Introducing 

Prezi AI.

Your new presentation assistant.

Refine, enhance, and tailor your content, source relevant images, and edit visuals quicker than ever before.

Loading…
Transcript

ƏTİN MEXANİKİ EMALI TEXNOLOGİYASI

7 SİNİF. 22-ci MÖVZU.

Place your logo here

1

Yüksək qidalılıq və dad keyfiyyətlərinə görə ət əvəzedilməz qida məhsuludur. Ət insanın qida rasionunda ən çox istifadə edilən və tələb olunan ərzaqdır. Ətin qida dəyəri onun bol miqdarda heyvan zülalı və yağının daşıyıcısı olması ilə müəyyənləşir. İnsan orqanizmi üçün faydası baxımından ətin tərkibindəki bəzi maddələri digər ərzaq məhsulları ilə əvəz etmək mümkün deyil.

Qiymətli heyvan zülalı və yağından əlavə ətin tərkibində mineral maddələr, vitamin və duzlar vardır. Ət orqanizm üçün vacib olan dəmir, kalium, maqnium, natrium, sink, fosfor, yod və s. kimi mineral maddələr ilə zəngindir. Orqanizmə ətlə vitamin B-nin geniş kompleksi — B1, B2, B3, B6, B12 daxil olur.

Tərkibi

Click to edit text

video

Qidalanmada ətlik malın həm əti, həm də qida üçün yararlı əlavə məhsulları istifadə edilir. Dil və qaraciyər kimi əlavə məhsullar dad və qidalılığına görə ətdən geri qalmır, hətta bəzi keyfiyyətləri ilə onu üstələyir.

Əlavə məhsulları

Ətin mənşəyindən asılı olaraq onun rəngi, iyi, əzələ və piy toxumaları sümüklərinin quruluşu və s. kimi xüsusiyyətləri dəyişir.

Ətin növlərə bölünməsində aşağıdakı əlamətlər əsas sayılır:

2

heyvanın cinsi

termik vəziyyəti

köklük dərəcəsi

yaşı

Qidalanmada geniş istifadə edilən mal (iribuynuzlu heyvanın əti) və qoyun ətidir.

Mal əti heyvanın yaşına görə qruplaşdırılır: yaşlı inək və öküz əti (3 yaşdan yuxarı), cavan heyvan əti (3 aydan 3 yaşa qədər) və dana əti (2 həftədən 3 aya qədər). Qoca heyvanların əti tünd, iç piyinin rəngi sarı, toxumalarının quruluşu kobud, sıx və iridənəlidir.

Yaşlı inək və öküz əti al-qırmızı rəngi ilə seçilir. Ağ və ya sarı rəngdə qalın dərialtı və daxili piy qatı ilə xarakterizə edilir. Cavan heyvanın əti çəhrayı-qırmızı çalarlı, piyi ağ rəngdə olub, nazik dənəvər quruluşa malikdir.

Dana əti açıq-çəhrayı rəngi, zərifliyi, tez bişməsi və yaxşı həzm olunması ilə fərqlənir. 2—10 həftəlik südəmər dana əti yüksəkkeyfiyyətli ət hesab edilir.

Yaş qrupları

Mal ətindən şorbalar və borşların hazırlanmasında, daha zərif hissələrindən isə ikinci yeməklərin bişirilməsində istifadə edilir.

yeməklər

Click to edit text

video

Qoyun əti cavan heyvanlarda çəhrayıya çalan açıq-qırmızı, qoca heyvanlarda isə qırmızı kərpic rəngdə olur.

Qoyun ətinin piyi ağ rəngdədir. Bir yaşa qədər olan qoyunun əti keyfiyyətli qida məhsuludur. Yaşı ötmüş heyvanların əti kobuddur, güclü spesifik iyə və çətin əriyən piy qatına malikdir.

Qoyun ətinin mətbəx bölünməsi ticarət bölünməsindən, demək olar, fərqlənmir. Qoyun cəmdəyinin orta çəkisi 15—16 kq olur. Sümüklər, vətərlər, tullantılar və bölmə zamanı itkilər orta hesabla ətin 28%-ni təşkil edir.

Ticarət şəbəkələri üçün cəmdəyin bölünməsi müəyyən sxem üzrə aparılır.

3

Qoyun cəmdəyinin mətbəx bölünməsi sxemi:

1 — boyun; 2 — kürək; 3 — bel əti; 4 — döş əti; 5 — arxa ayaq

Qoyun cəmdəyi beş əsas hissəyə bölünür: arxa ətraflar, kürəklər, boyun, bel və döş əti. Bu hissələr də özlüyündə qida dəyərinə görə üç növə ayrılır.

I növə bel və arxa ətrafların əti aiddir. Belə ət sobada bişirilir, pörtlədilir və qızardılır. I növ ətdən düşbərə, kabab, aşqarası, döymə kotlet, raqu və s. hazırlanır.

növləri

II növə döş və kürək əti aiddir. II növ ət qaynadılır və pörtlədilir, aşqarası, raqu, kabab, farş və qovurmaların hazırlanmasında istifadə edilir.

III növə boyun əti aiddir. Bu ətdən, əsasən, farş hazırlanır. Boyun əti pörtlədilir və qaynadılır, ondan kotlet, şorba, raqu, aşqarası və s. bişirilir.

Click to edit text

video

Mətbəx emalı aşağıdakı əməliyyatlardan ibarətdir:

Yumşaq kotlet kütləsini əldə etmək üçün əti iki dəfə ətçəkən maşından keçirib ona çörək və az qızardılmış soğan qatmaq lazımdır.

Dondurulmuş ətin donunun otaq temperaturunda açılması. Ətin donu çox isti şəraitdə açılanda o, böyük miqdarda şirə itirir, sərtləşir, az qidalı və dadsız olur. Ətin donunu suda açmaq olmaz, çünki tərkibində olan qidalı maddələr və vitaminlər suya keçir.

Donu açılmış əti təmizləyərkən artıq piy, nazik pərdələr, vətərlər kənarlaşdırılır. Sonra ət axar suda yaxşı-yaxşı yuyulur.

Yuyulmuş ət liflərinin eninə kəsilir. Adambaşına hesablanmış tikələr qızardılmaq üçün mətbəx çəkici ilə döyəclənir.

4

Click to edit text

Title

Ətin mexaniki emalı zamanı təhlükəsizlik qaydaları

• İş yerini düzgün təşkil et. Bıçaqdan və ətçəkən maşından istifadə edərkən təhlükəsizlik qaydalarına riayət et.

• Ətçəkən maşından istifadə edərkən barmaqlarını qorumaq üçün əti xüsusi itələyici ilə itələ.

5

Click to edit text

dekor

Learn more about creating dynamic, engaging presentations with Prezi