Introducing
Your new presentation assistant.
Refine, enhance, and tailor your content, source relevant images, and edit visuals quicker than ever before.
Trending searches
6A ЫШТАШsinfi. mövzu 20.Yarmalar, paxlalılar və makaron məmulatlarından hazırlanan yeməklərФфф
Yarmaların növləri
Yarmalar və paxlalılar qidalanmada vacib əhəmiyyətə malikdir. Onlar yaxşı həzm olunur, qidalı və yüksək kalorilidirlər. Onların tərkibi nişasta, zülal və vitaminləri ilə zəngindir..
Yarmalar kulinariyamızda
Yarmaların faydası
Yarmaları taxıl bitkilərini emal etməklə əldə edirlər. Ə Geniş yayılmış yarmalar bunlardır: buğdadan(1) — manna; düyüdən(2) — cilalanmış, pardaxlanmış, xırdalanmış düyü, yulafdan(3) — herkules, yulaf unu; arpadan(4) — arpa yarması; qarabaşaqdan — iridənəli qarabaşaq əldə edilir.
Yarmalar dənlərin rənginə, formasına, bütövlüyünə və ölçüsünə görə fərqlənirlər.
Onlardan kulinariyada, uşaq və pəhriz qidalarında, həmçinin yeyinti konsentratları və müxtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur.
Yarmalar - yüksək qidalılıq dəyərinə malik olub, orqanizmdə yaxşı mənimsənilən, uşaqların və bir çox xəstələrin qidası üçün əvəzedilməzdir. Yarmaların tərkibində asan mənimsənilən karbohidratlar, bitki zülalları, müxtəlif vitaminlər (məs.B1,B2,B3,B9,E,PP) və mineral maddələr (məs. kalsium, natrium, kalium, maqmezium, dəmir, fosfor, ьmarqanes, xrom, sink) vardır. Yarmalardan hazrlanan yeməklər bir çox xəstəliklərin -qan azlığı,saç tökülməsi, yuxusuzluq, dəri, mədə-bağırsaq, ürək, qara ciyər, şəkərli diabet xəstəliklərinin, щo cümlədən artıq çəki probleminin müalicəsində dietik qida kimi geniş tətbiq edilir.
Siyiqlara dadlı əlavələr
Yarmanı bişirməzdən əvvəl təmizləyir və yuyurlar. Xırda və bölünmüş yarmaları ələyir, yuyur, bəzən qovurur və çox vaxt isladırlar.
Yarmalardan müxtəlif sıyıqlar, şorbalar, kotletlər və s.yeməklərin hazırlanmasında istifadə edirlər. Maye ilə yarmanın nisbətindən asılı olaraq yeməklər buğlama, qatı və duru siyiq şəkildə bişirilir.Цяэкштэ
ЦяэкштэЦ.
ЦяэкштэЦÜzərinə zövqə görə kərə yağı, təzə və ya quru meyvələr, müxtəlif ədviyyatlar, şəkər və ya duz əlavə edilə bilər.
YARMALAR KULİNARİYADA
Duru yarma sıyıqları
Buğlamalar - cilalanmış və pardaxlanmış düyüdən, darıdan, arpa yarmasından hazırlanır. Buğlamalardan əsas yemək və ya qarnir kimi istifadə edirlər. Onları suda və ya ət suyunda bişirirlər.
Hazırlanmış yarmanı duz əlavə edilmiş qaynayan suya tökür və vaxtaşırı qarışdırırlar. Yarma şişib bütün suyu özünə çəkəndən sonra sıyığın səthini hamarlayır, qazanın qapağını örtür, zəif odda hazır olanadək dəmə qoyurlar.
YULAF SIYIĞI
ЫSıyıqları suda, üzlü və ya su qatılmış süddə bişirirlər. Amma yarmaların çoxu (düyü, arpa, darı) suya nisbətən süddə çətin bişir, ona görə də onları başqa üsulla hazırlayırlar. Hazırlanmış yarmanı duzlu suya əlavə edib əvvəlcə 5—7 dəqiqə, sonra üzərinə isti süd əlavə edib hazır olana qədər bişirirlər. Süfrəyə verməzdən əvvəl şəkər və kərə yağı əlavə edirlər.Duru sıyıqları üzlü süddə, su qarışdırılmış süddə və ya suda bişirirlər. Onları da qatı sıyıqlar kimi bişirir, lakin mayeni bir qədər çox tökürlər.
Buğda yarmasının hazırlanması
Yarma kotletləri
1.Buğda yarması -100 qr
2.Sud- 250 qr
3.Su-100qr
4.Kərə yağı - 50 qr
5Quru meyvə- 20 qr
6.Duz, şəkər-zövqə görə
Paxlalılara lobya, noxud, mərci,paxla və s. aiddir
Paxlalıların dənləri üstdən qalın qabıqla örtülüdür, ona görə də onları əvvəlcə isladıb, sonra bişirirlər.
Bişirməzdən əvvəl paxlalıları qarışıq və zədələnmiş dənlərdən təmizləyirlər. İki-üç dəfə ilıq suda yuyub, sonra soyuq suda isladırlar. Bu zaman nəzarət etmək lazımdır ki, su paxlalıların səthini 1 sm-dən artıq örtməsin. Paxlalı bitkilərin toxumlarını ağzı bağlı qazanda və zəif qaynamada bişirirlər. Lobya 1,5—2 saat, noxud 1—1,5 saat, mərci 1 saata yaxın bişirilərsə, yaxşı yumşalar. Bişmə prosesində qaynama zamanı su qurtardıqda, isti su əlavə edirlər.
Lobya, noxud və mərci yeməklərində xeyli zülal olduğu üçün onlar çox xeyirlidir.
Hazırlama üsulları
1.Hansı taxıl və paxlalı bitki növlərini tanıyırsan?
2.Yarmaları necə fərqləndirirlər?
3.Yarmadan olan hansı yeməkləri tanıyırsan?
4.Hansı sıyıq növlərini tanıyırsan?
5.Paxlalıları necə bişirirlər?
6.Makaron məmulatlarını necə istehsal edirlər?
7.Makaron məmulatlarını necə bişirirlər?