Loading presentation...

Present Remotely

Send the link below via email or IM

Copy

Present to your audience

Start remote presentation

  • Invited audience members will follow you as you navigate and present
  • People invited to a presentation do not need a Prezi account
  • This link expires 10 minutes after you close the presentation
  • A maximum of 30 users can follow your presentation
  • Learn more about this feature in our knowledge base article

Do you really want to delete this prezi?

Neither you, nor the coeditors you shared it with will be able to recover it again.

DeleteCancel

Make your likes visible on Facebook?

Connect your Facebook account to Prezi and let your likes appear on your timeline.
You can change this under Settings & Account at any time.

No, thanks

ə

No description
by

elnur qurbanov

on 5 August 2014

Comments (0)

Please log in to add your comment.

Report abuse

Transcript of ə

Təhlükəsizlik texnikasının əsas qaydaları
1.İşin yerinə yetirilməsinə icazə
Qapalı sahələrdə, enerji sistemlərində, torpaqda gizli vəziyyətdə potensial təhlükələrlin ola biləcəyi yerlərdə işlərin görülməsi, və ya potensial partlayış törənə biləcək mühitlərdə odlu işlərin yerinə yetirilməsi üçün işə başlamazdan əvvəl aşağıdakıları özündə əks etdirən icazə almaq lazımdır:
İşlərin həcmi müəyyən edilməlidir.
Təhlükələr müəyyənləşdirilməli və risk qiymətləndirilməlidi.
Təhlükələrin aradan qaldırılması və ya yüngülləşdirilməsi üçün nəzarət tədbirləri müəyyənləşdirilməlidir.
İş digər əlaqədar icazələrlə və ya eyni vaxtda yerinə yetiriləcək əməliyyatlarla əlaqələndirilməlidir.
İcazə səlahiyyətli şəxs(lər) tərəfindən verilməlidir.

Əsas prinsiplərə düzgün riayət
İşdən əvvəl riskin qiymətləndirilməsini aparmadan və riskin səviyyəsinə uyğun təhlükəsizlik texnikası təlimatı verilməyincə işi yerinə yetirmək olmaz.
Bütün personal yerinə yetirməli olduqları işlər üzrə təlim keçməli və səriştəli olmalıdırlar.
Riskin qiymətləndirilməsinə müvafiq olaraq və iş sahəsinin minimal tələblərinə cavab verən fərdi qoruyucu vasitələrdən istifadə olunmalıdır.
İşə başlamazdan əvvəl potensial fövqəladə halların senarilərinin icmalı əsasında işlənmiş fövqəladə hallara cavab tədbirləri planları hazır olmalıdır.
İş təhlükəli olduğu təqdirdə onu dayandırmaq hər bir kəsin borcudur.
Torpaq işləri
Torpağın qazılıb çıxarılması yolu ilə yerin səthində yaradılan xəndəklər, çalalar, qanovlar və ya çuxurlarla əlaqədar işləri həyata keçirmək ücün aşağıdakılara riayət olunmalıdır:
İş sahəsi ilə bağlı təhlükələrin qiymətləndirilməsi
Bütün yeraltı təhlükələr, yəni, boru kəmərləri, elektrik kabelləri və s. aşkar edilməli, onların yeri müəyyənləşdirilməli və lazım gəldikdə təcrid edilməlidir.
Adamların xəndəyə enməsi lazım olan yerlərdə:
Sahəyə giriş qapalı sahə kimi təsnifləşdirilərsə, onda qapalı sahəyə giriş icazəsi alınmalıdır.
Torpağın hərəkətinə nəzarət edilməli və vəziyyətdən asılı olaraq sistematik şəkildə bərkitmə yolu ilə torpaq uçqunlarının qarşısı alınmalıdır.

2.Enerji sistemlərinin tədrid edilməsi
Enerji sistemlərinin hər hansı bir təcridi: mexaniki, elektrik, texnoloji, hidravlik və s. aşağıdakılar təmin olunmadan yerinə yetirilə bilməz:

Təcridetmənin və yığılan enerjinin boşaldılması metodu razılaşdırılmalı və səriştəli mütəxəssis(lər) tərəfindən yerinə yetirilməlidir
Yığılmış hər hansı enerji boşaldılmalıdır
Təcrid nöqtələrində kilidlər( aça və xəbərdarlıq nişanları sistemindən istifadə edilməlidir
Təcridetmənin etibarlılığını yoxlamaq üçün test aparılmalıdır
Təcridetmənin etibarlılığı vaxtaşırı yoxlanmalıdır.

Əsas qaydalar
Hündür yerlərdə görülən işlər
Yükqaldırma əməliyyatları
Nəqliyyat vasitələrinin istismarı ilə bağlı təhlükəsizlik qaydaları
Dəyişikliklərin idarə olunması.
İşin yerinə yetirilməsinə icazə
Enerji sistemlərinin təcrid edilməsi
Torpaq işləri
Qapalı sahələrə giriş

İşin yerinə yetirilməsinə icazə

Işlərin aparılmasına məsul şəxs işçilərin bilavasitə qa­palı fəzaya daxil olmasından qabaq, sual-cavab etməklə, on­la­rın əhval-ruhiyyəsini yoxlamalı, briqadanın bütün heyətini təhlü­kə­siz iş üsulları ilə təkrar təlimatlandırmalı, alətlərin, FMV-in key­fiyyətinin iş şəraitinə uyğunluğunu yoxlamalı, hər bir işçinin öz funksiya və vəzifə borclarını bilmələrinə əmin olmalıdır.
Aşağıdakılara riayət edilməlidir:
İcazə səlahiyyətli şəxs tərəfindən verilməlidir
Aidiyyatı olan bütün personal icazə haqqında məlumatlandırılmalıdır, və icazə lazımi qaydada nümayiş etdirilməlidir.
İşə cəlb edilən bütün personal işi yerinə yetirmək üçün müvafiq ixtisasa malik olmalıdır
Bu qapalı sahəyə təsir göstərən bütün enerji mənbələri təcrid olunmalıdır
Havanın yoxlanılması həyata keçirilməlı, təsdiq edilməli və riskin qiymətləndirilməsində göstərilən fasilələrlə təkrar edilməlidir
Növbətçi şəxs təhkim olunmalıdır
İcazəsiz girişin qarşısı alınmalıdır.
Qapalı sahələrə giriş
Hündür yerlərdə görülən işlər
Hündürlükdə işləməyə yaşı 18-dən az olmayan, tib­bi müayinədən keçmiş və sağlamlığına görə yararlı olan, hün­dür­lük­də təhlükəsiz iş aparmaq üsullarını öyrənmiş, belə işlərin apa­rılması üçün xüsusi vəsiqəsi
və həkim komissiyasının rəyi olan şəxslər buraxılırlar.
Yer səthindən 2 metr və ya daha da hündür yerlərdə işlər yerinə yetirilmək ücün tələblər:
Səlahiyyətli şəxs tərəfindən yoxlanılmış mühafizə hasarı olan bərkidilmiş iş platformasından istifadə edilmədir və ya ...
Aşağıdakılara malik olan düşməyə-qarşı təhlükəsizlik avadanlığından
istifadə edilməlidir:
yaxşı olar ki baş üzərində quraşdırılmış münasib ankor hər bir birləşməsində öz-özünə bağlanan ikiqat-kilidli qapanan qarmaqları olan tam bədən-qayış təhlükəsizlik dəsti olsun
Düşməyə-qarşı təhlükəsizlik avadanlığı sərbəst düşməni 2 metrə qədər və ya daha az məsafəyə məhdudlaşdırmalıdır.
Düşməyə-qarşı təhlükəsizlik avadanlığının və tamamlanmış sistemin gözdən keçirilməsi, həmçinin zədəsi olan, yaxud artıq istifadə olunmuş hər hansı bir avadanlığın istifadədən çıxarılması.
Personal bu işləri yerinə yetirmək üçün səriştəli olmalıdır.
Qoruyucu kəmərlər və fallar istehsalçı-zavodun is­tis­mar təlimatına uyğun olaraq statik yük verməklə ildə 2 də­fə­dən az olmayaraq sınaqdan keçirilməli və müvafiq akt tərtib edil­məlidir. Istismar təlimatında belə məlumatlar olmadıqda sı­naq 3000 N (300 kq) statik yük verməklə 5 dəqiqə müddətində keçirilməlidir.
Yükqaldırma əməliyyatları
Yükləmə-boşaltma işləri adətən gündüz vaxtı apa­rılmalıdır. Sutkanın qaranlıq vaxtı (gecə) yükləmə-boşaltma iş­ləri yerinə yetirilərsə, iş yeri lazımınca işıqlandırılmalı və bu iş­lər cavabdeh şəxsin rəhbərliyi altında aparılmalıdır. Kranlardan, tallardan və digər mexaniki qurğulardan istifadə etməklə yüklərin qaldırılması ücün aşağıdakılara riayət olunmalıdır:
Səlahiyyətli şəxs(lər) tərəfindən yükqaldırmanın qiymətləndirilməsi başa çatdırılmalı və yükqaldırmanın metodu və lazım olan avadanlıq müəyyənləşdirilməlidir.
Yükqaldırma avadanlıqlarının operatorları təlim keçmiş olmalı və belə avadanlıqları idarə etmək üçün şəhadətnaməyə malik olmalıdırlar.
Yüklərin qoşulması/yığılması səriştəli işçi(lər) tərəfindən yerinə yetirilməlidir
Yükqaldırma qurğularının və avadanlıqlarının ən azı son 12 ay ərzində istifadə olunmaq üçün şəhadətnamələri olmalıdır
Qaldırılmalı olan yük, yükqaldırma avadanlığının dinamik və/və ya statik imkanlarından artıq olmamalıdır
Yükqaldırma avadanlığında quraşdırılmış bütün təhlükəsizlik qurğuları işlək vəziyyətdə olmalıdır
Mexanizm və ya qurğu ilə qaldırılmış yük altında və onun hərəkəti istiqamətində adamların olması qadağandır.
Hər yükqaldırmadan əvvəl səriştəli işçi(lər) bütün yükqaldırma qurğularını və avadanlıqlarını gözdən keçirməlidirlər.
Qaldırıcı kranın tətbiqi ilə yükləmə-boşaltma iş­lə­ri­nə rəhbərlik edən şəxs elə yerdə olmalıdır ki, krançının onu yax­şı görməsi təmin olunsun.
Iki və daha çox ilməkçi tərəfindən aparılan yükləmə-boşaltma işlərində krançı yalnız təyin olunmuş (baş) il­mək­çi­nin işarəsindən sonra yükü qaldırıb-endirə və ya yerini dəyişdirə bilər.

Nəqliyyat vasitələrinin istismari ilə bağlı təhlükəsizlik qaydaları.
Işçilərin daşınması avtobuslarla həyata keçiril­mə­li­dir. Bu məqsəd üçün yük avtomobillərindən istifadə etdikdə on­lar (banı) tentlə, işçilərin avtomobilin banına (kuzov) rahat və təh­lükəsiz minib-düşməsini təmin edən etibarlı bərkidilmiş nər­di­van­la, oturacaq yerləri ilə, banının içərisi isə işıqlandırılma ilə təc­hiz olunmalıdır.
Mobil qurğular da daxil olmaqla hər bir nəqliyyat vasitəsinin istismarı ücün aşağıdakılara əməl olunmalıdır:
Nəqliyyat vasitəsi təyinatına uyğun olmalı, onun təhlükəsiz və işlək vəziyyətdə olması yoxlanılmalı və təsdiq edilməlidir.
Sərnişinlərin sayı nəqliyyat vasitəsi istehsalçısının texniki göstəricilərində müəyyən edilən saydan artıq olmamalıdır.
Yüklər təhlükəsiz bir vəziyyətdə yerləşdirilməlidir, və nəqliyyat vasitəsi istehsalçısının texniki göstəricilərində verilən və ya qanunvericiliklə həmin nəqliyyat vasitəsi üçün müəyyən edilən həddi aşmamalıdır. Nəqliyyat vasitəsi təhlükəsizlik kəmərləri ilə təchiz edilməlidir.
Aşağıdakı hallarda sürücülərə nəqliyyat vasitələrini idarə etməyə icazə verilməməlidir:
Sürücülər lazımi təlim keçməli və müəyyən kateqoriyadan olan nəqliyyat vasitəsini idarə etmək üçün vəsiqəyə malik olmalı və tibbi sağlam olmalıdırlar.
Onlar alkoqolun və ya narkotiklərin təsiri altında olmamalı, və yorğunluqdan əziyyət çəkməməlidirlər.
Nəqliyyat vasitəsini idarə edən zaman onlar mobil telefon və ya radio-əlaqədən istifadə etməməlidirlər.

Təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi bizə təhlükəsizlik risklərini idarə etmək üçün lazım olan təhlükəsizliyin idarəolunması sistemini verir. “Təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi” eləcə də bizdən işlərimiz ilə əlaqədar təhlükələrin mütəmadi olaraq aşkarlanmasını və risklərin qiymətləndirilməsini tələb edir.

Teşekkür edirik
Full transcript