ODUNCAĞIN TƏDARÜKÜ YƏ MİŞAR
MATERİALLARININ İSTEHSALI
6 cı sinif. 7-ci mövzu
1
Ağac emalı sənayesi hansı məmulatların hazırlanması ilə məşğul olur və oduncağı necə tədarük edirlər?
Ağac emalı sənayesi mişar materiallarının, plitələrin, oduncaq məmulatlarının hazırlanması ilə məşğul olur. Ağac emalı sənayesində mişarçılar, çərçivəçilər, dəzgahçılar, xarratlar, dülgərlər və s. kimi peşə sahibləri işləyir.
Dəzgahda işləyən mişarçı-fəhlə, xarrat dəzgahında işləyən dəzgahçı, ağac emalında operator və s.
Mişar materialları, qapılar, pəncərələr, mebel, parket, qablaşdırma materialları, çəlləklər, faner, plitələr, oduncaqlar
Subtopic 1
Sellüloz bişirən, presləyici operator və s.
Kağız, karton, sellüloz, fotolent, kinolenti, şin, rezin ayaqqabı
Skipidar, yağ, spirt, kanifol
Oduncağın parçalanması üzrə aparatçı, meşə kimyası qurğusu operatoru və s
Subtopic 2
Hər böyüyən ağac öz ətrafında bitki və heyvan aləminin qarşılıqlı əlaqədə inkişaf etdiyi mikroiqlim yaradır.
Ağaclar bizim nəfəs aldığımız oksigeni hasil edir və karbon qazını udur. Təbiətdə məhv olan ağacların sayı əkilənlərdən artıqdır. Saysız-hesabsız ağac kəsilir və meşə yanğınları zamanı məhv olur. Elə bu səbəbdən meşələrin bərpa edilməsi öhdəmizə düşən ən mühüm işlərdən biridir.
2
Tikintidə istifadə etmək və müxtəlif məmulatlar hazırlamaq üçün növündən asılı olaraq 80—120 yaş arası ağaclardan oduncaq tədarük edilir. Belə oduncaq meşə təsərrüfatı mütəxəssisləri tərəfindən yetişmiş oduncaq kimi müəyyənləşdirilir.
Subtitle 1
Ağacqıranlar ağacları əl elektrik mühərrikli və benzinmühərrikli mişarlarla və yaxud kəsdiyi ağacları digərlərini korlamadan lazımi istiqamətdə aşıran meşəqıran maşınların köməyi ilə mişarlayırlar.
Title
Beləliklə, kök və budaqlardan təmizlənərək kəsilmiş ağac gövdələri, yəni qol-budağı təmizlənmiş ağac materialı əldə edilir.
Qol-budağı təmizlənmiş ağacları eninə mişarlayıb şalban, tir, kötük əldə etmək üçün yük maşınları və ya ağacdaşıyanlarla emal müəssisələrinə daşıyırlar.
3
Benzinmühərrikli mişarın quruluş sxemini və iş prinsipini nəzərdən keçirək . Benzinmühərrikli mişarlar öz quruluşuna görə mexanikləşdirilmiş əl alətlərinə aid olub, daxiliyanma mühərrikləri ilə hərəkətə gətirilirlər.
Benzinmühərrikli mişarın quruluşunun sadə olması onun etibarlılığının göstəricisi olub, çətin şəraitdə müntəzəm işləməsini təmin edir.
Subtitle 1
Benzinmühərrikli mişarın quruluş sxemi: 1—benzin qarışığı həcmi 0,5l olan benzin çəninə tökülür; 2—benzin çənindən benzin karbüratora* daxil olaraq hava ilə qarışır; 3—karbüratordan hava-yanacaq qarışığı ikitaktlı mühərrikin silindrinə daxil olaraq qığılcımla yandırılır; 4—porşenin irəli-geri hərəkətini valın fırlanma hərəkətinə çevirən sürgüqolu-çarxqolu mexanizmi (SÇM); 5—SÇM-nin bir hissəsi olan val; 6—mərkəzəqaçma ilişməsi; 7—mişar zəncirini hərəkətə gətirən ulduzcuq; 8—mişar zənciri
Title
Oduncaqdan hazırlanan və onun təbii quruluşunu qoruyab saxlayan bütün materiallara meşə materialları deyilir. Şalbanlardan binaların divarları üçün tirlər, müxtəlif taxta konstruksiyalar hazırlayır, mişar materialları əldə edirlər.
Title
Lay-lay kəsilmiş şponun hazırlanması üçün nəzərdə tutulmuş, uzunluğu 2 m-ə qədər olan qısa meşə materialı kötük adlanır. Şpon təbəqələrini bir-birinə yapışdıraraq faner alırlar.
Oduncağı ştabellərdə* nizamla yığılmış vəziyyətdə saxlayırlar.
Meşə materiallarının diametrini metrə, ölçmə çəngəli və ya ölçən dəmir bəndlə ölçürlər.
Title
Meşə materiallarının ölçmək üçün alətlər:a) ölçmə çəngəli; b) ölçən dəmir bənd; c) metrə və ya ölçmə reykası
4
En kəsiyi çox zaman ovalşəkilli olduğu üçün D1 və D2 diametrlərini şalbanın baş hissələrində qarşılıqlı perpendikulyar istiqamətlərdə ölçürlər. Sonra hesablayıb orta diametri tapırlar:
D=(D1+D2):2. Şalbanın uzunluğunu rulet, ölçmə reykası və ya metrə ilə ölçürlər.
Şalbanın diametri və uzunluğuna görə onun həcmini hesablayırlar. İstehsalatda meşə materiallarının həcmini onların təpə diametri və uzunluğundan asılı olaraq xüsusi cədvəllərlə daha dəqiq müəyyənləşdirirlər.
Ağackəsən dəzgah şaquli bərkidilmiş zolaqlı mişar dəsti olan kəsici çərçivədən ibarətdir.
Click to edit text
Title
Yuxarı-aşağı və şaquli hərəkətli mexanizmi olan mişarlama çərçivəsi elektrik mühərriki tərəfindən hərəkət etdirilir. Bu, şalbanın mişarlanma texnologiyasıdır.Ağackəsən dəzgahın önündə və arxasında şalbanı (5) gətirən ötürücü vallar (4) bərkidilmişdir. Daima fırlanan vallar kələ-kötür səthə malikdir.
Title
Ağackəsən dəzgahın sxemi: a) əsas görünüş; b) sağdan görünüş: 1—kəsici çərçivə; 2—mişar; 3—kəsici çərçivə istiqamətləndiricisi; 4—şalbanı gətirən ötürücü vallar; 5—şalban
Ağackəsən dəzgahda alınan əsas mişar materialları taxta və tirlərdir. Taxtalar kənarları kəsilmiş və kəsilməmiş, yəni kənarından mişarlanmış şəkildə buraxılır.
Title
Title
SUALLAR
1. Oduncaq emalı sənayesində olan peşələri sadala.
2.Oduncaq emalı təsərrüfatında alınan məhsulları sadala.
3. Ağac emalı sənayesi nə ilə məşğul olur?
4. Oduncağın emah zamanı alman məhsul növlərini sadala.
5. Meşə materiallarının diametrini nə üçün, necə və nə ilə ölçürlər?
6. Ağackəsən dəzgahın təyinatı nədir?