Introducing 

Prezi AI.

Your new presentation assistant.

Refine, enhance, and tailor your content, source relevant images, and edit visuals quicker than ever before.

Loading…
Transcript

İCTİMAİ YERLƏRDƏ DAVRANIŞ

VƏ ÜNSİYYƏT MƏDƏNİYYƏTİ

7-ci sinif. 1-ci mövzu

Hər bir şagird ictimai yerlərdə mədəni davranış və ünsiyyət qaydalarını bilməlidir. Bu qaydalara riayət etmək hər birimizin borcudur.

Bəs bu hansı qaydalardır?

1

Subtopic 1

Küçədə davranış və ünsiyyət qaydaları:

• Evdən çıxarkən güzgüdə özünə bax və görkəmində hər şeyin qaydasında olduğuna əmin ol.

• Səkinin sağı ilə getməyə çalış. Başqalarına mane olmamaq üçün çantanı sağ əlində apar.

• Dar səkidə özündən böyüklərə yol ver.

1

* Unutma! Küçədə oğlan qızdan solda olmalıdır. Yol gedənlərdən biri oğlan, ikisi qız olarsa, oğlan ortada, əgər ikisi oğlan, biri qız olarsa, qız ortada getməlidir. Digərlərinin sərbəst hərəkətinə mane olmamaq üçün dörd və daha çox piyada cərgə ilə getməməlidir. Belə halda iki və ya üç nəfərdən ibarət qruplara bölünmək məsləhətdir.

• Küçədə ucadan danışmaq və gülmək, özünü səs-küylü aparmaq, ətrafdakılara irad bildirmək, yerə zibil (konfet, dondurma kağızları, saqqız və s.) atmaq olmaz.

• Yol gedənlərə mane olmamaq üçün küçədə əl-qol atma. Əgər təsadüfən belə hərəkət etmisənsə, narahat etdiyin insanlardan üzr istə. Heç bir halda münaqişə yaratma, başqalarını bağışlamağı bacar. Kimin təqsirkar olmasından asılı olmayaraq, küçədə toqquşduğun şəxsə yerə düşən əşyaları götürməyə kömək et.

Click to edit text

video

2

• Küçədə rast gəldiyin tanışlarla birinci sən salamlaş, özündən böyüklərə birinci əl uzatma. Onlar əl verib səninlə görüşənə qədər gözlə. Əl verdikdə mütləq əlcəyini çıxart. Əgər kimsə salamına cavab verməsə, incimə — insan fikirli ola bilər.

• Yolda təsadüfən rastlaşdığın tanışınla söhbət etmək üçün kənara çəkil və yol gedənlərə mane olma.

• Yol gedənlərdən nə isə öyrənmək zəruriyyəti yarandıqda, məlumat almaq istədiyin şəxsə əvvəlcə salam ver, sonra getmək istədiyin ünvanı soruş. Sənə göstərdiyi köməkdən asılı olmayaraq, sonda təşəkkür etmək lazımdır.

• Yağışdan və günəşdən qorunmaq üçün çətirdən istifadə edirsənsə, diqqətli ol. Elə et ki, çətir heç kimə toxunmasın.

• Yoldan keçən şəxsin geyimində səliqəsizlik görsən, bunu ona nəzakətlə və sakitcə de.

• Yol keçənlərin arxasınca dönüb baxma. Bu, nəzakətsizlikdir.

• Dostunun və ya rəfiqənin diqqətini kiməsə yönəltmək istəyirsənsə, onu barmağınla göstərmə. Bunu baxışın və ya baş hərəkətinlə et.

1

2

*Yıxılana kömək göstər. Onu ayağa qaldır, üst-başını səliqəyə salmasına yardımçı ol. Tökülən əşyalarını götürməsinə kömək et.

• Yolu keçərkən yol hərəkəti qaydalarına riayət et.

• Yolu dayanacaqda duran avtomobil, avtobus və digər nəqliyyat vasitələrinin arxasından keç. Yalnız bu halda yola nəzarət edə bilərsən.

• Yolu yalnız işıqforun yaşıl işığı yananda keç! Heç vaxt yolu hərəkət edən nəqliyyat vasitəsinin qarşısından qaçaraq keçmə.

Beləliklə, sən dayanacaqdasan. Bilməlisən ki, avtobus dayanacaqları həm yerləşdiyi ərazi, həm də piyadaların yerinə yetirməli olduqları təhlükəsizlik qaydalarına görə bir-birindən fərqlənir.

Click to edit text

видео

3

• İctimai nəqliyyat vasitəsini yalnız dayanacaqda gözlə.

• Əgər dayanacaqda ictimai nəqliyyat vasitəsini gözləyirsənsə, bir qədər kənara çəkil. Çünki dayanan ictimai nəqliyyat vasitəsi hərəkət edən zaman sənə zərər yetirə bilər.

• Daha bir qayda: dayanacaqda oynama, qaçma və heç kəsi itələmə. Bu zaman sən və yoldaşın təsadüfən yolun hərəkətli hissəsinə çıxa bilərsiniz. Bu isə çox təhlükəlidir!

Subtitle 1

• Heç bir halda ictimai nəqliyyat vasitəsinin gəlib-gəlmədiyinə baxmaq üçün dayanacaqdan kənara çıxma. Yadda saxla: piyada keçidindən kənara, maşın yoluna çıxmaq təhlükəlidir!

• Artıq ictimai nəqliyyat vasitəsi dayanacağa yaxınlaşdı. Əgər o sənə lazım olan marşrut ilə hərəkət etmirsə, sakitcə kənara çəkil. Nəqliyyat vasitəsinə minən piyadalara mane olma.

• Gözlədiyin nəqliyyat vasitəsi dayanacağa yaxınlaşarkən, tam dayanmasını gözləmək, sonra isə minmək lazımdır.

4

İctimai nəqliyyata giriş zamanı etiket qaydaları:

• Bir qapısı olan avtobuslarda minməmişdən əvvəl düşənlərə yol vermək lazımdır.

• İki qapısı olan avtobuslarda qabaq qapıdan minmək, arxa qapıdan düşmək lazımdır.

• Üç qapısı olan avtobuslarda qabaq qapıdan minmək, orta və arxa qapıdan düşmək lazımdır.

• Nəqliyyat vasitəsinə minərkən səbirli ol! Sərnişinləri itələmə. Unutma ki, qabaq qapıdan minərkən yaşlılara, körpə uşaqlı ana və atalara, əlillərə yol vermək lazımdır.

• Əgər sən kiməsə ictimai nəqliyyata minməyə kömək etmək istəyirsənsə, bunu etmək üçün mütləq icazə al.

Subtitle 1

• Etiketə əsasən ictimai nəqliyyata minərkən sərnişinlərə mane olmamaq üçün çiynindəki məktəbli çantasını və digər həcmli (məsələn, idman) çantaları əlinə al.

• İctimai nəqliyyat vasitəsinə son anda, artıq qapılar bağlananda minməyə çalışma. Sürücü yola düşməmişdən əvvəl digər nəqliyyat vasitələrinin hərəkətini izləyir və elə bu səbəbdən qapını bağlayarkən səni sıxa bilər.

• Beləliklə, sən ictimai nəqliyyat vasitəsinə mindin! Pilləkənlərdə və girişdə yubanma. Digər sərnişinlərə mane olmamaq üçün salona keç.

Click to edit text

video

YER VERMƏK LAZIMDIR!

HAMİLƏ

QADINLARA

ƏLİLLƏRƏ

əliuşaqlılara

YAŞLILARA

NƏZAKƏTLİ OL !

Kimə yer vermək lazımdır?

• İctimai etiketin yazılmamış qaydalarına əsasən ictimai nəqliyyatda oturacaqlar uşaqlar, qocalar və əlillər üçün nəzərdə tutulub.

• İctimai nəqliyyatda davranış qaydalarına əsasən gənclər nəqliyyatda boş yeri tutmazdan əvvəl yaxınlıqda dayananlardan sakitcə oturmaq istəyib-istəmədiklərini soruşmalıdırlar. Bütün salondan ucadan icazə almaq və həmçinin hər kəsə boş yeri tutmağı təklif etmək nəzakətsizlikdir.

• Nəqliyyatda kiməsə yer verərkən demək lazımdır: «Zəhmət olmasa, əyləşin». Sadəcə, yerindən durub hansısa bir sərnişinə boşalmış yeri göstərmək olmaz.

5

1

• İctimai nəqliyyat vasitəsinin salonunda qaçma və dostlarını itələmə. Əgər ayaq üstə dayanmısansa, tutacaqlardan tut. Sürücü qəfildən əyləci basarsa, yıxıla və digər sərnişinləri də yıxa bilərsən.

• İctimai nəqliyyatda gözünü zilləyib kiməsə baxma. Bu, nəzakətsizlikdir.

• Heç vaxt ictimai nəqliyyatın pəncərəsindən boylanma, qolunu bayıra çıxartma.

• Nəqliyyatda kimsə kitab və ya qəzet oxuyursa, oxumaq məqsədilə boylanma, yanında əyləşən adamın telefonuna boylanma.

• Nəqliyyatda ucadan danışma, qışqırma, musiqi dinləmə. Yüksək səs təkcə sərnişinləri əsəbiləşdirmir, o həm də sürücüyə mane olub, onun diqqətini işdən yayındıra bilər.

• İctimai nəqliyyat vasitəsinə minərkən və düşərkən heç kəslə əl hərəkəti ilə davranma, itələmə, kimdənsə irəli keçmək istəsən, yol verməsi üçün sakit səslə xahiş et

• Öskürəndə, asqıranda ağzını dəsmalla və ya ovucunla tut.

• İctimai nəqliyyatda yemək və içmək olmaz, oturacaqlara dağıda bilərsən. Bu isə sərnişinlərin geyimlərinin batmasına səbəb ola bilər. Həm də ki, dayanmadan nə isə çeynəyən insanın görüntüsü ətrafdakıları əsəbiləşdirə bilər.

• Əgər metro və avtobus salonunda boş oturacaqları tuta biləcək insanlar yoxdursa, altı təmiz əl və çiyin çantalarını boş yerlərə qoya bilərsən.

• Əgər çantanda iti uclu, kəsici və deşici əşyalar varsa, heç kəsə mane olmasın deyə, onları yaxşı-yaxşı büküb,

• İctimai nəqliyyatda dostunla həmsöhbət ola bilərsən. Amma bu zaman elə astadan danışmalısan ki, ətrafdakılar narahat olmasın.

• Bunu unutma! İctimai nəqliyyatda şəxsi mövzulardan asta səslə danışmaq belə arzuedilməzdir.

• Hətta ictimai nəqliyyat basırıq olarsa belə, ədəb qaydalarına riayət etməyə çalış: digər sərnişinlərə söykənmə, çıxarkən onları itələmə, ayaqlarını tapdalama.

1

İctimai nəqliyyatdan çıxış zamanı etiket qaydaları:

• Artıq ictimai nəqliyyat vasitəsi sənin dayanacağına yaxınlaşdı. Düşəcəksənsə, əvvəlcədən hazırlaş. Bunun üçün digər sərnişinlərin növbəti dayanacaqda düşməli olub-olmadıqları ilə maraqlan. Əgər düşməyəcəklərsə, üzr istəyib, irəli keç, pilləkənlərin üstündə dayanma — açılan qapılar səni sıxa bilər.

• İctimai nəqliyyat vasitəsindən düşdükdən sonra yolu mütləq piyada keçidindən və ya piyada zolağından keç. Unutma, yolu ancaq keçidlə keçmək olar!

Click to edit text

video

Click to edit text

SUALLAR

1.Səki ilə hərəkət zamanı hansı qaydalara əməl etmək lazımdır?

2.Yol getdiyin zaman kiminləsə toqquşanda nə etmək lazımdır?

3.Küçədə nəyi etmək olmaz?

4.Yoldan keçənlərdən nə isə öyrənmək lazım gələndə necə hərəkət etmək lazımdır?

5.Yolu keçərkən hansı yol hərəkəti qaydalarına əməl etmək lazımdır?

6.Dayanacaqda davranış qaydaları necədir?

7.İctimai nəqliyyata minərkən hansı qaydalara əməl etmək lazımdır?

8.İctimai nəqliyyatda kimə yer vermək lazımdır?

9.İctimai nəqliyyatda özünü necə aparmaq lazımdır?

10.İctimai nəqliyyatdan düşərkən hansı qaydalara əməl etmək lazımdır?

Title

Learn more about creating dynamic, engaging presentations with Prezi