1. MƏKTƏBDƏ ÜNSİYYƏT VƏ DAVRANIŞ MƏDƏNİYYƏTİ
Topic 1
Hər bir şagird mədəni ünsiyyət və davranış qaydalarını bilməli və bu qaydalara riayət etməlidir.
Bəs bu hansı qaydalardır?
Ümumi davranış qaydaları:
• Şagird dərsin başlanmasına 15—20 dəqiqə qalmış təmiz və səliqəli vahid məktəbli formasında məktəbə gəlməlidir. O, üst geyimini qarderoba təhvil verib, qarşıdan gələn dərs üçün dərs vəsaitlərini hazırlamalı və öz iş yerini tutmalıdır;
• Dərs zamanı müəllimlərin icazəsi olmadan məktəbi və məktəb ərazisini tərk etməməlidir. Dərsdə iştirak etmədiyi halda sinif rəhbərinə tibbi arayış və ya valideynləri (onları əvəz edən şəxs) tərəfindən yazılmış izahat təqdim etməlidir. Üzrlü səbəb olmadan dərs buraxmamalıdır;
• Şagird özündən böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşmalıdır;
• Məktəbdə və məktəbdən kənarda özünü mədəni və layiqli aparmalıdır.
Title
Dərs zamanı davranış:
• Müəllim sinfə daxil olanda şagirdlər salamlaşmaq üçün ayağa qalxır və müəllim onlarla salamlaşıb oturmağa icazə verdikdən sonra otururlar. Eyni qayda ilə şagirdlər dərs zamanı sinfə daxil olan digər böyükləri salamlayırlar;
• Hər bir müəllim dərs zamanı öz fənninə uyğun «Təhsil haqqında» qanuna və məktəbdaxili qaydalara əsasən davranış şərtlərini müəyyən edir;
• Dərs zamanı səs salmaq, dərsə aid olmayan kənar işlərlə məşğul olub dərsdən yayınmaq və dostlarını bu işə cəlb etmək olmaz;
• Əgər dərs zamanı şagird sinifdən çıxmaq istəyirsə, bunu müəllimin icazəsi olmadan edə bilməz;
• Əgər şagird müəllimə sual vermək və ya müəllimin sualına cavab vermək istəyirsə, əlini qaldırmalıdır;
Topic 2
• Dərslər kabinet sistemində keçirildiyi üçün kabinetdə hər şagird üçün bir yer müəyyən edilmişdir. Hər bir şagird öz iş yerinin təmizlik və səliqəsinin qorunmasına cavabdeh olmalıdır;
• Şagird dərs zamanı müəllimin tələblərini yerinə yetirməyə çalışmalıdır;.
• Şagird yüksək və aydın səslə cavab verməli, xəritədən, şəkillərdən, əyani vəsaitdən istifadə etməlidir;
• Dərsin bitməsini bildirən zəng müəllim üçündür. Müəllim dərsin bitməsini elan etdikdən sonra şagirdlər sinfi tərk etmək hüququna malikdir. Müəllim sinifdən çıxarkən şagirdlər hamılıqla ayağa qalxmalıdırlar.
Text
Şagirdlərin yeməkxanada davranış qaydaları:
• Yemək zamanı ədəb qaydalarına riayət etmək;
• Yeməkxana işçilərinə hörmətlə yanaşmaq;
• Yemək zamanı qonşu masalarda oturanları narahat etməmək üçün yüksəkdən danışmamaq;
• Yeməkdən sonra masanı yığışdırmaq, stulları yerinə qoymaq;
• Məktəb yeməkxanasının əmlakına qayğı ilə yanaşmaq;
• Yeməkxanaya üst geyimində gəlməmək.
Şagirdlərə qadağandır:
• Dərsdənkənar vaxtda məktəbdə gəzmək;
• Üst geyimində gəzmək;
• Pilləkənlərdə, pəncərələrin yaxınlığında və oyun üçün nəzərdə tutulmayan yerlərdə qaçmaq;
• Bir-birini itələmək, bir-birinə nə isə atmaq və fiziki güc tətbiq etmək;
• Şagirdə yaraşmayan ifadələr işlətmək və lazımsız hərəkətlər etmək, səs salmaq, dərslərin gedişinə mane olmaq.
Sinif üzrə növbətçinin vəzifəsi:
• Tənəffüs zamanı sinif otağında olmaq;
• Sinif otağının səliqəli olmasına nəzarət etmək;
• Dərs otağını növbəti dərsə hazırlamaq üçün müəllimə kömək etmək;
• Dərs qutardıqdan sonra sinfin təmizliyini təmin etmək.
Title
Topic 3
Şagirdlərə qadağandır:
• Dərsdənkənar vaxtda məktəbdə gəzmək;
• Üst geyimində gəzmək;
• Pilləkənlərdə, pəncərələrin yaxınlığında və oyun üçün nəzərdə tutulmayan yerlərdə qaçmaq;
• Bir-birini itələmək, bir-birinə nə isə atmaq və fiziki güc tətbiq etmək;
• Şagirdə yaraşmayan ifadələr işlətmək və lazımsız hərəkətlər etmək, səs salmaq, dərslərin gedişinə mane olmaq.
Sinif üzrə növbətçinin vəzifəsi:
• Tənəffüs zamanı sinif otağında olmaq;
• Sinif otağının səliqəli olmasına nəzarət etmək;
• Dərs otağını növbəti dərsə hazırlamaq üçün müəllimə kömək etmək;
• Dərs qutardıqdan sonra sinfin təmizliyini təmin etmək.
Kitabxanada davranış qaydaları:
*Kitabxanaçının icazəsi olmadan kitabxanadan kitab və kitabxana ləvazimatını kitabxanadan çıxartmaq;
*Kitabxanadan götürülən kitabların təyin olunmuş vaxtdan gec qaytarmaq;
*Kitabxana materiallarında qeyd aparmaq vərəqlərini cırmaq və ya ləkə salmaq, həmçinin kitabxana avadanlıqlarına zərər yetirmək;
*Kitabxanada yemək və içmək;
* Kitabxanada mümkün qədər səssizliyə riayət olunmalıdır, hündürdən danışmaq, gülmək, başqalarına mane olmaq
OLMAZ!
1
Məktəbdə ünsiyyət üçün bir neçə məsləhət:
• Sinif yoldaşlarınla münasibətdə nəzakətli ol. Səndən qabaqda gedənin kitabı, qələmi və ya çantası yerə düşübsə, götürməyə kömək et. Əmin ol ki, sənin köməyin ona xoş təsir bağışlayacaq;
• Ciddi və səmimi ol;
• Sinif yoldaşlarına kobud və sərt sözlər demə;
• Müraciət edəndə «Zəhmət olmasa» deməyi unutma. Çünki bu, insanlar arasında gözəl münasibət yaradan sehrli ifadədir;
• Əgər yoldaşın sənə kömək edirsə, ona təşəkkür et. Bu sənin çox ağıllı və mədəni olduğunu sübut edir;
• Hamı üçün səliqəli, çalışqan və tərbiyəli insan nümunəsi ol;
• Sinifdəki şagirdlər sənin yoldaşlarındır. Əgər onlardan biri səni daha yaxşı başa düşürsə, o, sənin dostundur. Dostun nə isə pis hərəkət etmək istəsə, onu bu əməldən çəkindir və səhv etdiyini ona başa sal.
2
Ədalətli ol. Öz hərəkətlərini götür-qoy et və hansısa səhvə yol vermisənsə, günahını etiraf etməyi bacar. Bundan utanma, əksinə, bu hərəkətinlə hamıya dürüst və ədalətli insan olduğunu sübut edəcəksən. Təsadüfən etdiyin doğru olmayan hərəkətə görə üzr istəməyi bacar. Yalnız ədalətsiz insan öz səhvlərini etiraf etməkdən və üzr istəməkdən imtina edə bilər.
Səbirli ol. Əgər yoldaşlarının davranışında nə isə xoşuna gəlmirsə, hirslənmə, qışqırma, dava etmə, ağlama! Bir anlıq dayan və fikirləş: «Bəlkə, mən özüm düzgün etmirəm?» Həmişə əvvəlcə fikirləş, sonra hərəkət et!
Topic 4
SUALLAR
Dərs zamanı şagirdlərin ümumi davranış qaydaları hansılardır?
Tənəffüs zamanı şagirdlərin vəzifəsi nədən ibarətdir?
Məktəbdə hansı hərəkətləri etmək qadağandır?
Sinif üzrə növbətçinin vəzifələri hansılardır?
Yeməkxanada şagirdlər hansı davranış qaydalarına riayət etməlidir?
Şagird öz yoldaşları ilə necə ünsiyyət qurmalıdır?
Topic 5