The Internet belongs to everyone. Let’s keep it that way.

Protect Net Neutrality
Loading presentation...

Present Remotely

Send the link below via email or IM

Copy

Present to your audience

Start remote presentation

  • Invited audience members will follow you as you navigate and present
  • People invited to a presentation do not need a Prezi account
  • This link expires 10 minutes after you close the presentation
  • A maximum of 30 users can follow your presentation
  • Learn more about this feature in our knowledge base article

Do you really want to delete this prezi?

Neither you, nor the coeditors you shared it with will be able to recover it again.

DeleteCancel

Şagird :Ağarəhimova İradə

No description
by

İradə Ağarəhimova

on 26 March 2017

Comments (0)

Please log in to add your comment.

Report abuse

Transcript of Şagird :Ağarəhimova İradə

.
.
Education:
Python dilində proqramın strukturu və onun iş məntiqi üçün sətirlərin başlanğıcındakı girintilәrin (boşluq simvollarının) əhəmiyyəti böyükdür, çünki operatorların qruplaşdırılması onlardan asılıdır. Hər hansı operatorlar qrupu başqa qrupun daxilində ola bilər. Bu halda daxilolma səviyyəsi nə qədər böyük olarsa, girintinin kəmiyyəti də o qədər böyük olur. Ancaq nəzərə almaq lazımdır ki, bir qrup çərçivəsində girinti kəmiyyəti eyni olmalıdır.
Siz Python dilində ədəd tipli kəmiyyətlərlə və onlar üzərində əsas hesab əməlləri ilə tanışsınız. Onları bir daha xatırlayaq.
Python dilində şərhlər "#" simvolundan sonra yazılır. Proqram maşın koduna çevrilərkən şərhlər nəzərə alınmır. Ona görə də bəzən proqramın hansısa hissəsini müvəqqəti olaraq "dondurmaq" üçün həmin hissə şərh kimi qeyd edilir.
Python proqramlaşdırma dilində proqram kodu adi mətn faylı olur. Bu fayl hərf və rəqəmlərdən, boşluq, durğu və başqa simvollardan ibarətdir. Mətn sətirlərə bölünür. Hər bir Python operatoru bir neçə sətirdə yazıla bilər. Bir operatoru bir neçə sətirdə yazmaq üçün "\" simvolundan istifadə olunur.

Yazdığınız proqrama müəyyən müddətdən sonra qayıtmalı olsanız, qəribə olsa da, çox şeyi unutmuş olduğunuzu görəcəksiniz. Ona görə də həm özünüzün xatırlamanız, həm də başqalarının anlaması üçün proqramın müəyyən yerlərinə şәrhlәr vermək yaxşı olardı. Adından da göründüyü kimi, şərhlər proqramın mətnini oxuyan şəxs üçün qeyddir. Şərhlərdən proqramın nə məqsədlə yaradıldığı, onun yaradıcısı haqqında məlumatı, proqramın son dəyişdirilmə tarixini, proqramdakı dəyişənlərin, funksiyaların təyinatını göstərmək üçün istifadə edilə bilər.

Work Experience
PLATFORMS
Social
SOCIAL
SEO
CMS
Şagird : Ağarəhimova İradə
Sinif : 9a2
Fənn : Informatika
Mövzu : Ədədlərlə iş
Müəllim : Hilalə xanım

Akademik Zərifə Əliyeva adina lisey
Әdәdin rәqәmlәrә ayrılması. Bildiyiniz kimi, hər hansı ədədi 10-a böldükdə alınan qalıq həmin ədədin sonuncu rəqəminə, yəni təklik mərtəbəsindəki rəqəmə bərabər olur. Məsələn, n ədədinin təklik rəqəmi a-dırsa, onda
a = n % 10
Aydındır ki, ədədin sonuncu rəqəmini atsaq, onda alınan yeni ədədin sonuncu rəqəmi ilkin ədədin onluq mərtəbəsindəki rəqəm olacaq. Yuxarıdakı operator vasitəsilə bu yeni ədədin sonuncu rəqəmini ayırmaqla ilkin ədədin onluq mərtəbəsindəki rəqəmi almış olarıq. Bu qayda ilə istənilən ədədi öz rəqəmlərinə ayırmaq olar. Ədədin sonuncu rəqəmini (mərtəbəsini) atmaq üçün isə onu 10-a bölüb tam hissəni götürmək, yəni tam ədədi bölmə əməlindən (//) istifadə etmək lazımdır. Məsələn, əgər n ədədinin sonuncu rəqəmini atdıqdan sonra alınan ədəd m-dirsə, onda
m = n // 10
Proqramlarda şərti göstərmək üçün müqayisә işarәlәrindәn istifadə olunur. Aşağıdakı cədvəldə bu işarələrin ALPLogo və Python dillərində yazılışı göstərilib. Burada "bərabərdir" və "fərqlidir" işarələrinə xüsusi diqqət yetirin, çünki onların düzgün istifadə olunmaması proqram xətasına səbəb olur.
Mənbə : 9-cu sinif İnformatika dərsliyi


Diqqətinizə görə təşəkkürlər!
Full transcript