Introducing
Your new presentation assistant.
Refine, enhance, and tailor your content, source relevant images, and edit visuals quicker than ever before.
Trending searches
5804.01–Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi
DİSSERTASİYA
ELMİ RƏHBƏR: PROFESSOR A.N. ABBASOV
Müəllim-tələbə münasibətlərinin dialoq şəraitində, partnyor münasibətləri əsasında qurulması, təlimdə psixoloji komfort şəraitinin yaranması;
Fəal təlim metodları, müasir pedaqoji texnologiyalardan istifadə;
Təlimin müxtəlif təşkili formalarından istifadə;
Müstəqil işin qiymətləndirmə prosesində tələbələrin iştirakının təmin olunması;
Müstəqil işin müəllim nəzarəti altında həyata keçməsi;
Tapşırıqlar tələbələrin səviyyəsinə, maraq, meyl və tələbatına uyğun, eyni zamanda həyatla əlaqəli olması, gələcək peşə fəaliyyətinə istiqamətlənməsi, yaradıcı təfəkkürün inkişafı və İKT-dən istifadənin təmin edilməsi aiddir.
Müstəqil iş məqsədyönlü xarakter daşımalı, məqsədi dəqiq və aydın müəyyənləşməlidir.
Müstəqil iş üçün tapşırıq yaradıcı olmalı, yerinə yetirilməsi hazır şablon və ya reseptlərə əsaslanmamalı, yeni bilik, təcrübənin qazanılmasına və müxtəlif vəziyyətlərdə fəaliyyət göstərməyə hazırlamalıdır.
Auditoriyadankənar təşkil olunan müstəqil iş məzmun baxımından auditoriya məşğələlərinin məzmunu ilə əlaqəli olmalı və praktik məşğələlərdə əldə olunan bilikləri genişləndirməlidir.
Daim əks əlaqə yaranmalıdır.
Qiymətləndirmə prosesində şəffaflıq prinsipinə əməl olunmalı, müstəqil işə başlamazdan əvvəl diaqnostik qiymətləndirmə aparılmalı, işin sonunda isə tapşırıqlar qiymətləndirilməli və nəticələr tələbələrə elan olunmalıdır.
Bu fəsildə:
Tələbələrin müstəqil işinin təşkilində motivasiyanın yaradılması diqqət mərkəzinə gətirilir;
Pedaqoji-psixoloji fənlərin tədrisi prosesində tələbələrin müstəqil işinin təşkilinə verilən tələblər öz əksini tapır;
Pedaqoji-psixoloji fənlərin tədrisi prosesində tələbələrin müstəqil işinin təşkilində İKT-nın rolu;
Pedaqojı-psixolojı fənlərin tədrisi prosesində tələbələrin müstəqil işinin təşkilinin səmərəli yolları müəyyənləşdirilir.
Eksperimentin təşkili, aparılması və nəticələri verilmişdir.
Müstəqil işin səmərəli olması təlim prosesinin iştirakçılarından, onların yeniliklərə, inkişafa hazır olmasından asılıdır. Hazırda dünya təcrübəsində müəllimə təlimin müxtəlif forma və növlərindən asılı olaraq onun davranışın müxtəlif xüsusiyyətlərini əks etdirən təriflər verilir:
müəllim-köməkçi (helper), təlim prosesini “asanlaşdıran” müəllim (fasilitator),
müəllim-məsləhətçi (counsellor, adviser), müəllim-koordinator (coordinator),
müəllim-mentor (mentor), müəllim-tütor (tutor), müəllim-kouç(coach) və s.
Biz tədqiqat işimizdə hər bir yanaşmanı müstəqil işlə, onun səmərəsinə təsiri ilə ətraflı işıqlandırıb təhlil etmişik.
Biz tələbələrin müstəqil işinə belə tərif vermişik: “Tələbələrin müstəqil işi bilavasitə müəllimin rəhbərliyi olmadan mövcud biliklərə əsasən yeni biliklərin əldə edilməsi, tənqidi və yaradıcı təfəkkürün inkişafı, təhlil, sintez və qiymətləndirmə kimi idrak əməliyyatlarının yerinə yetirilməsini təmin edən təlim fəaliyyətinin ali formasıdır. Bu zaman təhsil alanlar qarşılarına bu və ya digər məqsəd və vəzifələr qoyur, fəaliyyətlərini planlaşdırır, həyata keçirir və refleksiya edir”.
Fəal təlim metodları tələbələrin məhsuldar təfəkkürünü inkişaf etdirən, onları peşəyönümlü fəaliyyətə təhrik edən əsas vasitə kimi, nəinki biliklərin mənimsənilməsinə, eləcə də onların yaradıcı tətbiqetməsinə, yüksək səviyyəli peşəkara xas keyfiyyətlərin formalaşmasına imkan verdiyi üçün, tələbələrin müstəqil işinin səmərəsini artıran ən səmərəli metodlar kimi tövsiyə olunur.
Təlimdə işgüzar oyunlar
Keys metodu (Case study)
Bununla yanaşı biz skaffoldinq strategiyasını da tələbələrin müstəqil işinin təşkili ilə əlaqələndirmişik. Bu strategiyaya əsasən müstəqil işin təşkilində müəllimin iştirakını arxa plana çəkilir. “Skaffoldinqın” əsas göstəricisi müəllim tərəfindən “sönən köməkdir”, yəni tələbə müəyyən səviyyəyə çatdıqda, tapşırığın yerinə yetirilməsində tam müstəqil olur, bu zaman müəllimin köməyi yox səviyyəsinə enir və onun təlimdə iştirakı, köməyi “sönən” adlandırılır. “Sönən kömək” (fading help) ingilis dilindən tərcümədə müvəqqəti dirək mənası daşıyır. Belə kömək müəllimin müdaxiləsini yalnız tələbə tapşırığın öhdəsindən tamamilə gələ bilmədikdə nəzərdə tutur. Müəllim tələbələri təlim fəaliyyətinə cəlb edərkən onlara nəzarət edir, məlumatlandırır, dəstəkləyir, onların üstün və çatışmayan cəhətlərini qeyd edir və onlara fərdi yanaşma tətbiq edir.
B. Blum 1956-cı ildə təlim məqsədlərini 6 əsas səviyyə üzrə və onları davranış dəyişiklərinə əsasən ətraflı təsvir etmişdir. Bu taksonomiyaya əsaslanaraq biz müstəqil işi və eyni zamanda onun üçün nəzərdə tutulan tapşırıqların sadədən mürəkkəbə doğru, yəni asan səviyyəli faktların izahından yüksək səviyyəli qiymətləndirməyə kimi mərhələlərini müəyyən etmişik. Bu taksonomiya tapşırıq növlərini və təlim fəaliyyətinin növlərini müəyyən etməyə imkan yaradır.
1.Hotlist (Hotlist)-bir mövzu ətrafında internet saytların siyahısı (mətnli məlumatlarla).
2.Multimedia Skrepbuk (Multimedia Scrapbook)-özündə mətn saytları, şəkillər, audiofayl və videokliplər, qrafik məlumatlar və s. multimedia resurslarının toplusu.
3.Treja Xant (Treasure Hunt)-öyrənilən mövzuya dair müxtəlif saytlara istinadların siyahısını əhatə edir. Hər bir istinada saytın məzmununa dair suallar əlavə olunur. Bu suallar tələbələrin idrak-axtarış fəaliyyətini istiqamətləndirməyə kömək edir.
4.Sabcekt Sempl (Subjekt Sampler) – internet şəbəkəsinin mətn və multimedia materiallarına və həmçinin nəinki faktiki materialın müzakirəsinə yönələn suallara istinadlardır.
5.Veb-kvest (Webquest) – internet şəbəkəsinin resurslarından istifadə etməklə
müxtəlif mövzulara dair tələbələrin layihə fəaliyyətinin təşkilinin ssenarisidir.
Bura yuxarıda göstərilən internetin təlim resurslarının hər bir 4 komponenti
daxildir.
1. Məlumat-axtarış mərhələsi: bu mərhələdə məlumatın toplanması, dərk edilməsi, toplanılan məlumatdan lazımi və faydalı olanın seçimi, sistemləşmə həyata keçir.
2. İcra mərhələsi: bura görüləcək işin məqsəd və vəzifələri, həcminin müəyyənləşməsi, işin mərhələlərə bölünməsi, vaxt bölgüsü, müstəqil işin yerinə yetirilməsi üçün əlavə vasitə və vəsaitlərin seçilməsi və bu prosesdə özünüidarəetmə kimi bacarıqların formalaşması aiddir.
3. Refleksiya mərhələsi: təsəvvürlərin doğru və ya səhv olduğunun müəyyənləşməsi, səbəblərin üzə çıxması, müstəqil işin bütün mərhələlərini nəzərdən keçirib son nəticədə yaradılan məsulun keyfiyyətinin qiymətləndirilməsi, qiymətləndirmənin düzgün forma və metodlarının seçimi.
Veb-kvestdən tələbələrin müstəqil işinin təşkili prosesində təlim texnologiyalarının bir forması kimi istifadə edilir. Veb-kvest ingilis sözüdür, "web-quest” – «İnternetdə axtarış» deməkdir. Ilk dəfə veb-kvesti təlim tapşırığı kimi ABŞ-ın San-Diyeqo Təlim Texnologiyaları Universitetinin professoru Berni Dodc işləyib (1995).
Pedaqogikada veb-kvest tərkibində rollu oyun elementləri olan problemli tapşırıqdır. Onun yerinə yetirilməsi üçün internetin informasiya resurslarından istifadə edilir. O, tələbələrin internetdə bu və ya digər təlim tapşırığını yerinə yetirmək üçün faydalandığı saytdır və internetdə məlumat axtarışına əsaslanan mini-layihədir. Veb-kvest tələbələrin qarşısına qoyulan məqsəddən asılı olaraq müəllim və ya tələbə tərəfindən tərtib olunur, ayrı-ayrı problemləri, fənləri, mövzuları əhatə edir və o cümlədən fənlərarası ola bilir. Veb-kvest informasiya kommunikasiya texnologiyalarından istifadə edərək tələbələrin tənqidi, məntiqi və yaradıcı təfəkkürünün inkişafına yönəlir.
Diaqnostika mərhələsi: tələbələrin İKT ilə işləmək, qrupda ünsiyyət qurmaq, müxtəlif web-brauzerlərdə məlumat axtarışı, emalı, təhlil aparmaq və s. veb-kvestlə işləmək üçün lazımi kompetensiyaların olmasını müəyyən etmək;
Mİ-nin məqsədini və müvafiq şəraiti müəyyən etmək (yer, vaxt, resurs, vəsait);
Mİ-nin yerinə yetirilmə prosesində pedaqoji vəzifələri müəyyən etmək;
Veb-kvest üçün tapşırıqlar hazırlamaq;
Təlim prosesinin iştirakçılarının qarşılıqlı əlaqə növünü seçmək (fərdi, cütlər, qrup);
Mİ-nin səmərəli yerinə yetirilməsi üçün təlimatın tərtibi, hər tələbə üçün rol və vəzifənin müəyyən etmək;
Veb-kvest üçün əldə olunan nəticələri əvvəlcədən müəyyən etmək;
Girişdə problemin aktuallığı əsaslandırılmış, onun işlənmə səviyyəsi, tədqiqatın obyekti, predmeti, məqsəd və vəzifələri, fərziyyəsi, metodoloji əsasları, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti, müdafiəyə çıxarılan müddəalar öz əksini tapmışdır.
Dissertasiyanın I fəsli “Tələbələrin müstəqil işinin təşkili pedaqoji-psixoloji problem kimi” adlanır.
Bu fəsildə tələbələrin müstəqil işinin təşkili pedaqoji problem kimi nəzərdən keçirilir, tələbələrin müstəqil işinin təşkilinin psixoloji əsasları üzə çıxarılır; tələbələrin müstəqil işinin təşkilinin mahiyyəti, məqsədi və vəzifələri müəyyənləşdirilir; problem baxımından elmi-pedaqoji ədəbiyyatın təhlili aparılır.
1. Ali məktəbdə pedaqoji-psixoloji fənlərin tədrisi prosesində tələbələrin müstəqil işinin təşkili tələbələrin pedaqoji-peşə vəzifələrini müstəqil həll etmək bacarığının formalaşmasının mühüm şərtidir.
2. Ali məktəbdə pedaqoji-psixoloji fənlərin tədrisi prosesində tələbələrin müstəqil işinin təşkili və onun müvafiq formalarının təlim prosesində tətbiqi Avropa şurasının XXI əsr üçün müəyyənləşdirdiyi təlim fəaliyyətində kompüter texnologiyalarından istifadə, tədqiqat aparmaq, mövcud problemin bir neçə mümkün həlli yolunu müəyyənləşdirmək, müstəqil düşünmək, komandada iş, müvafiq qərarların qəbulu, tənqidi və yaradıcı təfəkkürün inkişafı, özünütəhsil, özünütəşkil, özünü və digərlələrini obyektiv qiymətləndirilmə kimi kompetensiyaların formalaşmasında mühüm şərtdir.
3. Ali məktəbdə pedaqoji-psixoloji fənlərin tədrisi prosesində tələbələrin müstəqil işinin təşkilində internet şəbəkənin təlim resurslarından olan veb-kvestdən təlim texnologiyalarının bir forması kimi istifadə mühüm rol oynayır.
4. Ali məktəbdə pedaqoji-psixoloji fənlərin tədrisi prosesində tələbələrin müstəqil işinin təşkilində tələbələrin prosesin qurucusu, təşkilatçısı və fəal iştirakçısı olması, müəllim-tələbə münasibətlərinin yeni formalarının tətbiq edilməsi, müəllimin təlim prosesinin müşahidəçisi, tələbənin isə fəal iştirakçısı olması, fəal təlim metodlarının tələbələrin məhsuldar təfəkkürünü inkişaf etdirən, onları peşəyönümlü fəaliyyətə təhrik edən əsas vasitələrdən olması mühüm rol oynayır.
Tədqiqat göstərdi ki, pedaqoji-psixoloji fənlərin tədrisi prosesində tələbələrin müstəqil işinin təşkili və onun səmərəli formalarının təlim prosesində tətbiqi Avropa şurasının XXI əsr üçün müəyyənləşdirdiyi təlim fəaliyyətində kompüter texnologiyalarından istifadə, tədqiqat aparmaq, mövcud problemin bir neçə mümkün həlli yolunu müəyyənləşdirmək, müstəqil düşünmək, komandada iş, müvafiq qərarların qəbulu, tənqidi və yaradıcı təfəkkürün inkişafı, özünütəhsil, özünütəşkil, özünü və digərlələrini obyektiv qiymətləndirilmə kimi kompetensiyaların formalaşmasında mühüm rol oynayır.
Haqqında danışılan kompetensiyalar tələbələrin müstəqil işi həyata keçən zaman formalaşır və onların mövcudluğu fasiləsiz peşə hazırlığı və təkmilləşmə, problem həlli, tolerantlıq, empatiya və digər keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.
Kompetensiyaların formalaşması müasir təhsilin prioriteti olduğu üçün tələbələrin müstəqil işinin məqsəd və vəzifələri xüsusi əhəmiyyət daşıyır və onların müəyyən edilməsində Avropa şurasının və YUNESKO-nun əsas hesab etdiyi kompetensiyaları nəzərə almaq lazım gəlir.
Ali məktəb müəllimi, ilk növbədə özü müasir texnologiyalardan istifadə qaydalarına yiyələnməli, onun mahiyyətini dərk etməli və tələbə ilə fəaliyyətini məhz İKT üzərində qurmalıdır.
Tədqiqatın elmi yeniliyi pedaqoji-psixoloji fənlərin tədrisi prosesində müstəqil işin sistemi yaradılmışdır.
1. Müstəqil işin təşkili və yerinə yetirilməsi prosesində, tapşırıqların hazırlanmasında elektron təlim proqramlarından, rəqəmsal təlim resurslarından istifadəyə geniş yer verilməsi məqsədəuyğundur.
2. Pedaqoji-psixoloji fənlər üzrə təlim materialının lazımi səviyyədə mənimsənilməsi, bilik, bacarıq və vərdişlərin formalaşması üçün idrak fəaliyyətini inkişaf etdirən, eyni zamanda peşəkar mütəxəssis formalaşdıran müstəqil işin müxtəlif növlərinin işlənilib hazırlanması lazım bilinir.
3. Tələbələrin müstəqil işinin təşkilində internet şəbəkənin təlim resurslarından olan veb-kvestdən təlim texnologiyalarının bir forması kimi istifadə faydalıdır.
Ali məktəblərdə pedaqoji-psixoloji fənlərin tədrisi prosesində tələbələrin müstəqil işinin təşkilini pedaqoji problem kimi əsaslandırmaqdan, onun məqsədini, mahiyyətini və vəzifələrini müəyyənləşdirməkdən, problem baxımından elmi-pedaqoji ədəbiyyatın təhlilini aparmaqdan, tələbələrin müstəqil işinin təşkilinin səmərəli yollarını üzə çıxarmaqdan ibarətdir.
5804.01–Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi
DİSSERTASİYA
ELMİ RƏHBƏR: PROFESSOR A.N. ABBASOV