Introducing 

Prezi AI.

Your new presentation assistant.

Refine, enhance, and tailor your content, source relevant images, and edit visuals quicker than ever before.

Loading…
Transcript

MƏMULATIN QRAFİK TƏSVİRİ

5-ci sinif. 6-cı mövzu

QRAFİK SƏNƏDLƏŞDİRMƏ

Hər hansı bir məmulatı hazırlamazdan əvvəl kağızda onun təsviri çəkilir. Hazırlanacaq məmulatın qrafik təsviri texniki təsvir, eskiz və ya çertyoj ola bilər.

STEP 1

Qrafik sənədləşdirmə dedikdə, gələcək məmulatın eskizi, texniki təsviri və çerteju nəzərdə tutulur.

Eskiz də nisbət nəzərə alınmaqla və ölçülər göstərilməklə əl ilə yerinə yetirilir. Eskizdə detalın bir tərəfdən görünüşü təsvir olunur

SUBTOPIC 1

Texniki təsvir məmulatın həcmli (üçtərəfli) təsviridir. Texniki təsvir tərəflər arasında nisbət nəzərə alınmaqla, lazımi ölçüləri və məmulatın materialı göstərilməklə əl ilə yerinə yetirilir. Texniki rəsm üzrə məmulatın forması asan anlaşılır

SUBTOPIC 2

Çertyoj məmulatın çertyoj alətlərinin köməyi ilə yerinə yetirilmiş şərti qrafik təsviridir. Çertyojda məmulatın, bir qayda olaraq, öndən, soldan, üstdən görünüşləri təsvir olunur

Title

Detalın çertyoju

a - əsas görünüş;

b - soldan görünüş;

c - üstdən görünüş

Xətlər: a) 1 — detalın konturu (bütöv əsas); 2 — çıxarılan (bütöv nazik); 3 — ölçü göstərən (bütöv nazik); 4 — simmetriya oxu (ştrixpunktirli); c) 5 — dəliyin görünməyən konturu (ştrixli).

STEP 2

Çertyojda bütün ölçülər millimetrlərlə göstərilir. Çertyoj adi karandaşla qalın kağızda (vatmanda) yerinə yetirilir.

Title

Title

Yığma çertyojlarda məmulatın və detalların adı, eləcə də detalların miqyas və materialı haqqında məlumat xüsusi cədvəldə — spesifikasiyada qeyd olunur. Bu cədvəl çertyojun, eskizin və ya texniki təsvirin sağ aşağı küncündə verilir.

STEP 3

Məmulatın həqiqi ölçülərinin neçə dəfə böyüdüldüyünü və ya kiçildildiyini göstərən ədəd miqyas adlanır.

Standartlara görə aşağıdakı miqyaslar təyin olunmuşdur: təsviri kiçiltmək üçün 1:2 (2 dəfə), 1:4 (4 dəfə), 1:5 (5 dəfə); təsviri böyütmək üçün 2:1, 4:1, 5:1 və s.

Title

Məmulatın təsviri üzərində ölçülər millimetrlərlə göstərilir. Bu ölçülər realdır ( kiçildilmiş və ya böyüdülmüş deyil).

STEP 4

Məmulatın çertyojunu oxumaq — onun adını, formasını, ölçülərini, materialını və miqyasını, eləcə də bu məmulatın təşkil olunduğu detalların sayını və onların birləşmə növünü təyin etmək deməkdir.

Bütün çertyojları əl ilə və ya kompüterin köməyi ilə xüsusi proqram üzrə yerinə yetirmək olar.

Title

SUALLAR

1.Çertyoj texniki təsvir və eskizdən nə ilə fərqlənir?

2.Miqyas necə təyin edilir?

3.Məmulatı nə üçün miqyasda təsvir edirlər?

4.«Çertyoju oxumaq» nə deməkdir?

Title

Title

Learn more about creating dynamic, engaging presentations with Prezi