MƏİŞƏTDƏ SADƏ TƏMİR İŞLƏRİ
Place your logo here
5 sinif. 2-ci mövzu.
1
Məişət mədəniyyəti — evdə təmizliyin və səliqənin saxlanması, ev təsərrüfatının idarə edilməsi və ailə büdcəsinin bölünməsi, ailə üzvlərinin bir-birinə hörmətlə yanaşması və s. deməkdir. Bəs siz öz evinizin rahatlığı və gözəlliyi üçün nə edə bilərsiniz?
Sizi əhatə edən əşyalara baxın. Şkafların qapıları yaxşı açılıb-örtülürmü, stulların üzərində oturanda laxlayırmı, mətbəxdə və vanna otağında bağlı kranlardan su damcılamır ki, bütün elektrik cihazları işləyirmi? Mebelin və məişət texnikasının bəzi xırda təmir işlərini siz özünüz də yerinə yetirə bilərsiniz.
Subtopic 1
Mebelin hazırlanması zamanı onun hissələrini birləşdirmək üçün xüsusi furniturlardan — künclüklərdən, kipləşdiricilərdən, rəf saxlayıcılarından, maqnit saxlayıcılarından, qıfıl dilciklərdən, dəstəklərdən və s. istifadə edilir.
Künclüklər düz bucaq altında yerləşən iki metal lövhəcikdən ibarətdir. Onlarla rəflərin, çərçivələrin, nəfəsliklərin və s. künc birləşmələri bərkidilir.
Title
Kipləşdiricilər bir-biri ilə bərkidici vintlə birləşdirilmiş iki qalın metal künclük və ya lövhəcikdən ibarətdir. Onlarla şkafların, yazı masalarının, kitab rəflərinin və s. yan tərəflərini birləşdirirlər.
Subtopic 2
Rəf saxlayıcıları metal və ya plastik kütlədən hazırlanır və şkaflarda üfüqi rəflərin bərkidilməsi üçün istifadə edilir. Rəf saxlayıcılarının milləri şkafların yan divarlarında yerlə şən bir tərəfləri bağlı deşiklərə quraşdırılır.
Title
Qıfıl dilciklər və qıfıllar şkafların, masaların və tumbaların qapılarını bağlamaq üçün nəzərdə tutulmuşdur.
2
Dəstəklər metal, taxta və ya nazik plastik kütlədən hazırlanır, qapı, pəncərə və dolabların rahat açılıb örtülməsi üçün vasitə rolunu oynayır.
Subtitle 1
Maqnit saxlayıcıları şkafların qapılarının hərəkətli olmasına xidmət edir. Onlar maqnitli qəlibdən və metal lövhəcikdən ibarətdir.
3
Şkaf, yazı masası və tumbaların qapıları həncamaların köməyi ilə bərkidilir.
Künclükləri, qıfıl dilcikləri, həncamaları və s. mebelə oduncaq üçün şurupların köməyi ilə bərkidirlər.
Mebeldən uzun müddət istifadə etdikdə mebel furniturları zəifləyir. Bu halda köhnə şurupları çıxardıb, ölçüsü daha böyük olanlarla əvəz edirlər. Əgər belə imkan yoxdursa, deşiklərə yapışqan sürtülmüş taxta milciklər (mantarlar) salıb, köhnə şurupları onlara vintləyirlər. Əgər siz furniturun yerini dəyişdirmək istəyirsinizsə, əvvəlcədən bərkidici şurupların vintləmə yerlərini nişanlayın.
Subtitle 1
Maqnit saxlayıcısının quraşdırılma ardıcıllığı:
Əvvəlcə saxlayıcının lövhəciyinin və qəlibinin yerini müəyyən edirlər. Sonra lövhəciyi qapıya bərkidir və saxlayıcının qəlibinin yerini elə seçirlər ki, qapı bağlı olanda o, lövhəciklə üst-üstə düşsün. Biz ilə bərkidici şuruplar üçün deşiklərin mərkəzlərini qeyd edir və şurupları axıra qədər burmadan bərkidirlər.
Qəlibi lövhəciyin qarşısında tam dəqiq yerləşdirəndən sonra şuruplar axıra kimi bağlanır. Mebel fabriklərində furniturları mebelyığanlar quraşdırırlar.
MEBEL FURNİTURLARININ QURULUŞU, İŞ PRİNSİPİ
VƏ BƏRKİDİLMƏSİNİN ÖYRƏNİLMƏSİ
İşin yerinə yetirilmə qaydaları:
1. 1-ci şəkildə göstərilmiş mebel furniturlarına baxın, onların müxtəlif növlərinin quruluşu və tətbiqini aydınlaşdırın.
2. Dəstəklər, künclüklər, kipləşdiricilər, qapı sürgüləri, qıfıllar və s. furnitur nümunələrini nəzərdən keçirin və onların iş prinsipini öyrənin.
3. Detalların şuruplarla bərkidilməsi zamanı təhlükəsiz iş qaydalarına riayət edərək yararsız material üzərində müxtəlif furnitur növlərinin bərkidilməsini məşq edin.
Title
4
SUALLAR
1.Mebel furnituru nədir?
2.Hansı furniturları tanıyırsınız?
3.Elementləri zəifləmiş mebelə furnituru necə bərkitmək olar?