PARÇADAN MƏMULAT HAZIRLAMAQ
ÜÇÜN İŞ YERİ, ALƏTLƏR VƏ TƏRTİBATLAR.
5 SİNİF 24-cü mövzu
Place your logo here
1
Əl ilə yerinə yetirilən əməliyyatlar üçün üzərinə alətlər və tərtibatlar qoyulan iş masası lazımdır.
İş yerində yalnız emal edilən detallar, bu işin icrası üçün lazım olan alət və tərtibatlar olmalıdır. Bütün işi emal edilən detalı qarşınızda tutmaqla masanın üzərində yerinə yetirmək lazımdır.
1
Əl işlərinin icrası zamanı düzgün oturuşa diqqət yetirmək lazımdır. Gövdənin (bədənin) düzgün olmayan vəziyyəti yorğunluğa səbəb olur, iş qabiliyyətini aşağı salır və həmçinin belin bükülməsinə, onurğa sütununun əyilməsinə, görmə qabiliyyətinin zəifləməsinə, baş ağrılarına və s. gətirib çıxardır.
2
İş zamanı düzgün oturuş qaydaları.
1. Qan dövranı pozulmasın deyə ayaqlar bütün pəncə boyu döşəməyə dirənməlidir
2. Gövdəni düz və ya bir az irəli əyərək oturmaq lazımdır.
м3. Baş bir az qabağa əyilməlidir.
4. Sinəni masaya dirəmək olmaz.
5. Əllər dirsəklərdə bükülü olmalıdır.
6. İş zamanı dirsəkləri masanın üzərinə qoymaq lazım deyil.
7. Gözlərdən məmulata və ya detala qədər məsafə, təxminən, 30 sm olmalıdır.
8. İş prosesi zamanı gövdənin vəziyyətini vaxtaşırı dəyişmək lazımdır (bir az əyilmiş vəziyyətdən düzünə və əksinə).
9. İşıq emal olunan detalların üzərinə sol tərəfdən və ya düz düşməlidir.
Bəs parçanın emalı üçün hansı alət və tərtibatlar lazımdır?
Santimetrli lent (metrə) yumşaq və elastik olmalıdır, amma dartılmamalıdır. Metrədən ölçülərin götürülməsi və həmçinin parçanın uzununu, enini ölçmək üçün istifadə edilir.
2
Şəffaf kağız (kalka) ülgülərin köçürülməsi üçün istifadə olunur. Onu ayrı şəffaf materialla əvəz etmək olar.
Parça üçün qayçı (dərzi qayçısı) parçadan tikiş məmulatının biçilməsi üçün nəzərdə tutulub.
Xətkeş tikilən məmulatın çertyojunu qurmaq, ülgü nün üzərində qısa kəsikləri ölçmək, ilmələrin və tikişlərin emal paylarının nişanlanması üçün istifadə edilir.
Kağız üçün qayçı ülgünün detallarını kəsib çıxarmaq üçün lazımdır.
Subtitle 1
Əl tikiş iynələri ilə tikmə və kökləmə aparılır. Bu iynələr müxtəlif uzunluq və qalınlıqda olur.
Sancaqlarlа ülgünü parçaya bərkidir, parça qatlarını və tikiş detallarını sancaqlayırlar.
Dərzi təbaşiri ilə biçmə zamanı ülgünün detallarını kontur boyunca nişanlayırlar.
Bədii tikmə üçün saplar
Title
Oymaq iynə və sancaqlarla iş zamanı barmaqları deşilmədən qorumaq üçündür. O, sağ əlin orta barmağının ölçüsünə görə seçilir. Oymaq barmağa kip oturmalıdır.
Tikiş sökən alət əl tikişlərini sökmək üçün nəzərdə tutulub.
Subtitle 1
Surət çıxarmaq üçün kiçik çarx ülgü xətlərinin parçaya köçürülməsi üçündür.
3
Tikdiyiniz parça nə qədər nazik olarsa, bir o qədər də nazik iynə lazımdır. Qısa tikiş addımı ilə tikmək üçün qısa iynələrdən istifadə edilir, uzun tikiş addımı ilə tikmək üçün isə (kökləmə zamanı) uzun iynə götürülür. İynə hamar və düz olmalıdır. Paslı və ya ucu zədələnmiş iynə iş üçün yararsızdır. Belə iynə parçanı korlayır.
4
TƏHLÜKƏSİZ İŞ QAYDALARI
1.İşə başlamamışdan əvvəl iynə və sancaqları sayın, əyri, küt və paslanmışları kağıza büküb tullayın, qayçının itiliyini yoxlayın;
2.İş zamanı iynə və sancaqları xüsusi qutuda və ya iynə qabında saxlayın, onları parçaya sağdan sola və ya özünüzdən əks istiqamətdə batırın; iynə və sancaqları ağzınıza almayın və paltarınıza batırmayın; tikmə zamanı oymaqdan istifadə edin;
3.Qayçıları masanın üzərinə, özünüzdən sol tərəfə ağzıbağlı və halqaları aşağı olmaqla qoyun; qayçını halqaları qabağa yönəlməklə ötürün, masanın üzərindən çox yuxarı qaldırmayın, onlarla əl-qol atmayın, sinifdə gəzməyin;
4.İşi bitirdikdə iynə və sancaqları sayın (onların sayı işin əvvəlində olduğu kimi olmalıdır); qayçını yerinə (iş qutusuna, altlığa, futlyara) qoyun.
SUALLAR
Parça emalı üçün iş yeri dedikdə nə başa düşülür?
İş zamanı necə oturmaq lazımdır?
Parçanın emalı üçün lazım olan alət və tərtibatları sadalayın.
Oymaq necə seçilir?
Tikmə zamanı təhlükəsiz iş qaydaları hansılardır?
Subtitle 1