Loading…
Transcript

Gənclər günü

Məruzəçi: Nərmin Elyasova

Bakı Slavyan Universiteti

29.01.2020

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.

Günün tarixi

12 avqust - Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır.

Dünyada

Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırmışdır. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılmış və hüquqi baza təkmilləşdirilmişdir.

hypothesis

Procedure and Materials

Kimlər gənc sayılır?

Hazırda pedaqoji, psixoloji və herontoloji baxımdan insanın aşağıdakı yaş dövrləri müəyyən edilmişdir: çağalıq və körpəlik dövrü (0-3 yaş); məktəbəqədər dövr (3-6 yaş); kiçik məktəbli dövrü (6-10 yaş); yeniyetməlik dövrü (10-15 yaş); gənclik dövrü (15-30 yaş); yetkinlik dövrü (30-60 yaş); ahıllıq dövrü (60-75 yaş); qocalıq dövrü (75-90 yaş); uzunömürlülük dövrü (90-150 yaş).

procedure

Bəzi Cənubi Amerika və ya Afrika ölkələrində gənclik yaşının aşağı həddi 12, bəzən 11 yaşa qədər enir. Bu, həmin ölkələrdə insanların əmək fəaliyyətinə həddən artıq tez başlaması ilə izah oluna bilər. ABŞ-da, Avropanın əksər ölkələrində gənclik yaşı qanunla 14-25 yaş arasında müəyyən edilib. Nəzərə alsaq ki, bu ölkələrin bir çoxunda əhalinin qocalma problemi ciddi məsələ kimi gündəlikdədir, bu zaman bu interval çox dar görünə bilər. Rusiyada təqribən Azərbaycandakı kimi, 14-30 yaş arası vətəndaşlar rəsmən gənc hesab edilir.

materials

Yayılan rəsmi məlumatlara görə, Azərbaycanda yaşı 30-a qədər olan cəmi 325 alim var, onların arasında yalnız 30 nəfəri elmlər doktoru adı ala bilib. 30 yaşa qədər elmlər doktoru olanların 26-sının kişi, 4-nün isə qadın olduğu qeyd edilir.

Elmdə

Məqalələr, nominasiyalar, alimlər şəhərciyi, təqaüdlər

experiment

02

01

04

03

Analyze your Results

results

Könüllülük

Könüllü fəaliyyət – qanunvericiliklə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.

Könüllü – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.

Könüllü fəaliyyətin təşkilatçısı – könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ola bilər.

Əvəzi ödənilməyən fəaliyyət – əmək haqqı ödənilməyən fəaliyyətdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə qərara alıram:

1. 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2019-cu il.

conclusion

Bayramımız mübarək!

discussion