Layihə Respublikanın 11 rayonunu( Saatlı, Sabirabad, İmiş...
Layihə Respublikanın 11 rayonunu( Saatlı, Sabirabad, İmişli, Quba, Xaçmaz, Zərdab, Ağcabədi, Beyləqan, Goranboy, Babək və Şərur rayonları) əhatə edir.
22 Sudan İstifadəedənlər Birliklərinin 91 kəndinin 52 min hektar ərazisində T/B aparılmışdır.
ALINMIŞ NƏTİCƏLƏR:
• 52 min hektarda su təchizatı yaxşılaşdırılmışdır
• 41 min hektarda torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır
• Layihə çərçivəsində bərpa olunmuş SİB-lərdə suvarma suyu təchizatının həcmi demək olar ki, 2 dəfə artmışdır.
• Həyata keçirilmiş meliorativ tədbirlər nəticəsində qrunt sularının səviyyəsi regionlardan asılı olaraq 0,8-1,2 m aşağı düşmüşdür.
• Ərazisində təmir-bərpa işləri aparılmış SİB-lərdə torpaqların əkilməsi 25% artmışdır.
• Ərazisində təmir-bərpa işləri aparılmış SİB-lərdə əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı orta hesabla 20 % artmışdır.
• Bərpa olunmuş SİB-lərdə gəlir büdcəsi orta hesabla 4,4 dəfə artmışdır.
• Layihə üzrə iqtisadi gəlirlik səviyyəsi 32% təşkil etmişdir.
• Layihə üzrə maliyyə gəlirliyi səviyyəsi 28% təşkil etmişdir.
• İllik gəlir artımı: arpa-buğda üçün-70 $/ha, tərəvəz-yonca üçün- 300 $/ha və meyvə bağları üçün-130 $/ha olmuşdur.
Daxil ol
Layihədə 27 rayon var
Agcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Goranboy, Zərdab, Quba, Xaçmaz, Qusar, Zakatala, Qax, Balakən, Qəbələ, İsmayıllı, Samux, Şəmkir, Hacıqabul, Salyan, Neftçala, Göyçay, Ağsu, Kürdəmir, Ucar, Biləsuvar, Bərdə və Şamaxı.
(Agcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Goranboy, Zərdab, Quba,
Xaçmaz, Qusar, Zakatala, Qax, Balakən, Qəbələ, İsmayıllı) həm suvarma drenaj şəbəkələrində təmir-bərpa işləri, həm də SİB-lərin müxtəlif aspektlərdə (“SİB-lərdə Rəhbərlik və İdarəetmə”; “SİB Maliyyə İdarəetməsi”, “SİB-lərdə Vergi, Audit və Maliyyə Hesabatlılığı”,“SİB-lərdə İstismar və Texniki Xidmətin Planlaşdırılması”, “SİB-lərdə Təsərrüfatdaxili Suyun İdarəolunması”, “Aqronomik aspektlər və ziyanvericilərin idarəolunması” və “Sosial və Gender problemləri”) təlimləndirilməsi aparılmışdır.
(Samux, Şəmkir, Hacıqabul, Salyan, Neftçala, Göyçay, Ağsu, Kürdəmir, Ucar, Biləsuvar, Bərdə və Şamaxı) ancaq SİB-lərin yuxarıda göstərilmiş aspektlərdə təlimləndirilməsi həyata keçirilmişdir.
27 rayonda 379 SİB-in 911000 hektar xidmət ərazisində fəaliyyət göstərən fermerlərə dəstək məqsədilə SİB-lərin idarə heyyəti üzvlərinə,zona nümayəndələrinə və digər muzdlu işçilərə təlim və treninqlər keçirilmişdir.
15 rayonda 185 kəndi əhatə edən 39 SİB-in 118510 hektarında:
2251 km torpaq suvarma kanalları bərpa olunmuşdur;
235 km torpaq məcralı kanallar betonla üzlənmişdir;
915 km uzunluğunda drenlər bərpa olunmuşdur;
6,8 km uzunluğunda plastik boru xətti çəkilmişdir;
SD şəbəkəsində 7412 ədəd yeni hidrotexniki qurğular tikilmişdir;
SD şəbəkəsində 1122 ədəd hidrotexniki qurğu təmir olunmuşdur;
4 rayonda (Sabirabad, Quba, Qax və Zərdab) SİB-lərə Regional Dəstək Mərkəzləri (RDM) tikilib və tam tərkibdə işçi heyəti ilə fəaliyyət göstərmişlər;
15 rayonda 198 ədəd SİB ofisi tikilmiş və mebellə təchiz edilərək SİB-lərin balansına verilmişdir;
15 rayonda hər SİB-ə bir ədəd olmaqla 88 ədəd ekskavator alınaraq onların balansına verilmişdir;
Üzərinə Qamışkəsən avadanlıq quraşdırılmış 1 ədəd Ekskavator alınaraq Baş Şirvan kollekorunun İİ-nə təhvil verilmişdir.
118510 ha sahədə torpaqların su təminatı yaxşılaşdırılmışdır;
70163 ha sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.
Meliorativ tədbirlər nəticəsində qrunt sularının səviyyəsi regionlardan asılı olaraq 1,0-1,2 m və 2,0-2,2 m aşağı düşmüşdür;
Təmir-bərpa olunmuş SİB ərazilərində fermerlərin 93%-i (başlanğıc ilində 43%) kənd təsərrüfatı bitkilərinin su tələbatını 80% ödəmişlər;
Təmir-bərpa olunmuş SİB ərazilərinin kənd təsərrüfatı məhsuldarlığı 15% hədəf
göstəricisinə qarşı orta hesabla 23% artmışdır; Təmir-bərpa olmayanlarda cəmi 3% artmışdır;
Xidmət ərazisində təsərrüfatdaxili suvarma-drenaj şəbəkəsi təmir-bərpa olunmuş 25
SİB-də su istifadəçilərinin orta illik gəlirlərində orta artım hektara 322 ABŞ dolları, təmir-bərpa
olmayanlarda ancaq keçirilmiş təlim və treyninqlər hesabına 156 ABŞ dolları təşkil etmişdir;
118510 ha sahədə torpaqların su təminatı yaxşılaşdırılmışdır;
70163 ha sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.
Meliorativ tədbirlər nəticəsində qrunt sularının səviyyəsi regionlardan asılı olaraq 1,0-1,2 m və 2,0-2,2 m aşağı düşmüşdür;
Təmir-bərpa olunmuş SİB ərazilərində fermerlərin 93%-i (başlanğıc ilində 43%) kənd təsərrüfatı bitkilərinin su tələbatını 80% ödəmişlər;
Təmir-bərpa olunmuş SİB ərazilərinin kənd təsərrüfatı məhsuldarlığı 15% hədəf
göstəricisinə qarşı orta hesabla 23% artmışdır; Təmir-bərpa olmayanlarda cəmi 3% artmışdır;
Xidmət ərazisində təsərrüfatdaxili suvarma-drenaj şəbəkəsi təmir-bərpa olunmuş 25
SİB-də su istifadəçilərinin orta illik gəlirlərində orta artım hektara 322 ABŞ dolları, təmir-bərpa
olmayanlarda ancaq keçirilmiş təlim və treyninqlər hesabına 156 ABŞ dolları təşkil etmişdir;
• SXH toplama dərəcələri Bərpa edilmiş SİB-lərdə təxminən orta hesabla 86 % -dir. Bərpa edilməmiş SİB-lərdə müvafiq olaraq orta qiymət 69%-dir.
• Bərpadan sonra SİB-lərdə əkinə yararlı torpaqların artımı orta hesabla 1-18% və 10% arasındadır. Bu isə başlanğıc ili (baza ili) ilə müqayisədə bütövlükdə 5987 hektar fərq deməkdir.
• Fermerlərin ümumilikdə SİB-lərin idarəedilməsi və onlara göstərilən xidmətdən razılıq səviyyəsi ilkin dövrlə (31%) müqayisədə xeyli artmışdır (73,4%). Bərpa olunmuş SİB-lərdə irriqasiya xidmətlərindən razılıq 81,5%, bərpa edilməmiş SİB-lərdə bu göstərici 61,1% təşkil edir.
• Texniki xidmətlər SİB-lərin 87,5%-də aparılıb (baza sorğusunda 54%). SİB-lər özlərinin Fəaliyyət/Xidmətlər büdcəsindən orta hesabla 4058 AZN xərcləyiblər ki, bu da ilkin sorgudan 2 dəfə (2206 AZN) çoxdur.
Program Location
Layihə Ərazisi üzrə Xəritələr və Layihə Rayonlarının Xüsusi Xəritələri