Introducing
Your new presentation assistant.
Refine, enhance, and tailor your content, source relevant images, and edit visuals quicker than ever before.
Trending searches
İlk Bioloji Müharibənin tətbiqi miladdan öncəki dövrlərdə zəhərli, ya da xəstəlikdən ölmüş əsgərlərin bədənlərinə batırılmış oxların düşmənə atılmasıyla başlayıb.
Zəhərli həşəratlar balonlara doldurulur, şəhər və qəsəbələr bununla bombalanır. Məlumata görə, İŞİD-in bu üsulu psixoloji təsir məqsədi daşıyır. Əqrəblər kilomertlərlə fırlanmalarına baxmayaraq, balon partlayan kimi hər tərəfə dağılışırlar. 60 sm-lik bombalar can almır, ancaq psixoloji təsir göstərir”.
Qeyd edək ki, “əqrəb bombası”ndan bizim eranın 198-ci ilindən etibarən, Roma-İran müharibələrində istifadə edilib.
Amerika Birləşmiş Ştatları Hərb Araşdırma Xidməti (War Research Serrvice) yaradaraq İkinci Dünya müharibəsinin davam etdiyi müddətdə - 1942-ci ildə Sibir xorası (anthrax) və botulinum toksini (Clostridium botulinum və digər iki Clostridium sinirlərə təsir göstərən toksindir) faktorlarının istehsal işlərinə başlayır. 1944-vü ilin iyununa qədər kafi bioloji silah maddəsi anbarı yaradır. Əgər Almaniya bioloji silah istifadə etsəydi, istehsal olunan bioloji silah faktorları Almaniyaya qarşı istifadə ediləcəkdi. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Koreya müharibəsi zamanı Şimali Koreya ordusuna qarşı bioloji silah istifadə etdiyi bildirilir.
ABŞ 1950 və 1960-cı illərdə də hücum məqsədli bioloji silah istehsalı sahəsindəki işlərini davam etdirib. 1951-1954-cü illər arasında Amerikanın sahil şəhərlərinə zərərsiz bioloji silah tətbiqləri edib, şəhərlərin bioloji silah təsirlərinə həssaslığı sınaqdan keçirilib. ABŞ hökuməti tərəfindən oxşar bioloji müharibə sınaqları 1966-cı ildə zərərsiz bioloji müharibə faktorları ilə Nyu York metrosunda edilib.
Bioloji müharibənin digər bir tətbiqi isə 1754-1767-ci illərdə Fransa və Qırmızıdərililər arasında olan vətəndaş müharibəsi zamanı Amerika torpaqlarında qeydə alınıb. Bu müharibədə Ser Cefri Amherstinin əmri ilə ingilis əsgərlər "çiçək xəstəliyinə" (smallpox) yoluxmuş əsgərlərin ədyallarını qırmızıdərililərə paylayaraq, əvvəllər heç zaman bu xəstəliklərlə qarşılaşmamış qırmızıdərili yerli qəbilələrdə əhalinin yarısına yaxınının itkisinə səbəb olublar. Belə ki, çiçək xəstəliyinin təsiri qırmızıdərililərdə 200 ilə yaxın davam edib
Qara dəniz sahilindəki Kaffada liman şəhərini (bugünkü adıyla Feodossia, Ukrayna) 1346-cı ildə müdafiə edən genualılar siçanlar və siçanların daşıdığı birələri onlara hücum edən tatar əsgərlərinə xəstəlik yoluxdurmaq üçün istifadə ediblər. Tatarlar da genualılara xəstəlikdən ölən tatar əsgərlərin bədənlərindən qopardıqları parçaları mancanaqlarla atıblar. Tatar əsgərlərinə xəstəlik yoluxduran siçanlar, eyni zamanda genualıları da xəstələndirmişdi.
Dövrümüzdə, bioloji döyüş agentlərinin inkişafı ilə birlikdə dünyada bu silahların istifadə və istehsalını məhdudlaşdırmaq üçün 1925-ci ildə Cenova Protokolu ilə 1972-ci ildə bioloji Silahlar Konvensiyası (BWC-Biological Weapons Convention) imzalanıb. Amerika, İngiltərə və Rusiya kimi ölkələrdə bioloji silah proqramlarının gelişimininin yanında, 20. əsrin ilk yarısında Almanlar və Yaponlar tərəfindən bioloji silah istifadəsini gördük.NATO tərəfindən isə potensial bioloji silah kimi 31 patogen təyin edib və prioritet olanlarını Sibir xorası, çiçək, vəba, tulyaremiya, bruselyoz faktorları və botulinum toksini kimi açıqlayıb. Əvvəllər 11 faktorla bioloji silah işləri həyata keçirdiyini 1994-cü ildə açıqlayan rus mütəxəssislərə görə, ideal bioloji silah tərifinə ən uyğun faktorlar çiçək (variola/smallpox) faktoru , Sibir xorası (anthrax) faktoru vəba (plague) faktoru , botulizm toksinidir.
Bioloji silahların əsas xüsusiyyətləri aşağıdakılardır
“Türk virusu”
Budur düşünülməsi belə ən qorxunc 10 bioloji silah:
Tulyaremiya – insan və heyvanların tulyaremiya xəstəliyinə çox meylli olduqlarını,törədicinin çox , yoluxmanın müxtəlif yollarla aparılmasının mümkün olduğunu, yoluxma nəticəsində xəstəliyin çox uzun və ağır keçdiyini nəzərə alaraq düşmən tərəfindən tulyaremiya törədicisinin bakterioloji silah kimi tətbiq edilməsi mümkündür. Tulyaremiya törədicisini tətbiq etmək üçün ən çox ehtimal olunan vasitə bakterioloji aerozoldur. Tulyaremiya törədicisinin bakterioloji aerozol vasitəsilə tətbiq etdikdə xəstəlik çox ağır formalarda: ağciyər və ümumiləşmiş formalarda yayılır. Törədici insan orqanizminə dəri, gözün selikli qişası, tənəffüs yolları və mədə-bağırsaq traktı vasitəsilə daxil olur. İnkubasiya dövrü 3-7 gündür. Adətən xəstəlik qəfil başlayır, üşütmə meydana çıxır, bədən temperature 38° - 40°C-yə çatır. Davamlı baş ağrısı, başgicəllənmə, halsızlıq, əzələ ağrıları, iştahsızlıq inkişaf edir.
1-Chimera virusları
7-Vəba
2-Nipah virusu
Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək temperaturuna, baş ağrısına, bel ağrısına, huşun depressiyasına səbəb olur. 2-3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpgi əmələ gəlir. Səpkilər şişli və qızılcalı olur.8-9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. 15-16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır. Bu zaman içi qara qanla dolu tünd-qırmızı və qara-qırmızı rəngli çoxlu suluqlu səpki müşahidə olunur. Bu hal adətən ölümlə nəticələnir.
8-Qanamali Ebola qizdirma
3-Mal vəbası
4-Rays Blast:
9-Şarbon
Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliiyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulun təsirindən tez məhv olur.
Təbii şəraitdə vəbanı yayan mənbələr xəstə və ya vibrionlar gəzdirən adamlardır. Vəba ilə yoluxma ancaq ağız-nəcis vasitəsi ilə olur
Tularemi xəstəliyi
5-Botulinum Toksin
10-Çiçək
6-Tularemi
Bioloji silah kimi istifadə edilə biləcək maddələr üç qrupa ayrılır
Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın, brüselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və b. törədiciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən və s. istifadə olunur. Bioloji silahlar da, eynilə kimyəvi silahlar kimi hədəfə müxtəlif raket, artilleriya, fuqas, mərmi, mina, qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini, qida anbarlarını, rəqib milli valyutasını və s. yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə yoluxdurulmuş ərzaq ixrac etməklə, ayrı-ayrı təşkilatlarına bu maddələrlə yoluxdurulmuş məktub göndərməklə və s. yolları ilə çatdırılır ki, zəncirvari reaksiya doğuraraq epidemiya şəklində yayılır.
A kateqoriyası: Ən təhlükəli qrupdur. Xalq arasında çaxnaşma və ictimai partlayışlara səbəb olur. Çiçək virusu (variola major), qarayara (Bacillus anthracis), vəba (Yersinia pestis), botulizm zəhərli maddəsi (Clostridium botulinum), tularemiya (Francisella tularensis), ebola, marburq, lassa və junin virusları bu qrupa aiddir
C kateqoriyası: Bu gün az olmaqla birlikdə, gələcəkdə çox təhlükəli olacağı güman edilən faktorlara malikdir. Hantaviruslar, nipah virusu, gənəylə yoluxan hemoroy qızdırma virusları, gənəylə yoluxan ansefalit virusları, sarı qızdırma virusu, müqavimətli (MDR) mikrobakterial vərəm faktorlarını əhatə edər
Bioloji (bakterioloji) silah — kütləvi qırğın silahlarının bir növü olub – bakterial vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji (bakterioloji) silahın əsasını xəstəlik törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir.
Bioloji (bakterioloji) silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir.
Tələbə:Eyvazova Günay
Elmi rəhbər:Ülkər Zahidqızı
Mövzu
"Kütləvi məhvin törədilməsində bioloji silahların rolu"