Elyasova Nərmin Rafət
Bakı Slavyan Universiteti
müəyyən bir məhsul və xidmətlərin alınması və satışı ilə bağlı şirkətin, hər hansı müəssisənin fəaliyyətidir.
Müəssisələrin marketinq şöbələrində çalışan şəxslər müxtəlif şüarlar, reklamlar. məşhur simalar vasitəsilə hədəf auditoriyalarının diqqətini çəkməyə çalışırlar.
Marketinqin strateji (başlıca) məqsədi istehlakçıya yönümlülük, istehlakçının və cəmiyyətin tələbatının ödənilməsi şərtilə mənfəət əldə etmək, daha effektli marketinq tədbirləri həyata keçirməklə müəssisənin başlıca məqsədinə nail olmaqdır
Sadə dillə desək marketinq “bazar fəaliyyəti”dir. XX əsrdə ABŞda meydana gəlmişdir. Yüzlərlə marketinq formaları vardır. Buraya dijital marketinq, strateji marketinq, sosial media marketinqi, passiv marketinq, beynəlxalq marketinq və s. misal göstərmək olar.
“Təhsil marketinqi təhsil müəssisələrinin öz məqsədləri, məhsulları və xidmətləri haqqında təhsil alanlara, onların valideynlərinə, öz işçilərinə və ümumiyyətlə ictimaiyyətə məlumat vermək və xidmət vermək üçün vasitədir.”
Universitet öz məhsulunu bir supermarket kimi təqdim edir:
1) Illik ödəniş
2) Yataqxananın olub-olmaması
3) Universitetin beynəlxalq əlaqələri
4) Müxtəlif xüsusi təqaüdlər
5) Məzunların işlə təmin olunma dərəcəsi
6) Universitetin elmi potensialı (çalışanların elmi dərəcələri, vəzifələri və s.)
“Gələcəyin müəllimi təqaüdü”
Təhsil sektorunda olan müəssisələrin əmtəəsi keyfiyyətli təhsildir. Hər bir təhsil müəssisəsi bazara çıxardığı əmtəəsi ilə rəqabət aparır, tanınır və bazarda yer tutur.
İstehlakçı yüksək təhsil müəssisələrinə əlavə təhsil xidmətlərini, rəqiblərindən fərqli və keyfiyyətli xidməti, xidmət göstərərkən əlavə xüsusiyyətlərə malik olduğunu personalın səviyyəsinin yüksək olduğunu və s. gördükdə daha yüksək qiymət verəcək.
Təhsil müəssisəsinin şəhərdə yaxud əyalətdə yerləşməsi, binasının quruluşu, auditoriyaları, İKT ilə təchizi, müasir standartlara cavab verən laboratoriyaları bu satışın uğurla həyata küçməsinə təsir edə bilər. Təhsil alanlar və valideynlər adətən ilk olaraq təhsil proqramı ilə maraqlanırlar.
Yüksək təhsil müəssisəsinin təqdim etdiyi xidmətlər haqqında informasiyanı, onların keyfiyyətini, müəllimlərin ixtisas dərəcəsini və s. reklam edilməsinin müxtəlif yolları var. Ənənəvi üsul qəzet və jurnallardan istifadə edilməsidir. Lakin artıq tendensiya dəyişib. Müasir dövrün insanları nadir hallarda qəzet, jurnal alı oxuyur. Həyatımız planşetlərin, ağıllı telefonların əsirinə çevrilib. Yemək yeyib – yemədiyimizi unuda bilərik, amma sosial şəbəkə şifrələrimizi əsla. Bu səbəbdən reklam üçün əsas vasitə internetdir.
Həbib Əlizadə
Valideynlərimə və müəllimlərimə sevgilərlə... #Chrisşəhərdə