TORNA DƏZGAHININ QURULUŞU
VƏ İŞ PRİNSİPİ
7 -ci sinif. 7-ci mövzu
1
Əl alətləri vasitəsilə silindrik və konusşəkilli detalların hazırlanması ilə VI sinifdə tanış olmusunuz. Qeyd etmək lazımdır ki, silindrşəkilli detalların əl ilə hazırlanması çox zəhmət və vaxt tələb edən işdir. Toma dəzgahında isə silindrşəkilli detalı daha tez və dəqiq hazırlamaq olur. Toma dəzgahı oduncaq pəstahların yonma üsulu ilə emalı üçün nəzərdə tutulmuşdur.
Yonma oduncağın kəsmə yolu ilə emalıdır. Yonma üsulu ilə pəstahdan silindr, konus və müxtəlif formalı səthlər emal edilir.
Subtopic 1
Torna dəzgahı aşağıdakı əsas hissələrdən ibarətdir: çatı, elektrik mühərrikli qabaq aşıq, arxa aşıq və əlaltı dayaq.
Çatı dəzgahın əsas hissələri bərkidilən iri çuqun özüldür. Çatının istiqamətləndiriciləri üzrə əlaltı dayaq (9) və arxa aşıq (10) hərəkət edir, öz növbəsində çatı iki ayağın köməyi ilə dəzgahın əsasına bərkidilir.
Subtopic 2
Oduncaq emal edən torna dəzgahı: 1 — özül; 2 — elektrik mühərriki; 3 — çatı; 4 — qayış ötürməsinin qoruyucusu; 5 — maqnit işəsalıcı; 6 — işıqlandırıcı; 7 — qabaq aşıq; 8 — şpindel; 9 — əlaltı dayaq;10 — arxa aşıq; 11 — qoruyucu ekran
2
Qabaq aşıqda şpindel quraşdırılıb. Şpindel qayış ötürməsinin köməyi ilə elektrik mühərrikindən fırlanma alan valdır. Şpindelin sonunda yiv var. Bu yivə pəstahın sol küncünü bərkitmək üçün xüsusi tərtibatlar quraşdırılır.
Qabaq aşığın quruluşu;
1—ikipilləli şkiv, 2—pazşəkilli qayış,
3—şpindel
Pəstahların ölçülərindən asılı olaraq onların bərkidilməsi üçün müxtəlif tərtibatlardan istifadə edilir: üçdişli patron, planşayba, stəkanşəkilli patron (şəkil 3 ).
Subtitle 1
Pəstahların bərkidilməsi üçün tərtibatlar:
a) üçdişli patron; b) planşayba; c) stəkanşəkilli patron
3
Arxa aşıq (şəkil 4) uzun pəstahların sağ uclarının bərkidilməsinə xidmət edir. Arxa aşıq pəstaha çatıdakı istiqamətləndirici ilə yaxınlaşdırılır, sonra bolt və qayka ilə möhkəm bərkidilir. Sonda pəstahın ucu xüsusi detal — mərkəz ilə sıxılır. Mərkəz nazim çarxı fırlatmaqla hərəkət etdirilir və sıxacla bərkidilir.
Arxa aşığın quruluşu: 1 —sıxac;2—nazim çarx; 3—vintli mexanizm; 4—mərkəz
Subtitle 1
Əlaltı dayaq kəsici alət üçün dayaq rolunu oynayır (şəkil 5). Onu çatının həm uzunu, həm də eni boyu hərəkət etdirmək, qaldırmaq və aşağı salmaq olar. Dəstəklərin köməyi ilə əlaltı dayaq tənzimlənir.
Şəkil 6. Kəsici alətlər:
a) yarımdairəvi iskənə; b) çəp iskənə
Title
Toma işləri üçün kəsici alət qismində kəsici iskənələrdən istifadə edilir.
Kobud yonma üçün istifadə edilən əsas kəsici alət yarımdairəvi iskənədir (şəkil 6, a). Təmiz yonma, dirəklərin, çıxıntıların hamarlanması və detalların kəsilməsi üçün isə çəp iskənədən istifadə edilir (şəkil 6, b).
İskənələr: a,b,c — yastı iskənə;
ç,d — girdə iskənə; e — qarmaqlı iskənə
Məmulatın emalı iki mərhələdə həyata keçirilir: qaralama və təmiz yonma. Yonma üçün alət isə məhz emal mərhələlərinə görə seçilir. Sadə detalların yonulması üçün bu iskənələrdən başqa, yastı, düzbucaqlı və girdə, həmçinin qarmaqlı iskənələrdən istifadə edilir (şəkil 7).
Title
4
Torna dəzgahında təhlükəsiz iş qaydaları
• Dəzgahın qayış ötürücüsünün detallarının qapaqla bağlanmağı yoxlanılmalıdır.
• Pəstahı bərkitməmişdən əvvəl onun üzərində, xüsusən baş tərəflərində qüsurların olmamasını yoxlamaq lazımdır.
• İşıqlandırıcı elə qoyulmalıdır ki, yalnız detal işıqlansın.
• İşə başlamazdan əvvəl dəzgahın üzərindən bütün kənar əşyaları yığışdırmaq, alətləri müəyyənləşdirilmiş yerlərə düzmək lazımdır.
• İş zamanı dəzgahda baxış ekranı aşağı salınmalıdır. Əgər dəzgahda belə ekran yoxdursa, o zaman qoruyucu eynəklə işləmək lazımdır.
• İşə salınmış dəzgahda pəstahı düzəltmək, onun ölçülərini ölçmək olmaz.
• Dəzgahı işə saldıqdan sonra pəstahı, patronu və ya planşaybanı əllə dayandırmaq olmaz.
• İşləyən dəzgahı nəzarətsiz saxlamaq qadağandır.
Subtitle 1
Özünüyoxlama sualları
1.Torna dəzgahında oduncaqdan hansı detalları hazırlamaq olar?
2. Torna dəzgahı hansı əsas hissələrdən ibarətdir?
3. Çatı nədir?
4. Şpindel nədir və onun fırlanması üçün hansı ötürmədən istifadə edilir?
5. Pəstahın bərkidilməsi üçün hansı tərtibatlardan istifadə edilir?
6. Arxa aşıq nəyə xidmət edir?
7. Əlaltı dayaq nə üçün istifadə edilir?
8. Torna işlərində hansı kəsici alətlərdən istifadə edilir?
9. Sadə detalların yonulması üçün hansı iskənələrdən istifadə edilir?
10. Torna dəzgahında işləyərkən hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır?