Introducing 

Prezi AI.

Your new presentation assistant.

Refine, enhance, and tailor your content, source relevant images, and edit visuals quicker than ever before.

Loading content…
Loading…
Transcript

Mülki müdafiə kəşfiyyatının təşkili və aparılması

Kəşfiyyat

Ümumi kəşfiyyat

Xüsusi kəşfiyyat

Ümumi kəşfiyyat

Ümumi kəşfiyyat:

– müşahidə;

• qəzaya məruz qalmış əraziyə (obyektə) baxış;

• zədə alanların axtarışı;

• müxtəlif planların (sxemlərin) öyrənilməsi;

• qəzanın baş verməsi barədə məlumatı olanlarla sorğunun keçirilməsi yolu ilə aparılır.

Xüsusi kəşfiyyat

Xüsusi kəşfiyyat

  • radiasiya,
  • kimya,
  • mühəndis
  • yanğın,
  • tibbi
  • bioloji kəşfiyyat növlərinə bölünür.

2016. 01-02.

Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq

  • yerüstü kəşfiyyat,
  • havadan kəşfiyyat
  • dənizdən (çaydan) kəşfiyyat növləri

FH zamanı MM kəşfiyyatının əsas vəzifələri

  • Sülh dövründə
  • Müharibə dövründə

FH zamanı MM kəşfiyyatının əsas vəzifələri

Sülh dövründə

• ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik məhsullarının radioaktiv, kimyəvi və bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;

• yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizodik vəziyyətə müntəzəm nəzarət etmək;

• güclü istehsalat qəzası və ya təbii fəlakət baş vermiş rayonlarda yaranan vəziyyəti aşkar etməkdir.

Müharibə dövründə

işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya endirildiyi, nüvə partlayışının gücü və koordinatları;

• radiasiyanın səviyyəsi, zəhərləyici maddələrin konsentrasiyası və zəhərli hava buludunun yayılma istiqaməti ;

• zədələnmə ocağının hüdudları;

• xilasetmə və digər təxirə salınmaz işlər aparılan rayonlarda zədələnmə şəraitinin necə dəyişdiyi;

• mühafizə qurğularının və oradakı insanların vəziyyəti, onlara yardım göstərmənin yolları;

• kommunal energetika şəbəkələrinin və rabitə xətlərinin vəziyyəti;

• MM dəstələrinin və köçürülən əhalinin hərəkət edəcəyi marşrutlar;

• yanğın ocaqları və yanğının yayılma istiqaməti;

– hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli subasma və daşqın zonalarının yaranıb-yaranmadığı barədə məlumatlar əldə etmək

Fövqəladə hallar zamanı kəşfiyyatçılar müəyyən etməlidir

  • ən təhlükəsiz və qısa yolu
  • dağıntıların və həyat üçün təhlükənin dərəcəsini
  • dağıntıların təmizlənməsi, zərərçəkənlərin çıxarılması və onların köçürülməsi üçün əlverişli yolları
  • hava şəraitini və işlərin aparılmasına onun təsirini
  • mexanizasiya vasitələrindən istifadənin və partlayış işlərinin aparılmasının mümkünlüyünü
  • qəzanın aradan qaldırılması üçün görüləcək işlərin xarakteri və həcmini
  • daşıyıcı divarların və asılan konstruksiyaların (balkonların, karnizlərin) vəziyyətini
  • kimyəvi təhlükəli maddələr saxlanılan tutumların vəziyyətini
  • dağılmış binalara baxış keçirərkən, orada qalan insanların yerlərini

Təbii fəlakət rayonunda MM kəşfiyyatı aşağıdakıları müəyyən edir:

• fəlakət ocağının (rayonunun) sərhədlərini və qəzanın yayılma istiqamətlərini;

• təhlükə gözlənilən obyektləri və yaşayış məntəqələrini;

• insanların toplanma yerlərini;

• qəza zonasına texnikanın aparılması yollarını;

• zədələnmiş bina və qurğuların və orada xəsarət alanların sayını;

• texnoloji və kommunal-enerji sistemlərində qəza yerlərini;

• işlərin aparılması zamanı mexaniki vasitələrdən istifadənin mümkünlüyünü;

• görüləcək işlərin həcmini və s.

Texnogen qəzalar zamanı MM kəşfiyyatı aşağıdakıları müəyyən edir

• dağıntıların xarakterini, dərəcəsini, xilasetmə və digər təxirəsalınmaz işlərin həcmini və fərdi mühafizə vasitələrindən istifadə etmədən tədbirlərin həyata keçirilməsinin mümkünlüyünü;

• şəraitin gərginləşməsinə səbəb ola biləcək dağıntıların miqdarını;

• insanların həyatı üçün yaranmış təhlükənin dərəcəsini və onların toplanma yerlərini;

• giriş yollarının vəziyyətini;

• sənaye və kommunal-enerji xətlərinin vəziyyətini;

• texnoloji qurğuların və inşaat konstruksiyalarının zədələnməsini.

Mühəndis kəşfiyyatı müəyyən etməlidir:

• yollarda, körpülərdə və keçidlərdə dağıntıların xarakterini, dərəcəsini, həcmini və mexanizmlərdən istifadənin mümkünlüyünü;

• kommunal-enerji sistemlərində zədələrin xarakterini və yerlərini;

• su mənbələrinin vəziyyəti və onlardan istifadə olunmasının mümkünlüyünü;

• partlayış işlərinin aparılması şəraitini;

• xilasetmə və digər təxirəsalınmaz işlərin həcmini və aparılması şəraitini.

Fövqəladə hallarda MM kəşfiyyatının təşkili və aparılması

  • MM qərargahının rəisi məsuliyyət daşıyır
  • Bilavasitə təşkilatçısı isə MM qərargahı rəisinin müavinidir
  • Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd – kəşfiyyat planıdır

MM qərargahı rəisinin müavini

  • MM rəhbərinin qərarına və qərargah rəisinin göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır,
  • qrupları və manqaları fəaliyyətə hazırlayır,keşfiyyata göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir və ümumiləşdirir.
  • Fəlakət rayonlarında, yaxud zədələnmə ocaqlarında yaranmış vəziyyət barədəki bu məlumatlar dərhal MM rəhbərinə və yuxarı qərargaha təqdim edilir
  • tabelikdəki qərargahlara və bölmə komandirlərinə çatdırılır

Kəşfiyyat planı

  • Kəşfiyyat planı müvafiq MM qərargahında əvvəlcədən tərtib edilir, yuxarı qərargahla razılaşdırılır və MM rəhbəri tərəfindən təsdiqlənir.
  • Plana obyektin sxemi və ya rayonun xəritəsi əlavə edilir.
  • idarəetmə məntəqələrinin, mühafizə qurğularının və kəşfiyyat bölmələrinin yerləri, bu bölmələrin fəaliyyət marşrutları və tapşırıqlarını yerinə yetirdikdən sonra toplanış məntəqələri şərti işarələrlə göstərilir.
  • MM qərargahının rəisi bölmə komandirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda yaranmış vəziyyət barədə qısa məlumat verilir, kəşfiyyatın nə məqsədlə aparıldığı, onun konkret vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq və kəşfiyyatın nəticələri barədə məlumat vermək qaydaları dəqiq göstərilir.

Learn more about creating dynamic, engaging presentations with Prezi