirilməsi onların öyrənilməsinə və təsərrüfat dövriyyəsinin cəlbinə sərf olunan əməklə müəyyən-ləşir; cəmiyyətin birbaşa xərcləri nə qədər yüksək olarsa, isti¬fadəyə lazım olan resurs, bir o qədər baha olacaq.
Sərfiyyat konsepsiyası, suyun qiymətləndirilməsi, meşə və mineral-xammal resurslarının bir çox metodik araşdırmaların əsasını təşkil edir. Lakin son zamanlar daha çox fikir resurs qiymətləndirmə işlərində renta konsepsiyasına verilir. Bu kon¬sepsiyanın tərəfdarları sərfiyyat konsepsiyasının əsas nöqsanını onda görürlər ki, resursların qiymətləndirilməsi zamanı key¬fiyyətcə daha ucuz olan təbii resurslar, daha baha qiymətləndi¬rilir. Sərfiyyat konsepsiyasının başqa nöqsanı təbii resursların keyfiyyət xüsusiyyətlərinin ciddi qeydiyyatının olmamasıdır, hansılar ki, iqtisadi qiymətləndirmənin predmeti olmalıdır. Təbii resursların iqtisadi qiymətləndirilməsində renta yanaşma¬sının əsası ondadır ki, o, diferensial rentanın gətirdiyi həmin resursların miqdarı ilə ölçülür. Diferensial rentanın iqtisadi xeyri ondadır ki, o gücünü xalq təsərrüfatında resursların təbii əlverişli xüsusiyyətlərinin qiymətlənməsindən alır. Diferensial rentanın müəyyənləşdi¬rilməsi ərazi müxtəlifliyində, ictimai əmək məhsuldarlığında, resursların müxtəlif xüsusiyyətində özünü göstərir.
Qarışıq qiymətləndirmə həm renta həm də sərfiyyatın cəmi şəklində hesablanır. Yəni həm təbii resursların öyrənilməsinə və təsərrüfat dövriyyəsinə çəkilən xərcə. həm də ondan alınan effektə görə qiymətləndirmədir.
Təbii resursların renta qiymətləndirilməsinə nəzəri meto¬doloji yanaşma və xalq təsərrüfatında onların səmərəli istisma¬rını müəyyənləşdirən metodlar görkəmli iqtisadçılar. L.B.Kan¬to¬roviç, V.S.Nemçinov, N.P.Fedorenko, K.Q.Qof¬manın işlərinin əsasını təşkil edir.
Absolyut renta şəxsi torpaq mülkiyyətiylə bağlıdır, daha doğrusu – şəxsi mülkiyyətin inhisarıdır. Absolyut rentanı tor¬paq mülkiyyətçisi icarədardan onun məhsuldarlığından asılı ol¬mayaraq, eyni səviyyədə həm pis, həm də yaxşı torpaqlardan alır.


Abbasova Sevinc
Namiq Qizi

ADİU,Mühasibat uçotu və audit
S2_Mühasibat1
Full transcript