Introducing 

Prezi AI.

Your new presentation assistant.

Refine, enhance, and tailor your content, source relevant images, and edit visuals quicker than ever before.

Loading…
Transcript

İNSAN HƏYATINDA TEXNOLOGİYA.

MƏMULATLARIN HAZIRLANMASI MƏRHƏLƏLƏRİ

5 sinif. 5-ci mövzu

Bizi əhatə edən aləmə diqqətlə nəzər salaq...

Otaqda masa üzərində kitablar var. Bayırda günəş işıq saçır və quşlar uçuşur, yağış və yaxud da ki, qar yağır. Küçədə avtomobillər hərəkət edir. Gördüklərinizi iki qrupa ayırmaq olar. Birinci qrupa insanın iştirakı olmadan yarananları daxil edək: günəş, quşlar, yağış, qar və s. İkinciyə insan əməyinin məhsulu olanları: otaq, masa, kitablar, pəncərə, küçə, avtomobillər. Həyatda mövcud olan varlıqları iki hissəyə ayırmaq olar. Birinci — təbiətin bizə bəxş etdikləri. İkinci — insan tərəfindən yaradılanlar. İnsan əli ilə gözəlləşən və daima yeniləşən dünyanın inkişafında texnologiyaların əvəzsiz rolu vardır.

STEP 1

Texnologiya — insan tərəfindən məmulat və xidmətlərin yaradılması prosesidir. Biz avtomobil və təyyarələri, adi konfet və televizorları, gözəl geyim və rahat mənzilləri yaratmaq üçün nəyi bilmək və yerinə yetirmək lazım olduğunu texnologiya dərslərində öyrənəcəyik.

Əşyaları insanlar öz tələbatlarını ödəmək üçün yaradırlar.

SUBTOPIC 1

video

Lap qədimdən insana qida lazım olduğu üçün o, balıq tutmağı, buğda əkməyi, çörək bişirməyi, inək sağmağı öyrənmişdir.

SUBTOPIC 2

Müasir texnologiyalar — məhsulun emalı və hazırlanmasında bizə kömək göstərən kənd təsərrüfatı maşınları və yeyinti sənayesi üçün avadanlıq, qaz pilətələri, paltaryuyan maşınlar və sairədir.

STEP 2

Daha sonralar müasir tikinti texnologiyalarının köməyi ilə çoxmərtəbəli binalar ucaltdı, isti və rahat mənzillərdə yaşamaq imkanı qazandı.

Bir zamanlar insana pis havadan və arzuolunmaz təhlükələrdən qorunmaq lazım idi. Əvvəlcə o, dəyə qazmağı, sonra isə ev tikməyi öyrəndi.

Title

Zaman keçdikcə insan yük daşımaq və səyahət etmək üçün nəqliyyat texnologiyalarını da təkmilləşdirdi.

Title

təyyarələrin təkamülü

qatarların təkamülü

Title

avtobusların təkamülü

Title

Son zamanlar kommunikasiya texnologiyaları çox sürətlə inkişaf edir. Bunun nəticəsində biz istənilən informasiyanı uzaq məsafələrə ötürə və ala bilirik. Müasir kommunikasiya vasitələrinə televizor, radio, telefon, faks, elektronpoçt və internet aiddir.

İnsan nə qədər çox yeni əşya yaradırsa, bir o qədər də bu əşyaların zəruri ehtiyaca çevirdiyi yeni tələbatlar əmələ gəlir. Və bu yeni tələbatlar onlara uyğun yeni texnologiyaların inkişaf etdirilməsini tələb edir.

STEP 3

Beləliklə, texnologiya dedikdə maddənin, enerjinin, informasiyanın dəyişdirilməsinə və insanların tələbatlarını təmin etmək üçün bu proseslərin öyrənilməsinə istiqamətlənmiş insan fəaliyyəti başa düşülür.İstənilən məmulatın hazırlanması bir neçə mərhələdən keçir:

Title

istismarı

məmulatın layihələndirilməsi

onun hazırlanması

Məmulatın seçilmiş variantı üçün

1. texniki sənədləşmə (texniki layihələndirmə) işləyib hazırlayırlar.

2. Texniki sənədləşmə əsasında işçi layihələndirmə işlənilir.

STEP 4

3. texniki sənədləşməni əldə olan materiala uyğunlaşdırır.

4. texniki sənədləşməni əldə olan avadanlığa uyğunlaşdırır.

1.Sonra keyfiyyətli pəstahlar seçirlər. Pəstah hazırlanacaq detal üçün seçilmiş, müəyyən ölçülü materialdır (istənilən detal üçün seçilən pəstahın ölçüsü detalın öz ölçülərindən böyük olmalıdır). Bir pəstahdan bir və ya bir neçə detal alına bilər.

Title

Detalların məmulat halında birləşdirilməsinə yığma deyilir.

Pəstahın detala və ya məmulata çevrilməsi texnoloji prosesə, yəni işin layihədə müəyyənləşdirilmiş ardıcıllığına ciddi şəkildə uyğun olmalıdır.

Title

Məmulatın hazırlanması prosesi bir neçə texnoloji əməliyyatdan ibarətdir. Məsələn, pəstahın mişarlanması, deşiklərin açılması, məmulatın cilalanması, rənglənməsi və s.

Title

Pəstahın emal edilməsi və ondan məmulatın hazırlanması üzrə əməliyyatların ardıcıllığı — xüsusi marşrut xəritələrində və texnoloji xəritələrdə yazılır.

Texnoloji xəritədə texnoloji əməliyyatların ardıcıllığı təfərrüatı ilə yazılır, hər bir əməliyyatın icrasında pəstahın qrafik təsviri yerinə yetirilir, tətbiq olunan alət və tərtibatlar göstərilir.

Marşrut xəritələrində ancaq əməliyyatların icra ardıcıllığı göstərilir.

Title

видео

SUALLAR

1. Aşağıda adları sadalanan anlayışları oxuyun, onlardan hansıların təbiətə, hansıların texnologiyalar dünyasına aid olduğunu təyin edin:

Çayın suyu, otaqdakı istilik, günəşdən gələn istilik, yağış, susəpən qurğu, telefon, əks-səda, dənizdə üzən balıq, balıq konservi, təbii mağaralar, heyvanların və quşların yuvaları, meşədə bitən ot, saman, ağcaqayın ağacı, oduncaq, taxta , faner, polad, çuqun, tənəkə, məftil, relslər, şpallar.

2. Pəstah detaldan nə ilə fərqlənir?

3. Texnoloji və marşrut xəritələri nə üçün lazımdır?

STEP 5

Learn more about creating dynamic, engaging presentations with Prezi