Introducing
Your new presentation assistant.
Refine, enhance, and tailor your content, source relevant images, and edit visuals quicker than ever before.
Trending searches
6-cı SİNİF 21-ci MÖVZU
Tərəvəzlərin saxlanma və aşpaz emalı zamanı vitaminlərin qorunmasını təmin etmək üçün müəyyən qaydalara riayət etmək lazımdır:
— Tərəvəzləri +1° C-dən +3° C-yə qədər temperaturda qaranlıq yerdə saxlamaq lazımdır;
— İsti emal zamanı tərəvəzlərdə C vitamininin saxlanması üçün oksidləşən qabdan istifadə (üst qatı olmayan metaldan) edilməməlidir;
— Tərəvəzləri duz qatılmış qaynayan suda bişirmək lazımdır;
— Şorbalar üçün nəzərdə tutulmuş soğan, yerkökü, ağ soğanaqları olan cəfəri, kərəviz və s. tərəvəzləri qaynatmazdan əvvəl yağda qızartmaq lazımdır;
— Bişirmə zamanı tərəvəzlərin hava ilə təmasını maksimum azaltmaq lazımdır. Tərəvəzlərin üzəri su ilə tam örtülməli, qazanın ağzı qapaqla sıx bağlanmalıdır.
Aşpazlıqda tərəvəzlərin təsnifatı
Tərəvəzlər qrupu Tərəvəzlərin adı
Meyvəköklülər Şalğam, çuğundur, yerkökü,
turp,qırmızı turp, qıtığotu kökü,
və kərəviz.
Kök yumrusu Kartof, yer badamı, batat (şirin
kartof)
Kələmfəsiləlilər Ağ və qırmızı baş kələm, gül
kələm, brüssel kələmi
Qabaqfəsiləlilər Xiyar, qabaq, yunan qabağı,
patisson
Paxlalılar Noxud, lobya, paxla, soya, yer
fındığı
Quşüzümü
fəsiləlilər Pomidor, badımcan, şirin bibər
Yarpaqlılar Kahı, vəzəri
Soğanaqlılar Şalğamaoxşar soğan, sarımsaq,
kəvər
Qaynadılmış tərəvəzlər — böyük miqdarda mayedə (su, süd, ət suyu) bişirilmiş tərəvəzlərdir.
Qızardılmış tərəvəzlər — mayesiz, yağ əlavə edilərək, isti emalı yolu ilə hazırlanmış tərəvəzlərdir. Yağ əlavə edilmiş qalın dibli tavada, ərinmiş bol yağla sobada və saxsı qablarda qızartmalar ən geniş yayılmış üsullardandır.
Pörtlədilmiş tərəvəzlər. Əvvəlcədən yarıhazır vəziyyətə qədər qaynadılır və ya qızardılır. Sonra qızardılmış soğan, ədviyyat və ət suyu əlavə edilir.
Sobada bişirilmiş tərəvəzlər. Əvvəlcədən qaynadılır, yarıhazır vəziyyətə çatana qədər qızardılır, sonra isə xama və ya ət şirəsi əlavə etməklə 200—300° C-də sobada bişirilir. Heç bişirilməmiş çiy tərəvəzləri də sobada bişirmək olar.
Az qızardılmış tərəvəzlər. Rənglərinin dəyişməsinə yol vermədən az miqdarda yağda yarıhazır vəziyyətə qədər qızardılır.
Qaynara verilmiş tərəvəzlər. Emalı asanlaşdırmaq üçün tərəvəzlərin üzərinə əvvəlcədən qaynar su tökülür və ya buxara verilir.Hazırlanma üsulundan asılı olmayaraq, tərəvəzləri bir neçə mərhələdən ibarət ilkin emaldan keçirirlər.
Hazırlanma üsulundan asılı olmayaraq, tərəvəzləri bir neçə mərhələdən ibarət ilkin emaldan keçirirlər.
Növlərə ayırma.
Doğrama
Yuma
Təmizləmə
Növlərə ayırma. Tərəvəzləri keyfiyyətinə, yetişmə dərəcəsinə və ölçüsünə görə seçirlər. İlk növbədə, yarpaq, budaq və tumurcuqları seçib ayırır, sonra qidaya yararsız olanları — çürümüş, kal, çox yetişmiş, solmuş tərəvəzləri seçib kənarlaşdırırlar.
Təmizləmə. Tərəvəz və meyvələrin yeməyə yararsız, zədələnmiş və ya az dəyərli hissələrini kənarlaşdırır, bəzi tərəvəzlərin qabığını soyurlar. Amma yadda saxlamaq lazımdır ki, qabığın altında ən qiymətli qidalı maddələr var, bunun üçün isə onu çox nazik qatla soymaq lazımdır.
Təmizləmədən sonra tərəvəzləri təkrar yuyurlar.
Salat bir və ya bir neçə tərəvəz növündən, həmçinin tərəvəzlərin ət, balıq, yumurta və s. ilə birləşməsindən ibarət soyuq yeməkdir. Salat hazırlayarkən çiy, qaynadılmış, marinada qoyulmuş və duzlu tərəvəzlərdən istifadə edilir.
Tərəvəzlərin doğranma formaları: 1—tircik; 2—dairəvi;
3—nazik saman çöpləri; 4—kvadrat; 5—kub; 6—dilim-dilim
Salatların hazırlanma texnologiyası bir neçə mərhələdən ibarətdir
1. Tərəvəzlərin ilkin emalı.
2. Tərəvəzlərin
doğranması.
Salatın tərkibinə daxil olan bütün tərəvəzlər eyniölçülü tikələr şəklində doğranır. Belə olduqda onlar dadlı, salat isə cəlbedici və iştahaaçan olur.
3. Salata xama, mayonez və ya bitki yağı əlavə edilib süfrəyə verilir. Lazım gəldikdə salatın tərkibinə sirkə, bitki yağı, duz, istiot, şəkər, xardal tərkibli hazır qatmalar da əlavə edilir.
4. Doğranmış tərəvəzlərin qırılıb əzilməməsi üçün salatları ehtiyatla qarışdırırlar.
5. Hazır salatı xüsusi qablara qoyur və üstünü bəzəyirlər.
Tərəvəzlərdən bəzək hazırlanması
1.Sənə hansı tərəvəzlər tanışdır?
2.Tərəvəzlərin saxlanılması və aşpaz emalı zamanı hansı tələblərə riəyət etmək lazımdır?
3.Sənə tərəvəzlərin hansı isti emalı üsulları tanışdır?
4.Tərəvəzlərin ilkin emalı hansı mərhələlərdən ibarətdir?