5 -ci süinif. 3-cü mövzu.
AİLƏDƏ DAVRANIŞ VƏ ÜNSİYYƏT MƏDƏNİYYƏTİ
Hər bir insan ailədə mədəni davranış və ünsiyyət qaydalarını bilməli və onlara riayət etməlidir.
Bəs bu qaydalar nədən ibarətdir?
1
Ailə üzvlərinə hörmət və qayğı. Siz vaxtınızın böyük hissəsini ailənizin əhatəsində keçirirsiniz. Unutmayın ki, siz xalqımıza məxsus ailə ənənələrini bilməli və həyata keçirməlisiniz. Ailə üzvləri ilə ünsiyyətdə «Sağ ol», «Zəhmət olmasa», «Bağışla» deməyi, evdən gedərkən və evə qayıdarkən «Sağ ol, ana», «Salam, ata», «Bu da mən» və s. deməyi unutmayın. Valideynlərinizə mütləq hara getdiyinizi və nə vaxt qayıdacağınızı deyin. Əgər yubanırsınızsa, çalışın telefonla zəng edib harada olduğunuzu bildirəsiniz ki, yaxınlarınız narahat olmasın. Ailə üzvlərinizə hər an diqqət göstərin.
2
Əgər sizin kiçik qardaş və bacınız varsa, onlar üçün tez-tez kitab oxuyun, onları gəzintiyə çıxartmağa vaxt ayırın.
Öz yaxınlarınıza hörmətlə yanaşın: evdə səliqəli geyinin, əşyalarınızı ətrafa səpələməyin. Nə qədər tələssəniz də, qapını asta örtün. Radionun, maqnitofonun və ya televizorun səsini artırmayın. Unutmayın ki, ailə üzvlərinizdən hər birinin müxtəlif musiqi zövqü ola bilər və həmçinin gur səs onların istirahətinə mane olar.
3
Ailə üzvləri ilə necə salamlaşmaq lazımdır?
— Salamlaşma təbəssümlə müşayiət olunmalıdır.
— Salamlaşdığınız adamın gözlərinə baxmaq, ona arxa çevirməmək lazımdır.
— Əlləri cibində və dolu ağızla salamlaşmaq olmaz.
— Tələsik salamlaşmaq olmaz.
—Səhərdən saat 11:00-a qədər «Sabahınız xeyir!», 11:00-dan axşam üstünə qədər «Günortanız xeyir!», axşam isə «Axşamınız xeyir!» demək lazımdır.
— «Sağ olun!», «Gecəniz xeyrə qalsın!» — deyib sağollaşmaq olar.
4
Ailədə iş bölgüsü. Ailə üzvləri hər zaman yadda saxlamalıdırlar ki, ev işləri yaşı və sağlamlığı imkan verən bütün ailə üzvləri tərəfindən görülməlidir. Ailədə birinin işləmək istəməməyi mütləq digəri üçün narahatlıq yaradacaq. Ona görə də ailədə hərənin imkanı nəzərə alınmaqla, müəyyən vəzifə və tapşırıqları olmalıdır.
Title
Daimi vəzifələr — ailə təsərrüfatında hər gün təkrarlanan əməkdir. Yəni qida məhsullarının alınması, xörəyin hazırlanması, mənzilin yığışdırılması, qab-qacağın yuyulmasıdır. Kənd sakini üçün bu, həmçinin ev heyvanlarına və quşlara qulluq, torpaq sahəsində iş və s-dir.
Title
Müvəqqəti tapşırıqları əvvəlcədən bölmək çətindir. Onlara məişət avadanlığının təmiri, sənaye mallarının alınması, xəstələrə qulluq, qohumlara və dostlara kömək, qonaqların qarşılanıb və yola salınması və s. aiddir.
Uşaqlar valideynlərinə ev işlərində kömək etməlidirlər. Siz mağazaya gedə, qabları yuya, otaqları səliqəyə sala, təmir və təsərrüfat işlərində kömək edə bilərsiniz.
Title
UNUTMAYIN!
Ata və ananıza hörmət edin.
Ailədə özünüzə inam mühiti yaradın.
Müstəqillik göstərin, valideynlərinizə tez-tez kömək üçün müraciət etməyin.
Təşəbbüs göstərin, valideynlərinizə onlara aid olan işlərdə kömək edin.
Valideynlərinizin üzərinə çətin icra olunan tələblər qoymayın.
Ailədə daimi tapşırığınız varsa, onu məsuliyyətlə yerinə yetirin.
Title
SUALLAR
1.Ailə üzvlərinə qayğı nədən ibarətdir?
2.Salamlaşma zamanı nəyə diqqət vermək lazımdır?
3.Salama necə cavab vermək lazımdır?
4.Ailədə sizin öhdənizə düşən işləri sadalayın və fikirləşin, daha hansı vəzifələri yerinə yetirə itilərsiniz?