Introducing 

Prezi AI.

Your new presentation assistant.

Refine, enhance, and tailor your content, source relevant images, and edit visuals quicker than ever before.

Loading…
Transcript

TƏRƏVƏZLƏRİN BECƏRİLMƏ TEXNOLOGİYASI

5-ci sinif. 1-ci mövzu

Tərəvəzlər çox qiymətli qida məhsuludur. Tərəvəzin ən geniş yayılanı ağ kələm, pomidor, xiyar, yerkökü, mətbəx çuğunduru, soğan, turp, şüyüd, kartofdur.

Qidalı maddələr tərəvəz bitkilərinin müxtəlif hissələrində yığılır: pomidor və xiyarda — meyvələrdə, kök və çuğundurda — köklərdə, cəfəri və şüyüddə — yarpaqlarda.

Şüyüd, cəfəri, keşniş, nanə, reyhan və s. göyərtilər müxtəlif xörəklərdə ədviyyat kimi istifadə edilir. Soğan və sarımsaq xüsusilə xeyirlidir. Onların tərkibində böyük miqdarda C vitamini vardır.

Topic 1

Pomidor necə becərilir?

Pomidor Avropaya Cənubi Amerikadan XVI əsrin ortalarında gətirilmişdir. O vaxtlar pomidorun meyvələri nisbətən xırda, sarımtıl-qızılı rəngdə idi. Bu rəng tərəvəzin adında əksini tapıb, italyan dilində pomidor «qızıl alma» deməkdir.

Hazırda rənginə, quruluşuna və dadına görə fərqlənən bir çox pomidor növləri var.

Title

Title

XIX əsrin axırlarında isə pomidordan qida kimi istifadə edilməyə başlanmışdır. Hazırda pomidordan qida kimi dünyanın əksər ölkələrində  istifadə edilir. Pomidorun meyvəsinin tərkibində 95% su, 6% şəkər, 1,2% karotin, A, C, B, B2, B3, B6, B9, H, E, PP vitaminləri, çox miqdarda xüsusilə də dəmir, kobalt, sink makro- və mikroelementləri, mineral birləşmələri o cümlədən də ən çox kalium, manqan duzları və s.  aşkar edilmişdir.Alimlər belə bir nəticəyə gəlmişlər ki, pomidora parlaq-qırmızı rəng verən likopin piqmenti bağırsaqlarda, qida borusunda, mədə və ağ ciyərlərdə baş verən xərçəng çöplərinin inkişafını dayandırmaq qabiliyyətinə malikdir. O, xərçəngin orqanizmdə törətdiyi zərərli təsirləri aradan qaldıraraq orqanizmdə olan sərbəst radikalları zərərləşdirir.

video

Topic 2

Pomidor — birillik işıqsevər və istisevər ot bitkisidir. Bu bitki su və mineral maddələri güclü kök sistemi vasitəsi ilə torpaqdan alır.

Pomidor şitiləkmə üsulu ilə yetişdirilir və əlavə köklərin yaranması üçün tez-tez gövdəsinin dibi doldurulur.

Pomidor kolu yeni zoğlar hesabına sürətlə qol-budaq atır. Bu zoğlar məhsulun miqdarını azaltdığı və yetişməsini yubatdığı üçün budanır.

Pomidor bitkisində cücərmədən meyvələrin yetişməsinə qədər olan dövr 100—130 gün təşkil edir.

Title

Pomidorun becərilməsi texnologiyası

Sizə lazım olacaq: şitil əkmək üçün yeşik, drenaj, torpaq, polietilen plyonka, susəpən, xırda stəkanlar və kiçik payalar, otaqda yetişə bilən pomidor toxumu.

Title

Title

İşin gedişi:

1. Pomidor şitillərinin becərilməsi və onlara qulluq edilməsi üçün texnoloji xəritə hazırlayın. Praktik işi yerinə yetirərkən gündəlik qeydlər aparın (işin aparılma tarixini və işin növünü, pomidorun inkişaf mərhələsini qeyd edin).

2. Pomidor toxumlarını isitmə sisteminin batareyasının yanında 2—3 saat yerləşdirərək qızdırın.

Title

3. Toxumları 30 dəqiqə ərzində tünd-bənövşəyi manqan məhlulunda saxlayın (şək. 3,b). Suyun üzünə çıxan toxumları maye ilə birlikdə atın. Qalan toxumları yuyun və salfetlə qurulayın.

4. Əkmək üçün yeşik hazırlayın: dibinə drenaj yerləşdirin, üstündən 15—20 sm münbit torpaq tökün və sulayın. Kiçik paya ilə səpin üçün şırımların yerini nişanlayın (şək. 4, a).

5. Pomidor toxumlarını cərgə ilə əkin. Üstünə nazik qat yumşaq torpaq səpin. Yeşiyi polietilen plyonkayla örtün və isti yerə qoyun.

6. Cücərtilər çıxmağa başlayanda (4—6 gündən sonra) plyonkanı çıxardın və yeşiyi işıqlı yerə qoyun. Şitillərə qulluğu adi qaydada aparın.

Topic 3

7. Şitillər üç-dörd yarpaq açanda, onların yerini dəyişin. Şitilin yerini dəyişmək üçün nəzərdə tutulmuş xırda paya ilə onları torpaqdan çıxardın (şək. 5,b) və təzə yeşiyə, birbirindən 8—12 sm məsafədə əkin.

8. Şitillər 10—15 sm hündürlüyə çatanda onları daimi yerinə — dekorativ dibçəyə və ya ləkə əkin (şək. 6).

1

2

Title

video

Topic 4

SUALLAR

1.Hansı tərəvəz bitkilərini tanıyırsınız?

2.Hansı göyərtilər ədviyyat kimi istifadə edilir?

3.Nə üçün pomidor şitil üsulu ilə becərilir?

4.Pomidorun becərilməsinin texnoloji mərhələlərini sadalayın.

Learn more about creating dynamic, engaging presentations with Prezi