Loading presentation...

Present Remotely

Send the link below via email or IM

Copy

Present to your audience

Start remote presentation

  • Invited audience members will follow you as you navigate and present
  • People invited to a presentation do not need a Prezi account
  • This link expires 10 minutes after you close the presentation
  • A maximum of 30 users can follow your presentation
  • Learn more about this feature in our knowledge base article

Do you really want to delete this prezi?

Neither you, nor the coeditors you shared it with will be able to recover it again.

DeleteCancel

Make your likes visible on Facebook?

Connect your Facebook account to Prezi and let your likes appear on your timeline.
You can change this under Settings & Account at any time.

No, thanks

Bülleten III Rüb

SOFAZ
by

Elchin Guliyev

on 16 November 2015

Comments (0)

Please log in to add your comment.

Report abuse

Transcript of Bülleten III Rüb

Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu
Koordinasiya Şurasının 20-ci iclası
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”
Bakı-Tbilisi-Kars yeni dəmir yolu layihəsi çərçivəsində Marabda-Türkiyə Respublikasının sərhədi (Kartsaxi) dəmiryolu hissəsinin tikintisi və rekonstruksiyası üzrə Koordinasiya Şurasının 20-ci iclası keçirilmişdir. İclas 13.08.2014-ci il tarixdə Bakı şəhərində keçirilmişdir. İclasda Marabda-Axalkalaki-Kartsaxi dəmiryolu hissəsinin 2014-ci ilin axırı üçün açılışı məqsədilə sözügedən dəmiryolu hissəsində iş templərin gücləndirilməsi qərarı verilmişdir. Bundan başqa, vaqon alınması məqsədilə ``Stadler Rail`` və ``Talgo`` şirkətlərinin təkliflərinin araşdırılaraq Koordinasiya Şurasına hesabat verilməsi qərara alınmışdır.
Sentyabrın 5-də Bakıda “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin (ASAİF) XII Forumu keçirildi. XII Forumda Təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov və digər nümayəndələr, həmçinin Böyük Britaniya, Türkiyə, Almaniya, Fransa Avstraliya, İsveçrə, Rusiyada təhsil alan 300-dən çox tələbə və məzun iştirak etdilər. Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı təxminən 8 ildir ki, həyata keçirilir. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin sayı 2 392 nəfərdir. Bu proqram çərçivəsində artıq 714 nəfər məzun olub.
01 oktyabr 2014-cü il tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə ümumilikdə 105,8 milyon manat, o cümlədən 2014-cü ilin ilk 9 ayı ərzində 17,97 milyon manat vəsait istifadə olunmuşdur.
Iyul, Avqust, Sentyabr 2014
III RÜB
Ağdam rayonunda yeni qəsəbənin açılışı


Qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması
“SOCAR TürkiyəEge” Neft Emalı Zavodu Layihəsinin tikintisi
06.08.2014 tarixində Prezident İlham Əliyevin iştirakı ilə Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılışı olmuşdur.
2001-ci ildən etibarən 28,2 min məcburi köçkün ailəsi 74 qəsəbə və məhəllələrdə tikilmiş fərdi evlərdə yerləşdirilmişdir. Cari ilin 9 ayı ərzində qaçqın və məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə iki qəsəbə və üç məhəllə, 24 bina, 2752 mənzil, 4 orta məktəb, 4 uşaq bağçası, 1 tibb məntəqəsi, 3 inzibati bina, 1 yerli icra hakimiyyəti binası, 3 rabitə qovşağı, 9 artezian quyusu, 13 su anbarı, 2 elektrik yarımstansiyası, 45 km yol, 45 km su xətti, 167 km elektrik xətti istifadəyə verilmişdir.


01 oktyabr 2014-cü il tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə ayrılan vəsait 596,1 milyon manat (760 milyon ABŞ dolları) təşkil etmiş, 2014-cü ilin ilk 9 ayı ərzində 223,5 milyon manat (285 milyon ABŞ dolları) vəsait istifadə olunmuşdur.
18 İyul 2014-cü il tarixində Azərbaycanın İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev başda olmaqla, Azərbaycandan bir qrup nümayəndə heyəti Türkiyənin İzmir vilayətində, Əliağa bölgəsində səfərdə olub. Onlar Türkiyədə həyata keçirilən ən böyük investisiya layihələrindən biri olan “STAR” neft emalı zavodunun inşa edildiyi əraziyə baş çəkiblər.
Zavodda ilk məhsulun 2017-ci ilin sonlarına alınması nəzərdə tutulur. “STAR” zavodu istismara buraxıldıqdan sonra SOCAR Türkiyənin üçüncü ən böyük müəssisəsi, enerji sektorunda isə birinci şirkəti olacaqdır.
Heyət səfər çərçivəsində cəmi beş ay ərzində inşa edilən Plastik Qablaşdırma Fabrikinin açılışında iştirak etdi.

BÜLLETEN
“2007-2015-ci illərdə Azərbaycan Gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı”

544 Universitet
18 ixtisas
2642 Tələbə
561 məzun
561 Məzun
31 Ölkə
İllər üzrə Dövlət Neft Fondundan layihəyə ayrılan vəsaitin həcmi (mln. manatla)
*- 2014-cü ilə təsdiq edilmiş məbləğ

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması
01 oktyabr 2014-cü il tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə ümumilikdə 1 094,3 milyon manat, o cümlədən 2014-cü ilin ilk 9 ayı ərzində 24,8 milyon manat vəsait istifadə olunmuşdur.
22 iyul 2014 tarixində Prezident İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak etmişdir.
Layihəyə əsasən Xızı rayonu üzrə 9609 hektar yeni suvarılan torpaq sahələri və su təminatı yaxşılaşdırılacaq mövcud 2970 hektar əkin sahələri olmaqla ümumi uzunluğu 261,4 kilometr, o cümlədən 194,5 kilometr qapalı və 66,9 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur.
Eyni zamanda, Samur-Abşeron kanalının 50-ci kilometrliyində yerləşən Qusarçay, Qudyalçay, Quruçay, Ağçay, Qaraçay və Caqacuqçay şimal çaylarından sugötürücü və nəqledici kanalların tikintisinin layihə sənədləri hazırlanmış, cari ildə Qusarçay və digər iki çayda tikinti işlərinə başlanılmışdır. Bu tədbir əlavə 322 milyon kubmetrdən çox suyun verilməsinə imkan yaradacaqdır.

İqtisadi bərabərsizlik: “21-Cİ ƏSRDƏ KAPİTAL”
Qlobal iqtisadi bərabərsizlik (inequality) problemi xüsusilə böyük iqtisadi böhrandan sonrakı dövrlərdə ən aktual məsələlərdən biri olmuş və bu mövzuda çox sayda kitablar yazılmışdır. Fransız iqtisadçısı, Paris İqtisad məktəbinin professoru Tomas Pikettinin “21-ci əsrdə kapital” (Karl Marksın “Kapital”ına istinadən) adlı kitabı bu mövzuda yazılan ən çox diqqəti cəlb edən kitablardan biri hesab edilir. Kitab 18-ci əsrdən etibarən əksər sənayeləşmiş ölkələrin gəlir və sərvət bölgüsünə dair zəngin məlumat bazasından istifadə etməklə təhlil aparılması (təxminən 2 əsri əhatə edən məlumat bazası) kitabın əsas nəzərə çarpan xüsusiyyətlərindən hesab olunur. Bu kitab 2014-cü ildə ingilis dilinə tərcümə edildikdən sonra gözlənilmədən “ən çox satılan” kitablardan birinə çevrildi və dünyanın ən məhşur iqtisadçıları, habelə Robert Shiller, Robert Solou, Paul Kruqman, Jozeph Stiqlitz kimi bir çox nobel mükafatı laureatlarının aktiv müzakirələrinə səbəb oldu. Hal hazırda adı müasir Karl Marks kimi səsləndirilən iqtisadçı dünyanın bir çox nüfuzlu universitetlərinə diskusiyyalara dəvət olunur və böyük maraqla qarşılanır. Kitabın 50 minə qədər nüsxəsinin fransız dilində, ingilis dilinə tərcümə olunduqdan sonra isə təxminən 80 mindən çox çap olunmuş və 13 mindən çox isə elektron nüsxəsinin satışı reallaşdırılmışdır.
İqtisadçı öz kitabında 18-ci əsr sənaye dövründən etibarən Amerika və Avropada gəlir bərabərsizliyinin artdığını və bunun təsadüfi hal olmadığını, əksinə kapitalist sistemin daxili xüsusiyyəti olduğunu iddia edir. Piketty iddiasını kapital üzrə gəlirlik dərəcəsi (r) (bura mənfəət, dividend, faiz, renta və digər kapital gəlirləri daxildir) ilə iqtisadi artım (g) arasında əlaqə ilə izah etməyə çalışır. Belə ki, uzunmüddətli dövrdə kapital üzrə gəlirlik dərəcəsi (r) iqtisadi artımdan (g) daha sürətlə artdıqda ( r > g) kapital sahibinin sərvətinin daha sürətlə artmasına (və ya akkumulyasiyasına), işçinin (əməyin) isə gəlirlərinin azalmasına, nəticədə isə bərabərsizliyin artmasına səbəb olacaqdır. Məşhur professorun fikrinə görə 20-ci əsrin əvvəllərindən etibarən bərabərsizlik “U” formalı modeli izləməkdə davam edir. Belə ki, “Böyük depressiya” dövründən əvvəl Birləşmiş Ştatlarda gəlirlərin 45%-i əhalinin 10%-nin payına düşürdüsə, bu göstərici 1940-1980-ci illərdə 30%-ə enmiş və sonradan yenə də əvvəlki vəziyyətinə qayıtmışdır. Oxşar vəziyyət başqa sərvətlə zəngin ölkələrdə də təkrarlanmışdır.


Müəllif gəlirlərin bölgüsü ilə bağlı modelin formasına eyni zamanda tədqiqat dövründə müharibələrin, sənaye inqilabının, siyasi ideologiyalardakı dəyişikliklərin də əhəmiyyətli təsirləri olduğunu qeyd edir.
Son dövrlərdə də buna bənzər tendensiya davam etməkdədir. Kasıb ölkələrdə aylıq gəlir 200-300 avro arasında dəyişdiyi halda, Şimali Amerika və Avropada bu göstərici 2500-3000 avro arasında dəyişir. Sərvətlə zəngin ölkələr tipik olaraq başqa ölkələrdə investisiya olunmuş kapitaldan əlavə gəlir əldə etdiklərinə görə məhsul buraxılışının səviyyəsindən daha yüksək gəlir əldə edirlər.
Digər iqtisadçılar kimi professor Pikettiyə görə də ümumilikdə iqtisadi bərabərsizlik əgər çox şiddətli deyilsə və iqtisadiyyatın ictimai məhsulları üçün işləyirsə öz-özlüyündə ciddi fəsadlar yaratmaya bilər, lakin sərbəst kapitalizmdən qaynaqlanan hədsiz bərabərsizlik təkcə iqtisadi deyil, eləcə də sosial, mənəvi və siyasi problemlərə səbəb olur və demokratik nizam üçün təhlükə yaradır. Ümumilikdə bərabərsizlik kapitalizimin ən xoşagəlməz xüsusiyyətlərindən biri hesab olunur və yalnız dövlətin müdaxiləsi ilə aradan qaldırıla bilər.
Kitabda həmçinin bərabərsizliyə səbəb ola biləcək digər maraqlı məsələlərdən birinə - əhali artımına diqqət çəkilir. Qeyd olunur ki, əhalinin sayı, xüsusilə kasıb ölkələrdə qeyri müəyyən olaraq artır və müxtəlif ölkələrdə artımla bağlı məhsuldarlıq fərqlənir. Bu tək kəmiyyət dəyişikliyi ilə yox, həm də gözlənilən ömür müddəti, yaşlı əhalinin proporsiyası, miqrasiyasiya dərəcəsi kimi keyfiyyət dəyişiklikləri ilə də bağlıdır. Kasıb ölkələrdə əhali artımındakı qeyri bərabər artım adambaşına düşən gəlir və məhsul buraxılışının azalmasına, beləliklə gəlir fərqi və yoxsulluq probleminin kəskinləşməsinə səbəb olur.
Müəllif gəldiyi nəticələrə əsasən bu gün dünya iqtisadiyyatının böyük hissəsi miraslaşmış sərvət təşkil edən patrimonal (miraslaşmış) kapitalizm istiqamətində irəliləyir, bu isə oliqorxiyanın möhkəmlənməsinə, gələcəkdə zənginlərin daha çox varlanmasına və böyük sərvət sahibi olmalarına gətirib çıxara bilər. Eyni zamanda yoxsulluğun və işsizliyin artması qaçılmaz ola bilər. İqtisadçı iqtisadi bərabərsizlik probleminin azaldılması üçün həll yolu kimi qlobal proqressiv sərvət vergisinin tətbiq edilməsini təklif edir.


İqtisadi bərabərsizlik: “21-Cİ ƏSRDƏ KAPİTAL”
(Davamı)
Kitabın əsas iddiaları və nəticələri barədə bəzi maraqlı fikirlər
Nobel mükafatçısı, iqtisadçı Paul Kruqman bu kitabı iqtisadiyyat sahəsində yazılan digər çoxsaylı və çoxsatılan kitablardan fərqləndirir və ilin, hətta ola bilsin on ilin ən yaxşı kitablarından biri hesab etməklə bərabərsizlik probleminə kökündən, daha dərin yanaşan bir kitab olduğun qeyd edir. Onun fikrinə görə sərvət və gəlirlərin az sayda əldə cəmlənməsi mühüm siyasi məsələlərdən biri hesab edildiyi bir vaxtda, Pikettinin kitabı təkcə uzun zaman kəsiyində bərabərsizliklə bağlı nələrin baş verdiyini deyil, həm də onun hansı həcmdə bölgüsünü özündə əks etdirməklə, iqtisadi artım, kapital və əmək arasında gəlir bölgüsü, fərdlər arasında sərvət və gəlir bölgüsü problemlərini əlaqələndirən çox qiymətli bir sənəddir.
Digər bir Nobel mükafatçısı Robert Solounun deyimi ilə desək, Piketti köhnə mövzuya yeni və güclü töhfə verməklə göstərdi ki, sərvət artımının iqtisadi artımdan daha sürətlə artması şəraitində zənginlərin gəlir və sərvətləri əmək hesabına formalaşan tipik gəlirlərdən daha çox sürətlə artır.
Başqa bir Nobel mükafatçısı - Robert Şillerin fikrinə görə Pikettinin kitabında artan iqtisadi bərabərsizlik probleminə əhəmiyyətli dərəcədə diqqət ayrılmışdır, lakin onun problemin həlli üçün təklif etdiyi progressiv qlobal sərvət vergisi güclü arqument deyil. Shiller öz arqumentini belə əsaslandırır ki, vaxtilə insanlar tərəfindən zəhmətlə qazanılan sərvətdən həmin vaxtlarda heç bir zəhməti olmayan digər insanlara pay vermək ədalətsizlikdir . Digər tərəfdən indi əvvəlki dövrlərdən toplanılan sərvətə görə sərvət vergisini artırmaq doğru olmazdı, çünki bir vaxtlar həmin insanlara deyilsəydi ki, onların sərvətlərinə görə vergi tutulacaq, bəlkə də onlar indiki sərvəti yığmazdılar və digər insanlar kimi xərcləyərdilər. Bunun əvəzinə o çıxış yolu kimi “bərabərsizlik sığortası” versiyasını irəli sürmüşdür. Bu yanaşmaya görə dövlət gələcəkdə baş verəbiləcək kəskin bərabərsizlik risklərini azaltmaq üçün uzunmüddətli gəlir vergisi dərəcələri müəyyən etməlidir. Başqa sözlə, bu sistemdə insanların gəlirləri artdıqca avtomatik olaraq onların gəlirlərindən daha yüksək faizlərlə vergi hesablanmalıdır.


Daha bir məhşur iqtisadçı, Massaçusets Texnologiya İnstitutunun professoru Daron Acemoğlu Tomas Pikettini bərabərsizliyi təhlil edərkən texnologiyanın təkamülü və cəmiyyətdə resursların bölgüsündə siyasi və iqtisadi institutların əsas rolunu nəzərə almadığını idda edərək tənqid edir. Çünki, institutların gəliri yenidən bölüşdürülməsində çox əhəmiyyətli yer tutur, bu amilin Piketty tərəfindən nəzərə alınmaması Acemogluya görə bərabərsizlik barədə yalnış nəticələr əldə etməsinə səbəb olmuşdur.

Müəllif: İbrahim İbrahimov
Büdcə Proqnozlaşdırma və Layihələr Departamenti
2014-CÜ İLİN DOQQUZ AYI ƏRZİNDƏ ÖLKƏDƏ BAŞ VERƏN ƏSAS SOSİAL-İQTİSADİ HADİSƏLƏR
ASAN xidməti tərəfindən göstərilən səyyar xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

16.07.2014-cü il tarixində ASAN xidmət tərəfindən regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 8,0 (səkkiz) milyon manat ayrılması məqsədi ilə ölkə rəhbəri Sərəncam imzalamışdır.

Azərbaycan-İran biznes forumu



07.08.2014-cü il tarixində Bakıda Azərbaycan-İran biznes forumu keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, İran tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, ticarət, tikinti materiallarının istehsalı, təhsil, logistika və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox şirkətin nümayəndəsi iştirak etmişdir. Azərbaycan tərəfi isə biznes forumda analoji sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı ilə təmsil olunmuşdur.

2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas

Prezident İlham Əliyevin sədirliyi ilə 10.07.2014-cü il tarixində 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclasda giriş nitqi ilə çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, iqtisadi sahədə aparılan islahatların nəticəsi olaraq ölkədə sosial-iqtisadi vəziyyət getdikcə daha da yaxşılaşır, yeni açılan iş yerləri sayəsində əhalinin məşğulluq səviyyəsi artır. Prezident həmçinin bildirmişdir ki, TANAP layihəsinin icrası çərçivəsində növbəti illərdə on minlərlə yeni iş yerləri açılacaqdır.

Bakı Biznes Mərkəzində sahibkarlarla görüş

Sentybarın 4-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri və kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan 50-yə yaxın sahibkarın iştirakı ilə keçirilən tədbirdə rəqabət qabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına, ölkənin ixrac imkanlarının genişləndirilməsinə və bu sahədə dövlət dəstəyi tədbirlərinə dair müzakirələr aparmışlar.

FİSKAL SİYASƏT ÇƏRÇİVƏSİNDƏ BAŞ VERƏN HADİSƏLƏR
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI

11.08.2014-cü il tarixində Prezident İlham Əliyev 20 iyun tarixli 1005-IVQD nömrəli Qanununun tətbiqi haqqda sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn məsələlərlə bağlı təkliflərin üç ay müddətində müvafiq qurumlar tərəfindən hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi öz əksini tapmışdır.

Dövlət büdcəsinin icrası

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən cari ilin doqquz ayı ərzində Dövlət Büdcəsinin gəlirləri 14,7 milyard manat, xərcləri isə 12,7 milyard manat təşkli etmişdir. Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında Fond tərəfindən büdcəyə köçürülən transfertin əhəmiyyətli rolu olmuşdur. Belə ki, transfertlər 9,4 milyard manat olmaqla Dövlət Büdcəsinin gəlirlərinin təxminən 64 faizini təşkil etmişdir.

Fiskal dayanıqlığın təmin edilməsi

C
ari ilin doqquz ayı ərzində Dövlət Neft Fondunun gəlirləri 10,1 milyard manat və ya 12,9 milyard dollar, xərcləri isə 8 milyard manat və ya 10,3 milyard dollar təşkil etmişdir. Büdcə gəlirlərinin 9,9 milyard manatı və ya 98 faizi Mənfəət Neftinin və Qazının satışından formalaşmışdır. Vəsaitlərin idarə edilməsindən 206,9 milyon manat vəsait daxil olmuş və bu Fondun büdcə gəlirlərinin 2 faizini təşkil etmişdir.

Dövlət Neft Fondunun 2015-ci il üçün proqnozlaşdırılan
gəlir və xərcləri

Nazirlər Kabinetinin Sərəncamına, habelə ARDNF-in “İllik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydalarına” uyğun olaraq Fondun 2015-ci il büdcə layihəsinin vaxtında tərtib edilməsi məqsədi ilə Fondun icraçı direktoru tərəfindən imzalanmış sərəncamdan irəli gələrək büdcə layihəsi hazırlanmışdır.
2015-ci il üzrə Fondun icmal büdcəyə daxil edilən gəlirlərinin ümumi həcmi 10 245 649,82 min manat, xərclərinin isə 12 304 794,97 min manat olması proqnozlaşdırılır. İcmal büdcəyə daxil edilməyən Fondun idarə edilməsi ilə bağlı xərcləri isə 37 224,80 min manat nəzərdə tutulur.
2015-ci il üçün 1 barrel neftin orta illik ixrac qiyməti 90,00 ABŞ dolları, Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik məzənnəsi 0,7842 manat səviyyəsində götürülmüşdür. Qeyd olunanları nəzərə alaraq 2015-ci ildə mənfəət neftinin və qazın satışı üzrə Fondun daxilolmaları 12 421,80 milyon ABŞ dolları və ya 9 741 175,56 min manat olması proqnozlaşdırılır. O cümlədən Azəri-Çıraq-Günəşli və Şahdəniz yatağı üzrə 12,3 milyard ABŞ dolları vəsaitin daxil olacağı gözlənilir.

CARİ İLİN DOQQUZ AYI ƏRZİNDƏ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR VƏ PROQNOZLAR

2014-cü ilin doqquz ayı ərzində istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi 44,1 milyard manat təşkil etmişdir. Cari ilin 9 ayında ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,5 faiz, onun qeyri-neft sektoru isə 6,0 faiz artmışdır. ÜDM-in 58,0 faizi və ya 25,6 milyard manatı qeyri-neft sektorunda istehsal edilmişdir. Orta hesabla əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 4696,1 manat (5987,6 ABŞ dolları) olmuşdur. Cari ilin doqquz ayı ərzində 25,2 milyard manat dəyərində sənaye məhsulu istehsal edilmiş və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz az olmuşdur.

2014-cü ilin ötən doqquz ayı ərzində iqtisadiyyatda müşahidə edilən artım tendensiyası investisiyaların həcmində də özünü biruzə vermişdir. Belə ki, cari ilin doqquz ayı ərzində iqtisadiyyata 19 milyard dollar sərmayə qoyulmuş və bunun 11 milyard dolları daxili sərmayədir. Daxili investisiyaların böyük hissəsi dövlət investisiyalarıdır.

Məcmuu valyuta ehtiyatları 2014-cü ilin 9 ayı ərzində 53,0 milyard ABŞ dolları səviyyəsinədək yüksəlmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 milyard ABŞ dolları və ya 8,0 faiz artım əldə edilmişdir.

Əhalinin gəlirləri ötən ilin 9 ayı ilə müqayisədə cari lin 9 ayı ərzində 5,4 faiz artaraq 27,2 milyard manat, bir nəfərə düşən gəlirlər isə 4,0 faiz artaraq 2890,3 manat təşkil etmişdir. Əhalinin gəlirlərinin artım səviyyəsi inflyasiyanı üstələmişdir. Cari ilin 9 ayı ərzində inflyasiya 1,5 faiz təşkil etmişdir.

Makroiqtisadi proqnozlara əsasən, 2014-cü ilin sonuna ÜDM-in istehsalının 59,0 milyard manat təşkil edəcəyi gözlənilir və bu 3,6 faiz real artım deməkdir. Qeyri neft ÜDM-in xüsusi çəkisinin 65,1 faiz təşkil edəcəyi proqnozlaşdırılır. İlin sonuna kimi əsas kapitala yönəldilmiş investisiyaların 18,9 milyard manat olacağı gözlənilir. Əhalinin gəlirlərinin cari ilin sonuna 5,4 faiz artaraq 40,5 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.


2642
tələbə
Regionlarda dövlətin güzəştli kreditləri hesabına yeni sənaye müəssisələri yaradılır.


01.08.2014-cü il tarixində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Masallı rayonunda 100-ə yaxın sahibkarın inkişafı ilə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. Əsas məqsəd sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi barədə ətraflı məlumatların verilməsi, Masallıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

Across

3. All human resources-workers
4. One who buys and/or uses goods or services
8. Revenue of a company minus the expenses
10. Sole legal right to sell good, service or artistic work
12. Machinery, equipment and money for production

Down

1. To announce in some public medium to induce people to buy or use product
2. One who makes goods using the factors of production
4. Countries needing each other to meet wants and needs
5. Contest between companies to win more business
6. Goods and services sold to other countries
7. Goods and services brought into a country from other countries
9. Amount of an item produced for sale
11. All natural resources
İstinad edilən mənbələr
Capitalism vs. Democracy, Thomas B. Edsall, JAN. 28, 2014
http://www.nytimes.com/2014/01/29/opinion/capitalism-vs-democracy.html?_r=0

Capital in the Twenty-First Century by Thomas Piketty, translated by Arthur Goldhammer (Belknap Press) By Robert M. Solow, APR. 22, 2014 http://www.newrepublic.com/article/117429/capital-twenty-first-century-thomas-piketty-reviewed

Inequality Disaster Prevention, ROBERT J. SHILLER
MAY 14, 2014 http://www.project-syndicate.org/commentary/robert-j--shiller-praises-thomas-piketty-s-invaluable-contribution-to-a-debate-that-is-far-from-over

Məqaləyə aid istinadlar
Azərbaycan Respublikasının 2014-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin TƏQDİMATI”, istinad olunub oktyabr 16, 2014, http://maliyye.gov.az/sites/default/files/2015_teqdimat_t%20%284%29.pdf.

“2014-cü ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri”, istinad olunub oktyabr 16, 2014, http://stat.gov.az/news/?id=2528.

“İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası”, istinad olunub oktyabr 13, 2014, http://president.az/articles/13052.

Makroiqtisadi göstəricilərə aid istinadlar
Full transcript