Loading presentation...

Present Remotely

Send the link below via email or IM

Copy

Present to your audience

Start remote presentation

  • Invited audience members will follow you as you navigate and present
  • People invited to a presentation do not need a Prezi account
  • This link expires 10 minutes after you close the presentation
  • A maximum of 30 users can follow your presentation
  • Learn more about this feature in our knowledge base article

Do you really want to delete this prezi?

Neither you, nor the coeditors you shared it with will be able to recover it again.

DeleteCancel

Bioloji (bakterioloji) silah — kütləvi qırğın silahlarının b

No description
by

zafer sultanli

on 27 April 2016

Comments (0)

Please log in to add your comment.

Report abuse

Transcript of Bioloji (bakterioloji) silah — kütləvi qırğın silahlarının b

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Tələbə:Eyvazova Günay
Elmi rəhbər:Ülkər Zahidqızı
Bioloji (bakterioloji) silah — kütləvi qırğın silahlarının bir növü olub – bakterial vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji (bakterioloji) silahın əsasını xəstəlik törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir.
Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın, brüselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və b. törədiciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən və s. istifadə olunur. Bioloji silahlar da, eynilə kimyəvi silahlar kimi hədəfə müxtəlif raket, artilleriya, fuqas, mərmi, mina, qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini, qida anbarlarını, rəqib milli valyutasını və s. yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə yoluxdurulmuş ərzaq ixrac etməklə, ayrı-ayrı təşkilatlarına bu maddələrlə yoluxdurulmuş məktub göndərməklə və s. yolları ilə çatdırılır ki, zəncirvari reaksiya doğuraraq epidemiya şəklində yayılır.
Bioloji silah kimi istifadə edilə biləcək maddələr üç qrupa ayrılır
- bioloji silahlar insanların, heyvanların və bitkilərin arasında kütləvi yoluxucu xəstəliklərin yaranmasına və zəhərlənməsinə səbəb ola bilir
- bəzi xəstəliklər xəstə adamlardan sağlam adamlara asanlıqla keçir və tez yayılır;
– yoluxucu xəstəliklər üçün xəstəliyin gizli dövrü olmasıdır;
– bəzi mikrob və zəhərlərin (toksinlərin) aşkar olunması çətinlik törətdiyinə görə zədələnmə təhlükəsi daha böyük olur;
– istehsalının başqa kütləvi qırğın silahlarına nisbətən daha asan və ucuz başa gəlməsi.

Bioloji silahların istifadəsi köhnə dünyaya uzanır. M. Ö. 1500-cü illərdə Hititler, yoluxucu xəstəliklərin gücünü fərqinə vardılar və düşmən torpaqlarındakı qurbanlara vəba mikrobu göndərdilər. Ordular da bioloji silahların gücünü anlayanda, xəstəlikli cəsədləri mancanaqla əhatə edilmiş qalalara atdılar və düşmənləri zəhərlədilər.
Zəhərli qazlarla yanaşı, son dövrlər insanlar arasında sürətlə yayıla bilən və ağır infeksiyalar törədən patogen mikroblardan (viruslardan) istifadə haqqında da bilgilər var. Hepatit C, SPİD (QİÇS), Sibir xorası və s. kimi. Tibb mütəxəssislərinə görə, bu viruslar qida, içməli su hövzələri, qan və qanəvəzedicilər vasitəsilə asanlıqla yayıla bilir. Azərbaycanın əlverişli iqlim qurşağında yerləşməsi bu riski daha da artırır.
Bu da həyəcan təbili çalmaq üçün konkret fakt. Axır vaxtlar Azərbaycanda, eləcə də qardaş Türkiyədə konkret olaraq Hepatit C xəstəliyinin sürətli artım dinamikası və faktiki, epidemiya xarakteri alması müşahidə olunmaqdadır. Ələlxüsus da gənc və orta təbəqənin təmsilçiləri arasında. Halbuki dünyada, hətta regionun digər ölkələrində bu cür artım tendensiyası duyulmur.
Bioloji (bakterioloji) silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir.
Zəhərli həşəratlar balonlara doldurulur, şəhər və qəsəbələr bununla bombalanır. Məlumata görə, İŞİD-in bu üsulu psixoloji təsir məqsədi daşıyır. Əqrəblər kilomertlərlə fırlanmalarına baxmayaraq, balon partlayan kimi hər tərəfə dağılışırlar. 60 sm-lik bombalar can almır, ancaq psixoloji təsir göstərir”.
Qeyd edək ki, “əqrəb bombası”ndan bizim eranın 198-ci ilindən etibarən, Roma-İran müharibələrində istifadə edilib.
A kateqoriyası: Ən təhlükəli qrupdur. Xalq arasında çaxnaşma və ictimai partlayışlara səbəb olur. Çiçək virusu (variola major), qarayara (Bacillus anthracis), vəba (Yersinia pestis), botulizm zəhərli maddəsi (Clostridium botulinum), tularemiya (Francisella tularensis), ebola, marburq, lassa və junin virusları bu qrupa aiddir
B kateqoriyası: İkinci dərəcədə təhlükəli faktor maddələri əhatə edər. Coxiella burneti (Q atəşi), brucella spp (bruselyoz), burkholderia mallei (ruam, glanders), alfaviruslar (ansefalomiyelit), clostridium perfringens epsilon zəhəri, ricinus communis risin zəhərli maddəsi, stafilokok B-entero toksini, su və qidalara yoluxdurulan salmonella spp, shigella dysenteriae, escherichia coli O157:H7, vibrio cholerae və cryptosporidium parvum faktorlarını özündə birləşdirir.
C kateqoriyası: Bu gün az olmaqla birlikdə, gələcəkdə çox təhlükəli olacağı güman edilən faktorlara malikdir. Hantaviruslar, nipah virusu, gənəylə yoluxan hemoroy qızdırma virusları, gənəylə yoluxan ansefalit virusları, sarı qızdırma virusu, müqavimətli (MDR) mikrobakterial vərəm faktorlarını əhatə edər
Bioloji silahların əsas xüsusiyyətləri aşağıdakılardır
1-Chimera virusları
2-Nipah virusu
3-Mal vəbası
4-Rays Blast:
5-Botulinum Toksin
6-Tularemi
7-Vəba
8-Qanamali Ebola qizdirma
9-Şarbon
10-Çiçək
Budur düşünülməsi belə ən qorxunc 10 bioloji silah:
“Türk virusu”
İlk Bioloji Müharibənin tətbiqi miladdan öncəki dövrlərdə zəhərli, ya da xəstəlikdən ölmüş əsgərlərin bədənlərinə batırılmış oxların düşmənə atılmasıyla başlayıb.

Amerika Birləşmiş Ştatları Hərb Araşdırma Xidməti (War Research Serrvice) yaradaraq İkinci Dünya müharibəsinin davam etdiyi müddətdə - 1942-ci ildə Sibir xorası (anthrax) və botulinum toksini (Clostridium botulinum və digər iki Clostridium sinirlərə təsir göstərən toksindir) faktorlarının istehsal işlərinə başlayır. 1944-vü ilin iyununa qədər kafi bioloji silah maddəsi anbarı yaradır. Əgər Almaniya bioloji silah istifadə etsəydi, istehsal olunan bioloji silah faktorları Almaniyaya qarşı istifadə ediləcəkdi. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Koreya müharibəsi zamanı Şimali Koreya ordusuna qarşı bioloji silah istifadə etdiyi bildirilir.
ABŞ
1950 və 1960-cı
illərdə də hücum məqsədli bioloji silah istehsalı sahəsindəki işlərini davam etdirib. 1951-1954-cü illər arasında Amerikanın sahil şəhərlərinə zərərsiz bioloji silah tətbiqləri edib, şəhərlərin bioloji silah təsirlərinə həssaslığı sınaqdan keçirilib. ABŞ hökuməti tərəfindən oxşar bioloji müharibə sınaqları 1966-cı ildə zərərsiz bioloji müharibə faktorları ilə Nyu York metrosunda edilib.
Bioloji müharibənin digər bir tətbiqi isə 1754-1767-ci illərdə Fransa və Qırmızıdərililər arasında olan vətəndaş müharibəsi zamanı Amerika torpaqlarında qeydə alınıb. Bu müharibədə Ser Cefri Amherstinin əmri ilə ingilis əsgərlər "çiçək xəstəliyinə" (smallpox) yoluxmuş əsgərlərin ədyallarını qırmızıdərililərə paylayaraq, əvvəllər heç zaman bu xəstəliklərlə qarşılaşmamış qırmızıdərili yerli qəbilələrdə əhalinin yarısına yaxınının itkisinə səbəb olublar. Belə ki, çiçək xəstəliyinin təsiri qırmızıdərililərdə 200 ilə yaxın davam edib
Mövzu
"Kütləvi məhvin törədilməsində bioloji silahların rolu"
Tularemi xəstəliyi
Tulyaremiya – insan və heyvanların tulyaremiya xəstəliyinə çox meylli olduqlarını,törədicinin çox , yoluxmanın müxtəlif yollarla aparılmasının mümkün olduğunu, yoluxma nəticəsində xəstəliyin çox uzun və ağır keçdiyini nəzərə alaraq düşmən tərəfindən tulyaremiya törədicisinin bakterioloji silah kimi tətbiq edilməsi mümkündür. Tulyaremiya törədicisini tətbiq etmək üçün ən çox ehtimal olunan vasitə bakterioloji aerozoldur. Tulyaremiya törədicisinin bakterioloji aerozol vasitəsilə tətbiq etdikdə xəstəlik çox ağır formalarda: ağciyər və ümumiləşmiş formalarda yayılır. Törədici insan orqanizminə dəri, gözün selikli qişası, tənəffüs yolları və mədə-bağırsaq traktı vasitəsilə daxil olur. İnkubasiya dövrü 3-7 gündür. Adətən xəstəlik qəfil başlayır, üşütmə meydana çıxır, bədən temperature 38° - 40°C-yə çatır. Davamlı baş ağrısı, başgicəllənmə, halsızlıq, əzələ ağrıları, iştahsızlıq inkişaf edir.
Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliiyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulun təsirindən tez məhv olur.
Təbii şəraitdə vəbanı yayan mənbələr xəstə və ya vibrionlar gəzdirən adamlardır. Vəba ilə yoluxma ancaq ağız-nəcis vasitəsi ilə olur
Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək temperaturuna, baş ağrısına, bel ağrısına, huşun depressiyasına səbəb olur. 2-3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpgi əmələ gəlir. Səpkilər şişli və qızılcalı olur.8-9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. 15-16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır. Bu zaman içi qara qanla dolu tünd-qırmızı və qara-qırmızı rəngli çoxlu suluqlu səpki müşahidə olunur. Bu hal adətən ölümlə nəticələnir.

Təbii çiçək
Dövrümüzdə, bioloji döyüş agentlərinin inkişafı ilə birlikdə dünyada bu silahların istifadə və istehsalını məhdudlaşdırmaq üçün 1925-ci ildə Cenova Protokolu ilə 1972-ci ildə bioloji Silahlar Konvensiyası (BWC-Biological Weapons Convention) imzalanıb. Amerika, İngiltərə və Rusiya kimi ölkələrdə bioloji silah proqramlarının gelişimininin yanında, 20. əsrin ilk yarısında Almanlar və Yaponlar tərəfindən bioloji silah istifadəsini gördük.NATO tərəfindən isə potensial bioloji silah kimi 31 patogen təyin edib və prioritet olanlarını Sibir xorası, çiçək, vəba, tulyaremiya, bruselyoz faktorları və botulinum toksini kimi açıqlayıb. Əvvəllər 11 faktorla bioloji silah işləri həyata keçirdiyini 1994-cü ildə açıqlayan rus mütəxəssislərə görə, ideal bioloji silah tərifinə ən uyğun faktorlar çiçək (variola/smallpox) faktoru , Sibir xorası (anthrax) faktoru vəba (plague) faktoru , botulizm toksinidir.
Qara dəniz sahilindəki Kaffada liman şəhərini (bugünkü adıyla Feodossia, Ukrayna) 1346-cı ildə müdafiə edən genualılar siçanlar və siçanların daşıdığı birələri onlara hücum edən tatar əsgərlərinə xəstəlik yoluxdurmaq üçün istifadə ediblər. Tatarlar da genualılara xəstəlikdən ölən tatar əsgərlərin bədənlərindən qopardıqları parçaları mancanaqlarla atıblar. Tatar əsgərlərinə xəstəlik yoluxduran siçanlar, eyni zamanda genualıları da xəstələndirmişdi.
Botulizm toksini hazırda məlum olan bütün zəhərlərdən ən güclüsüdür. Onu çoxlu miqdarda həm maye, həm də quru halında istehsal etmək mümkündür. Botulizm toksini istiyə davamlıdır. Quru halda özünün zəhərliliyini uzun müddət saxlaya bilir ki, buda toksin ehtiyatı yaratmağa imkan verir. Toksinin dadı və iyi olmadığı üçün onu hiss etmək çətindir.
Botulizm toksini çox güclü zəhərləmə xüsusiyyətinə malikdir. İnsanların və heyvanların zəhərlənməsi əksər hallarda (90-100%) ölümlə nəticələnir. Ona görə də botulizm toksini düşmənin tətbiq edəcəyi bakterioloji silahın ən çox ehtimal edilən növlərindən biri hesab edilir.
Botulizm
Full transcript