Introducing 

Prezi AI.

Your new presentation assistant.

Refine, enhance, and tailor your content, source relevant images, and edit visuals quicker than ever before.

Loading…
Transcript

BİOLOJİ SİLAHLAR

Vüsal Quliyev

Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub bakteria, virus və ya kif kimi mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın əsasını xəstəlik törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir.

Bioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir.

BİOLOJİ SİLAH NƏDİR?

Vəba ağır gedişli, tez yayılan kəskin infeksion xəstəlikdir. Xəstəliyin törədicisi vəba vibrionları xarici mühit amillərinə qarşı davamlıdır, suda bir neçə ay qala bilir. İnkubasiya dövrü bir neçə saatdan 6 günədək, orta hesabla 1-3 gündür. Əsas əlamətləri – qusma, ishal, qıcolmalərdır. Orqanizm sürətlə mayesini və çəkisini itirir, temperatur 35°-dən aşağı düşür. Ağır hallarda ölüm baş verir.

NÖVLƏRİ

Taun

Taun – kəskin infeksion xəstəlikdir. İnkubasion dövrü 1-3 gündür. Xəstəlik kəskin başlayır: ümumi zəiflik, titrətmə, baş ağrısı, yüksək hərarət, huşun alaqaranliğı qeyd olunur. Xəstəliyin ağciyər forması daha ağırdır

Tulyaremiya

Tulyaremiya törədiciləri suda, torpaqda, tozda uzun müddət sag qala yoluxma tənəffüs yolları, həzm sistemi, selikli qişalar və dəridənbaş verir. Hərarətin yüksəlməsi, baş ağrıları, əzələ ağrıları ilə başlayır. Xəstəliyin ağciyər, bağırsaq və tifoz forması ayırd edilir.

Botulizm

Botulizm müasir dövrdə güclü zəhər sayılan botulizm toksini tərəfindən törədilir. Yoluxma zədələnmiş dəridən, tənəffuüs yollarından, həzm kanalından və selikli qişqlardan baş verir.

Epidemiya əleyhinə tədbirlərə aiddir: təcili profilaktika, xəstələrin və şübhəlilərin müəyyən olunması, təcrid olunması, qospitala göndərilməsi və müalicə olunması, əhalinin sanitar təmizlənməsi, Ərazinin, nəqliyyatın, əşyaların, mənzillərin dezinfeksiyası.

Epidemiya əleyhinə tədbirlər

Epidemiya əleyhinə tədbirlərə aiddir: təcili profilaktika, xəstələrin və şübhəlilərin müəyyən olunması, təcrid olunması, qospitala göndərilməsi və müalicə olunması, əhalinin sanitar təmizlənməsi, Ərazinin, nəqliyyatın, əşyaların, mənzillərin dezinfeksiyası.

Bioloji silahların tətbiqinin hələ qədim Roma dövrünə gedib çıxdığı məlum olur. İlkin olaraq belə silah vasitələri, mühasirəyə alınmış qala divarlarından, cüzamdan ölmüş xəstələrin meyitlərini, mühasirədə olan qüvvələrin qoşunlarının içinə atılması olub. Bu zaman qalanın daxilində olan qüvvələr epidemiya yayıntısından gücdən düşərək xəstələnir və müdafiə əzmləri qırılırdı. Bundan əlavə isə qalanın daxilində olan əhali sıxlığı və zəruri gigiyenanın olmamasından böyük təlafatlar meydana gəlirdi.

TARİXDƏKİ ZƏRƏRLƏRİ

Qara ölüm

1346-cı il Avropada “Qara ölüm” epidemiyasının yaranması

Fərziyyələrə görə, bu epidemiyanın yayıcısı Xan Canıbəy olub. Kafa şəhərini ala bilməyən Canıbəy (müasir Feodosiya) qalasının içinə mancanaqlar vasitəsi ilə, cüzamlı və infeksiyalı ölülər atıb. Şəhərdə epidemiya tüğyan etdiyi vaxtda, tacirlər qorxu içində şəhərdən qaçaraq, Avropaya gəlib və yoluxduqları üçün “qara ölümü” də özləri ilə gətiriblər.

Ospa

1763-cü il ilk dəfə olaraq rəsmi olaraq bakterioloji silahın tətbiqi

Bu fakta görə Amerikalı kolonizatorlar “ospa” virusuna yoluxmuş adyalları hind qəbilələrinə paylamaqla, qəbilələrdə “ospa” virusunun yayılmasına müvəffəq olublar. Böyük sayda qəbilələr bu virusa yoluxaraq, dərman preparatlarının və ixtisaslı həkimlərin olmaması üzündən qırılıblar.

Operation Vegetarian

1944-cü il Böyük Britanıyanın Almaniya ilə müharibəsi zamanı məxfi “Operation Vegetarian” kod adlı əməliyyatına görə, sibir xorasının yayılması

İlkin olaraq, bu silah Gruinard adasında hazırlanaraq, testlənmə mərhələsini keçib. Adada “sibir xorası” yayıldıqdan sonra karantin elan olunmuş və 1990-cı illərdə təmizləndiyi bəyan olunub.

Raketlərin döyüş başlıqları;

Aviasiya bombaları;

Artilleriya və minaaran mərmiləri;

Təyyarələrdən atılan konteyner, kisə və paketlər;

Təyyarələrdən həşərat cücüləri səpələyən qurğular;

Diversiya metodları.

Bioloji silah elementlərinin çatdırılma üsulları

Learn more about creating dynamic, engaging presentations with Prezi