Loading presentation...

Present Remotely

Send the link below via email or IM

Copy

Present to your audience

Start remote presentation

  • Invited audience members will follow you as you navigate and present
  • People invited to a presentation do not need a Prezi account
  • This link expires 10 minutes after you close the presentation
  • A maximum of 30 users can follow your presentation
  • Learn more about this feature in our knowledge base article

Do you really want to delete this prezi?

Neither you, nor the coeditors you shared it with will be able to recover it again.

DeleteCancel

Make your likes visible on Facebook?

Connect your Facebook account to Prezi and let your likes appear on your timeline.
You can change this under Settings & Account at any time.

No, thanks

Kapital Bank training civil code

No description
by

Aytan Mammadova

on 11 December 2016

Comments (0)

Please log in to add your comment.

Report abuse

Transcript of Kapital Bank training civil code

Azərbaycan Respublikasının
Mülki Məcəlləsindəki
bəzi normalar

1. Fiziki şəxslər:

2. Hüquqi şəxslər :

3. Bank əmanəti:

4. Bank hesabı:

Fiziki şəxslərin

1. mülki hüquq qabiliyyəti

2. mülki hüquqi fəaliyyət qabiliyyəti


Fiziki şəxsin mülki hüquq qabiliyyəti
-

insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir.
1.
Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır.
2.
Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir.
3.
Fiziki şəxs hüquq qabiliyyətindən heç bir halda məhrum edilə bilməz.
Fiziki şəxslərin

1.
mülki hüquq qabiliyyəti

2.
mülki hüquqi fəaliyyət qabiliyyəti

Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti -
şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
1. 7 (yeddi) yaşınadək olanların (azyaşlıların) mülki hüquqi fəaliyyət qabiliyyəti :
YOXDUR
4.
18 yaşından yuxarı olanların mülki hüquqi fəaliyyət qabiliyyəti :
VAR

Qəyyumluq və himayəçilik
fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir.
Qəyyumluq təyin edilir:
1. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar (valideyni və ya övladlığa götürənləri olmayanlar),
2. Psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində .
Himayəçilik təyin edilir:
1.On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində (valideyni və ya övladlığa götürənləri olmayanlar),
2. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində.


Patronaj təyin edilir:
Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur.
Nəzərə alınmalıdır:
1.
Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə olan və ya bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir.

Qeyd:
Patron köməkçidir. Patron fiziki şəxsin adından bank əməliyyatını həyata keçirmək üçün ya fiziki şəxsin yazılı razılıq ərizəsini, ya da fiziki şəxslə bağladığı tapşırıq və ya etibarnamə ilə idarəetmə müqaviləsini Banka təqdim etməlidir.
1. Fiziki şəxslər:

2. Hüquqi şəxslər

3. Bank əmanəti:

4. Bank hesabı:

Hüquqi şəxslər
Kommersiya Hüquqi Şəxsləri
1. Təsərrüfat ortaqlıqları

Tam ortaqlıq, kommandit ortaqlıq.

2. Təsərrüfat cəmiyyətləri
Məhdud və ya əlavə məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti,

3. Kooperativlər

Qeyri-Kommersiya Hüquqi Şəxsləri
1. İctimai birliklər

2. Fondlar

3. Hüquqi şəxslərin ittifaqları


Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
1. Açıq səhmdar cəmiyyəti
-
səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır.

2. Qapalı səhmdar cəmiyyəti
-
səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.

Səhmdar cəmiyyətində idarəetmə
Səhmdarlarının Ümumi Yığıncağı (ali idarəetmə orqanıdır)
Direktorlar şurası (Müşahidə şurası)
İdarə Heyəti (cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir)
1. Fiziki şəxslər:

2. Hüquqi şəxslər

3. Bank əmanəti:

4. Bank hesabı:

Əmanət -
hesablanmış faizlər də daxil olmaqla bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir.
a) Fiziki şəxslərin mülki hüquq fəaliyyət qabiliyyəti;
b) Qəyyumluq, himayəçilik, patronaj.



Əmanətin qoyulması təsdiq edilir:
1. Bank kitabçası ilə və ya,
2. Bank və ya depozit sertifikatı ilə və ya,
3.Bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə

Əmanətlərin növləri

Tələbli əmanət - əmanətin ilk tələb üzrə verilməsi şərti ilə qoyulan əmanətdir.
Müddətli əmanət - əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra götürüləcəyi şərti ilə qoyulan əmanətdir.
Üçüncü şəxslərin xeyrinə əmanətlər
BANK KİTABÇASI

Bank kitabçasında qeyd edilməlidir:
1. Bankın adı və olduğu yer, filialın adı və olduğu yer,
2. Əmanət üzrə hesabın nömrəsi,
3. Hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri,
4. Bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı.

Bank əmanəti müqaviləsi
yazılı formada bağlanır.
1. Fiziki şəxslər:

3. Bank əmanəti:

4. Bank hesabı:

a) Ümumi məlumat;
b) Səhmdar cəmiyyəti.
a) Bank əmanəti müqaviləsi;
b) Əmanətlərin növləri;
c) Əmanətin məbləği üçün faizlər;
d) Üçüncü şəxslərin xeyrinə əmanətlər;
e) Bank kitabçası.
a) Bank hesabı müqaviləsi;
b) Bank hesabı müqaviləsinin bağlanması;
c) Hesab əməliyyatlarının müddətləri;
d) Pul vəsaitindən bankın istifadə etməsi üçün faizlər;
e) Pul vəsaitinin hesabdan silinməsinin əsasları;
f) Hesabdan pul vəsaitinin silinməsinin növbəliliyi.
Səhmdar cəmiyyəti

Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır.

3,
14 (on dörd) yaşından 18 (on səkkiz) yaşınadək olanların mülki hüquqi fəaliyyət qabiliyyəti :
MƏHDUD
Qeyd:
İstənilən halda məhdud fəaliyyət qabiliyyəti olanlarla qanuni nümayəndələri vasitəsilə əməliyyatların aparılması məqsədəmüvafiqdir.
Əmanətin məbləği üçün faizlər

Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir.

Bank əmanəti müqaviləsi bağlamış şəxs onun əmanət üzrə hesabına qoyulmuş pul vəsaiti barəsində əmanətçi hüquqlarından üçüncü şəxs əmanətçi hüquqlarından istifadə etmək niyyətini bildirənədək istifadə edə bilər.
Fiziki şəxslərin yaşına görə fəaliyyət qabiliyyətinin həddi fərqlənir:
7 (yeddi) yaşınadək olanları (azyaşlıları) qanuni nümayəndələri, yəni valideynləri, övladlığa götürənləri və ya qəyyumları təmsil edir.
7 yaşından 14 yaşınadək olanları qanuni nümayəndələri, yəni valideynləri, övladlığa götürənlər və ya qəyyumları təmsil edir.

7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır:
1.
xırda məişət əqdləri;
2.
əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur;
3.
qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər.

14 yaşından 18 yaşınadək olanları yalnız qanuni nümayəndələri, yəni valideynləri, övladlığa götürənlər və ya himayəçiləri təmsil edir.
14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə:
1.
öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin;
2.
elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin;
3.
xırda məişət əqdləri və yuxarıda sadalanan digər əqdlər bağlasın.

2.
Qəyyumluq, himayəçilik və patronaj Yerli İcra Hakimiyyətlərinin nəzdində yaradılan Qəyyumluq və Himayə Komissiyaları tərəfindən təyin edilir.


Faizlərin dəyişdirilməsi:

Tələbli

əmanətlərdə mümkündür.
(məlumat verildikdən 1 ay sonra tətbiq edilir)
Müddətli əmanətlərdə
fiziki şəxslərə münasibətdə mümkün deyil
hüquqi şəxslərə münasibətdə müqavilədə nəzərdə tutularsa, mümkündür.
Qeyd:

Hazırda Bankın bəzi transformasiya olunmuş filiallarında bank kitabçasının əvəzinə əmanət şəhadətnaməsindən istifadə olunur.

Hesab əməliyyatlarının müddətləri

Bank Müştərinin hesabına dair sərəncamlarını müvafiq ödəniş sənədinin Banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq icra etməlidir.

Pul vəsaitindən bankın istifadə etməsi üçün faizlər


Əgər bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank müştərinin hesabında olan pul vəsaitindən istifadə etməsi üçün faizlər ödəyir və bu faizlərin məbləği hesaba salınır.

Bunu nəzərə alaraq hesab müqavilələrimizə aşağıdakı bənd əlavə edilib:
“Bank müştərinin hesabında olan qalığına heç bir faiz ödəməyi öhdəsinə götürmür”.

Pul vəsaitinin hesabdan silinməsinin əsasları

Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.

Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə aşağıdakı hallarda yol verilir:
1. məhkəmənin qərarı ilə,
2. qanunla müəyyənləşdirilmiş hallarda,
3.Bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda..

Hesabdan pul vəsaitinin silinməsinin növbəliyi

Hesabdan vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir.


Hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir:
1.
birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir;
2.
ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir;
3.
üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir;
4.
dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir;
5.
beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi üzrə hesabdan silmə həyata keçirilir;
6.
altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir.

Qeyd:
Bir növbəyə aid tələblər üzrə vəsait sənədlərin daxil olmasının təqvim ardıcıllığı qaydasında hesabdan silinir.
THANK YOU
Təlimçi : Aytən Məmmədova (Hüquq departamenti)
2. 7 (yeddi) yaşından 14 (on dörd) yaşınadək olanların mülki hüquqi fəaliyyət qabiliyyəti.
MƏHDUD
Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti -

şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
1. 7 (yeddi) yaşınadək olanların (azyaşlıların) mülki hüquqi fəaliyyət qabiliyyəti :
YOXDUR
Fiziki şəxslərin yaşına görə fəaliyyət qabiliyyətinin həddi fərqlənir:
7 (yeddi) yaşınadək olanları (azyaşlıları) qanuni nümayəndələri, yəni valideynləri, övladlığa götürənləri və ya qəyyumları təmsil edir.
7 yaşından 14 yaşınadək olanları qanuni nümayəndələri, yəni valideynləri, övladlığa götürənlər və ya qəyyumları təmsil edir.

7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır:
1.
xırda məişət əqdləri;
2.
əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur;
3.
qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər.

2.
7 (yeddi) yaşından 14 (on dörd) yaşınadək olanların mülki hüquqi fəaliyyət qabiliyyəti.
MƏHDUD
Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti -

şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
1.
7 (yeddi) yaşınadək olanların (azyaşlıların) mülki hüquqi fəaliyyət qabiliyyəti :
YOXDUR
Fiziki şəxslərin yaşına görə fəaliyyət qabiliyyətinin həddi fərqlənir:
7 (yeddi) yaşınadək olanları (azyaşlıları) qanuni nümayəndələri, yəni valideynləri, övladlığa götürənləri və ya qəyyumları təmsil edir.
3,
14 (on dörd) yaşından 18 (on səkkiz) yaşınadək olanların mülki hüquqi fəaliyyət qabiliyyəti :
MƏHDUD
14 yaşından 18 yaşınadək olanları yalnız qanuni nümayəndələri, yəni valideynləri, övladlığa götürənlər və ya himayəçiləri təmsil edir.
14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə:
1.
öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin;
2.
elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin;
3.
xırda məişət əqdləri və yuxarıda sadalanan digər əqdlər bağlasın.

7 yaşından 14 yaşınadək olanları qanuni nümayəndələri, yəni valideynləri, övladlığa götürənlər və ya qəyyumları təmsil edir.

7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır:
1.
xırda məişət əqdləri;
2.
əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur;
3.
qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər.

2.
7 (yeddi) yaşından 14 (on dörd) yaşınadək olanların mülki hüquqi fəaliyyət qabiliyyəti.
MƏHDUD
Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti -

şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
1
. 7 (yeddi) yaşınadək olanların (azyaşlıların) mülki hüquqi fəaliyyət qabiliyyəti :
YOXDUR
Fiziki şəxslərin yaşına görə fəaliyyət qabiliyyətinin həddi fərqlənir:
7 (yeddi) yaşınadək olanları (azyaşlıları) qanuni nümayəndələri, yəni valideynləri, övladlığa götürənləri və ya qəyyumları təmsil edir.
Nəzərə alınmalıdır:

Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.
Bank hesabı müqaviləsi

Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə
və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər.
Bank hesabı müqaviləsinin bağlanması

Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır.

Müştəri Bankın qaydalarında, qanunda nəzərdə tutulan şərtlərə cavab verirsə, onun üçün hesab açılmalıdır.
Əks halda:
1.
Müştərinin məhkəməyə müraciət etməyə ixtiyarı vardır,
2.
Müştəriyə bununla vurulmuş zərərin əvəzi ödənilməlidir.
2. Hüquqi şəxslər

PUBLİK HÜQUQİ
ŞƏXSLƏR
Ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan qurumdur.
1.

AR Mərkəzi Bankı
2.
AR Maliyyə Bazarlarına Nəzarət Palatası
Full transcript