Loading presentation...

Present Remotely

Send the link below via email or IM

Copy

Present to your audience

Start remote presentation

  • Invited audience members will follow you as you navigate and present
  • People invited to a presentation do not need a Prezi account
  • This link expires 10 minutes after you close the presentation
  • A maximum of 30 users can follow your presentation
  • Learn more about this feature in our knowledge base article

Do you really want to delete this prezi?

Neither you, nor the coeditors you shared it with will be able to recover it again.

DeleteCancel

Make your likes visible on Facebook?

Connect your Facebook account to Prezi and let your likes appear on your timeline.
You can change this under Settings & Account at any time.

No, thanks

Azerbaycan xalq cümhuriyyeti (1918-1920)

No description
by

Eko Mister

on 26 May 2014

Comments (0)

Please log in to add your comment.

Report abuse

Transcript of Azerbaycan xalq cümhuriyyeti (1918-1920)

Azerbaycan xalq cümhuriyyeti (1918-1920)
Mayın 28-de Azerbaycan Xalq Cümhuriyyetinin yaranma gunudur. Bu tarixi gün Azerbaycan xalqının heyatına böyük ve elametdar hadise kimi daxil olmuşdur. Şerqde ilk demokratik dövlet quruluşunu yaratmış Azerbaycan Xalq Cümhuriyyeti istiqlaliyyetimizi elan ederek xalqımızın müsteqillik ezmini nümayiş etdirmişdir. Müsteqilliyini berpa etdikden sonra bu bayram her il ölkemizde böyük tentene ile qeyd edilir. Keçirilen tedbirlerde Cümhuriyyet dövrüne bir daha nezer salınır, onun tariximizdeki yeri ve rolu etraflı tehlil edilir, dövlet quruculuğu tecrübesi herterefli öyrenilir.

 Müselman Şerqinde ilk demokratik respublika olan Azerbaycan Xalq Cümhuriyyeti ölkemizin çoxesirlik sosial-iqtisadi, ictimai-siyasi ve medeni inkişafının, xalqımızın milli oyanışı ve dirçelişi proseslerinin mentiqi neticesi kimi meydana çıxmışdır.
Azerbaycan Xalq Cümhuriyyeti xalqımızın siyasi şüur seviyyesinin, intellektual ve medeni potensialının, yüksek istedad ve qabiliyyetinin göstericisi idi. 1918-ci il mayın 28-de Azerbaycanın istiqlaliyyetinin elan edilmesinde, Xalq Cümhuriyyetinin teşekkül tapmasında ve fealiyyet göstermesinde Cümhuriyyete rehberlik etmiş şexslerin –
Elimerdan bey Topçubaşovun, Memmedemin Resulzadenin, Feteli xan Xoyskinin, Hesen bey Ağayevin, Nesib bey Yusifbeylinin, Semed bey Mehmandarovun, Eliağa Şıxlinski
ve başqalarının böyük xidmetleri olmuşdur. Bu görkemli dövlet xadimleri-nin, vetenperver ziyalıların, peşekar herbçilerin adları xalqımızın yaddaşına ebedi hekk olunmuşdur

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi.Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər

1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu.
Azərbaycanin qisa zamanda 40 000 ordusu yaradildi, ordya cagiris yasi 19 oldugu bilinir.
Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi.
AXC dövründə Azərbaycanda ilk muzey “İstiqlal” muzeyi təşkil olunmuşdur. Eyni zamanda Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Xalq Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı olmuşdur.
1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunmuşdur.
Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.
1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinə seçkilər keçirilir.
Azərbaycan parlamentli respublika elan edilir. Milliyyətçilik, türkçülük, azərbaycançılıq, milli dövlətçilik, istiqlalçılıq, bərarbərlik, cümhuriyyətçilik kimi anılan müsavatçılıq ideologiyasının, Müsavat firqəsinin əsası qoyuldu. İnsanlara hürriyyət , millətlərə istiqlal şüarı Azərbaycanı qurtuluşa haraylayan çağırış oldu.
1918-ci ilin aprelin 25-də Şaumyan başda olmaqla xalq kosmisarları soveti yaradıldı. Cəmi bir aydan sonra artıq iki hakimiyyət var idi. Tiflisdə müstəqil Azərbaycan Cumhuriyyəti, Azərbaycanın özündə isə daşnak Şaumyanın başçılığı ilə Xalq Komissarları Soveti. 18 gün Tiflisdə fəaliyət göstərdikdən sonra Aərbaycanın Milli Şurası Gəncəyə köçdü.
1918-1920 illerde Azerbaycanin ferqi rayon ve vilayetlerinde Azerbaycan xalqi sebebsiz yere oldurulurdu.
Nuru paşanın ordusu, Baki yaxinliginda.
Azerbaycan da o dovurde dovuletin qurulmasina baxmayaraq, savadli kadirlarin catismamazdigi, deovetin guclendirilmesie mane olurdu. Bu problemi aradan qaldirmag meqsedli dovlet terefinnen 100 neferi tehsil ucun xarice gonderilmesinin qerari qebul edildi. Buna gore 7 million manat pul ayrildi.
Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlal Bəyannaməsi" yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. "Bəyannamə"də elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə hörmətlə yanaşmaq prinsipləri AXC-nin beynəlxalq nüfuzunu artırdı."İstiqlal Bəyannaməsi" Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır
Müstəqillik Bəyannaməsi Milli Şuranın ilk toplantısında Tiflisdə qəbul edilib. Milli Şuraya Məmməd Əmin Rəsulzadə rəhbərlik edib. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoylu seçilib. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə - Bakı rusiyapərəst qüvvələrdən alınandan sonra milli hökumət Gəncədən Bakıya köçüb.Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edilib.AXC-nin ömrü 23 ay sürüb. 1920-ci il aprelin 28-də sovet qoşunları Azərbaycanı işğal edib.Yalnız 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqilliyi yenidən bərpa olunub.
1918 -ci il 28 mayda Azərbaycanin istiqlal məfkurəsinin carcisi Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Tiflisdə Azərbaycan Xalq Cumhuriyyətinin yaradıldığı elan edildi.Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cumhuriyyəti Azərbaycan xalqının dövlətçilik ənənələrinin dirçəlməsi baxımından muhum rol oynadi.Müsəlman Şərqinin ilk respublikasının - Azərbaycan Cümhuriyyətinin taleyi təkcə onun öz xalqınındeyil, həm də dünyanın böyük dövlətlərinin, dünya siyasətçilərinin istək və iradəsindən asılı idi.
Bir əsrlik rusistilasından sonra Azərbaycan xalqı məhrumiyyətlər və şəhid qanları bahasına öz müstəqilliyinə qovuşmuşdu.Cumhuriyyətin quruculari Məhəmməd Əmin Rəsulzadə,Əlimərdan bəy Topçubaşov,Fətəli Xan Xoyski ilk gündən təhlükəni hiss edir və buna görə də hər vasitəilə qarşılaşdıqları problemləri dünya dövlətlərinin və ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırdılar. Sonradan NURU Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunun koməyi ilə Gəncə azad edilərək paytaxta cevrildi.İyulun 27 də Goycay ətrafinda duşmən ordusunun məğlub edilməsi nəticəsində Bakıya yol açıldı.Baki azad edildərək Paytaxt elan olundu.Lakin 1920 ci il aprelin 27-28 de rus ordusun mudaxiləsi nəticəsində Azərbaycan Xalq Cumhuriyyəti suqut etdi.Cumhuriyyətin qurucuları xaricə muhacirət etməyə məcbur qaldilar.Butun bu çətinliklərə baxmayaraq 71 il sonra 1991-cil ildə AZƏRBAYCAN mustəqilliyinə nail oldu.MƏhəmməd Əmin Rəsulzadənin sozləri ilə desək:Bir kərə yuksələn bayraq bir dha enməz!!!

28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda, o zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. Hər millət öz müqəddəratını özü hall etməyə səlahiyyətdardır, düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. Istiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mənedilən (qadağan edilən) Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında Dövlət idarəsinə yaxın buraxılmayan Azərbaycanlılardan zabita və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı az zamanda oxutmaya başladı. Türkcəyi dövlətin dövlətin rəsmi dili elan etdi. Orta və Ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində, xalq nümayəndələri cavabdeh bir hökumət üsulu idarəsi yaratdı. Hakimiyyət, Millət Məclisinin əlində idi. Parlamentodan etimad almadıqca heç bir Hökumət iş başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı. O zaman indi Sovet zamanında olduğu kimi terror deyilən şeydən heç bir əsər yoxdu. Şahıslarda, məskənlərdə əmin və əmanda idi. Vətənin qapıları indi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı, istədiyi zaman hara istərsə gedərdi. Qonşu və Avropa Dövlətləri ilə dostluq münasibətləri təsis edilmişdi.
Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tek əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz. 1918 Mayısındakı tarixi qərarları ilə azadlıq denən (deyilən) millətlər cəbhəsində yer alan Qafqasya millətlərinin müqəddəratları, azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən Sovet diktatoru Stalin ölmüşdür, amma, onun iki üzlü sistemi Stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikcə dünya həqiqətləri dah qarşılaşmaqda, haq ilə batil, yalan ilə doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz.Vətəndaşlar! Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm:Sən bizimsən, bizimsən durduqca bədəndə Can,Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!
Sonda size AXC bagli danisdiglarimizi bir daha qiza bir vide materialla yada salaq.
Nuru Paşa
Full transcript