Introducing 

Prezi AI.

Your new presentation assistant.

Refine, enhance, and tailor your content, source relevant images, and edit visuals quicker than ever before.

Loading…
Transcript

Quraşdırma elementləri olan məmulatların spesifikasiyası

7-ci sinif. 4-cü mövzu

1

Quraşdırma hesablamaları yerinə yetirməklə planlaşdırmaq, qurmaq, tikmək deməkdir. Cihazlar, maşınlar, geyim, mebel, uşaq oyuncaqları, diş fırçaları, mətbəx ləvazimatı, sanitar-texniki avadanlıq və s. məmulatlar quraşdırma prosesinin nəticəsidir.

Quraşdırma hər hansı bir məmulatın, qurğunun, əşyanın hazırlanmasına yönəlmiş yaradıcı prosesdir.

Yeni konstruksiyaların işlənməsi üzərində çoxsaylı mütəxəssislərdən ibarət qruplar çalışır. Hazırda yeni texniki ideyaların, kəşflərin həyata keçirilməsi tək və ya kollektiv ixtiraçı əməyinin məhsuludur.

Hazırlanma prosesində istənilən məmulat müəyyən mərhələlər keçir. Konstruktorun beynində yaranan ilkin ideya sonrakı mərhələlərdə sözlə təsvir edilir, rəsmə, sxemə, çertyoja və s. çevrilir. Məmulatın gələcəyi haqqında tam məlumat daşıyan bütün bu mətn və təsvir (qrafik) sənədləri konstruktor sənədləri adlanır.

Quraşdırma sənədləri məmulatın işlənməsi, onun hazırlanması, nəzarət və istismarı üçün lazım olan məlumat bazasıdır.

Subtopic 1

Quraşdırma sənədlərinə aiddir.

spesifikasiya ilə birlikdə ümumi görünüş çertyoju

detalın

çertyoju

Subtopic 2

quraşdırma çertyoju

sxemlər

təlimatlar

quraşdırma çertyoju

2

Quraşdırma sənədlərinə detalın çertyoju, quraşdırma çertyoju, spesifikasiya ilə birlikdə ümumi görünüş çertyoju, həmçinin təlimatlar və sxemlər aiddir.

Subtitle 1

Məmulat bir neçə detalın birləşməsindən ibarət olduqda onun quraşdırma çertyoju işlənib hazırlanır. Quraşdırma çertyojunda məmulatın detallarının bir-biriylə birləşdirilmə üsulu və ardıcıllığı göstərilir. Məmulata daxil olan bütün detallar spesifikasiyada sadalanır. Detalların quraşdırma çertyoj undakı nömrələri spesifikasiyadakı ilə eyni olmalıdır.

Click to edit text

video

3

Ümumi görünüş çertyoju məmulatın quruluşunu əks etdirir, onun əsas tərkib hissələrinin qarşılıqlı əlaqəsini və məmulatın iş prinsipini izah edir. Çertyoja spesifikasiya da əlavə edilməlidir.

Təlimatın tərkibində məmulatın hazırlanması, yığılması, tənzimlənməsi və ona nəzarətə dair göstərişlər olur.

Şərti işarələr şəklində olan sxem məmulatın tərkib hissələrini və onların qarşılıqlı təsirini əks etdirir.

Subtitle 1

Layihələndirmə zamanı məmulatın və detalın çertyojunu dərhal çəkmək çox çətindir. Layihələndirmənin rahatlığı və əyaniliyi üçün texniki təsvirdən istifadə edilir. Texniki təsvir əşyanın eyni zamanda üç tərəfdən görüntüsünü verir və onun hissələri arasındakı nisbəti gözəyarı nəzərə almaq şərtilə əllə çəkilir

Bütün məmulat və pəstahlar müəyyən texnoloji proseslərin yerinə yetirilməsi nəticəsində hasil olur.

Texnoloji proses istehsal prosesinin bir hissəsi olub, əmək əşyasının dəyişdirilməsi və (və ya) onun vəziyyətinin müəyyənləşdirilməsi üzrə məqsədyönlü fəaliyyətdir. Əmək əşyalarına pəstah və məmulatlar aid edilir.

Texnoloji əməliyyat bir və ya bir neçə fəhlənin, bir və ya bir neçə emal edilən və ya yığılan məmulat üzərində bir iş yerində fasiləsiz yerinə yetirdiyi texnoloji prosesin müəyyən hissəsidir.

Texnoloji əməliyyat müxtəlif texnoloji keçidlərdən ibarətdir.

Title

Title

Texnoloji əməliyyat bir və ya bir neçə fəhlənin, bir və ya bir neçə emal edilən və ya yığılan məmulat üzərində bir iş yerində fasiləsiz yerinə yetirdiyi texnoloji prosesin müəyyən hissəsidir.

Texnoloji əməliyyat müxtəlif texnoloji keçidlərdən ibarətdir.

Eyni texnoloji təchizat vasitələri ilə yerinə yetirilən texnoloji əməliyyatın başa çatmış hissəsi texnoloji keçid adlandırılır.

Məmulatın quraşdırma sənədlərindən başqa texnoloji sənədləri də vardır. Texnoloji sənədlər qrafik və mətn sənədləridir. Bu sənədlər məmulatın hazırlanma texnologiyasını təyin edir. Texnoloji sənədlərə texnoloji xəritə, marşrut xəritəsi və əməliyyat xəritəsi aiddir.

4

Texnoloji xəritə texnoloji əməliyyatlar, materiallar göstərilməklə detalların tam hazırlanma prosesini əks etdirən sənəddir. Başqa sözlə, texnoloji xəritə məmulatın bütün emal prosesini özündə əks etdirən əməliyyatlar və onların tərkib hissələri, materiallar, istehsal avadanlığı və məmulatın hazırlanması üçün texnoloji rejimlər haqqında ətraflı məlumat verən texnoloji sənəd formasıdır.

Subtitle 1

Marşrut xəritəsi iş sənədlərinin tərtibinin bütün mərhələlərində istifadə edilən əsas texnoloji sənəddir. Marşrut xəritəsi təchizatların, avadanlığın, materialların, işin və s. göstərilməsi ilə məmulatın müəyyən ardıcıllıqda hazırlanmasının (təmirinin) bütün əməliyyatları üzrə aparılan texnoloji proseslərin təsvirini özündə cəmləşdirir.

Əməliyyat xəritəsi keçidlərin, qurğuların və tətbiq edilən alətlərin siyahısıdır.

Məmulatın hazırlanmasında, adətən, çox sayda mütəxəssis iştirak edir: konstruktor çertyojları işləyir, texnoloq məmulatın detallarının emalı texnologiyasını və yığılmasını işləyir, müxtəlif ixtisaslı fəhlələr detalları hazırlayır və məmulatı yığırlar. Nəzarətçilər detalların çertyoja uyğunluğunu yoxlayırlar. Bütün mütəxəssislər tərəfindən başa düşülməsi və oxunması üçün çertyoj ümumi qəbul edilmiş qaydalara uyğun tərtib edilməlidir.

Title

SUALLAR

Quraşdırma nə deməkdir?

Quraşdırma prosesində nə alınır?

Quraşdırma sənədləri nədir?

Çertyoj nədir?

Yığma çertyoju nə zaman yerinə yetirilir?

Ümumi görünüş çertyoju nədir?

Texnoloji proses nədir?

Texnoloji əməliyyat nə deməkdir?

Nəyi «texnoloji keçid» adlandırırlar?

Texnoloji sənədlərə nə aiddir?

Click to edit text

Title

Learn more about creating dynamic, engaging presentations with Prezi