Loading presentation...

Present Remotely

Send the link below via email or IM

Copy

Present to your audience

Start remote presentation

  • Invited audience members will follow you as you navigate and present
  • People invited to a presentation do not need a Prezi account
  • This link expires 10 minutes after you close the presentation
  • A maximum of 30 users can follow your presentation
  • Learn more about this feature in our knowledge base article

Do you really want to delete this prezi?

Neither you, nor the coeditors you shared it with will be able to recover it again.

DeleteCancel

Make your likes visible on Facebook?

Connect your Facebook account to Prezi and let your likes appear on your timeline.
You can change this under Settings & Account at any time.

No, thanks

BÜLLETEN I rüb (2015)

No description
by

Elchin Guliyev

on 12 July 2016

Comments (0)

Please log in to add your comment.

Report abuse

Transcript of BÜLLETEN I rüb (2015)

2015
Yanvar, Fevral, Mart
I rüb
2015-Cİ İLİN BİRİNCİ RÜBÜNDƏ ÖLKƏDƏ BAŞ VERƏN ƏSAS SOSİAL-İQTİSADİ HADİSƏLƏR
BÜLLETEN
Azərbaycan Respublikası Dövlət
Neft Fondu
2015-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.


İclasda çıxış edən ölkə prezidenti qeyri-neft ixracının artırılmasının qarşıda duran prioritet məsələ olduğunu vurğulamışdır. Ölkə iqtisadiyyatının neft amilindən asılılığını azaltmaq məqsədi ilə real sektora investisiya qoyuluşunun artırılması və sahədə bank kreditlərinin çoxaldılması məsələsinə toxunan ölkə rəhbəri neftin qiymətinin düşməsi ilə əlaqədar gəlirlərin azalacağını və bunun nəticəsi olaraq dövlət investisiyalarının azalacağını vurğulamışdır. O, həmçinin dövət investisiyalarının daha çox dayanıqlı inkişafa yönəldilməli olduğunu qeyd etmişdir.


Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

02/02/2015 tarixində Azərbaycan Respublikası Prezidenti sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda kiçik və orta sahibkarlığa dəstək məqsədi ilə Neftçala Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələrinin yaradılması, Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilinin və tənzimlənməsinin “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi məsələləri öz əksini tapır.

Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

27/02/2015 tarixində Azərbaycan Respublikasının Prezidenti iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etmək məqsədi ilə Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Fərman imzalamışdır.

Mingəçevir Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

27/02/2015 tarixli imzalanmış Sərəncamda ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkının yaradılması nəzərdə tutulur.

Məzənnə siyasətinin yeni əməliyyat çərçivəsi barədə

Azərbaycan Respublikası Mərkəzi Bankı 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul etmişdir. Məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam etdirilməsi nəzərdə tutulmuşdur.


Manatın məzənnəsi ilə bağlı Mərkəzi Bankın bəyənatı

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilmişdir. Mərkəz Bank öz bəyənatında bu qərarı milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edildiyini açıqlamışdır. Bəyənatada həmçinin manatın məzənnəsinin korreksiyasının həmçinin Azərbaycanın xarici ticarət tərəfdaşı olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəldiyi də vurğulanır.


“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19 yanvar 2015-ci il tarixində imzalanmış Sərəncamda Strategiyanın həyata keçirilməsi ilə bağlı aşağıdakı istiqamətlərdə fəaliyyəti planı təsdiq edilmişdir.
1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması;
2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksəknüfuzlu təhsilverənin formalaşdırılması;
3. Təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə sisteminin formalaşdırılması;
4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması;
5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən maliyyələşdirilməsinin yeni mexanizminin yaradılması;

2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

12 yanvar 2015-ci il tarixində imzalanmış fərmanda kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkənin aqrar potensialının geniş təbliğ edilməsi öz əksini tapmışdır və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə birlikdə tədbirlər planını hazırlayaraq Azərbaycan Respublikasının prezidentinə təqdim etmişdir.

2015- Cİ İLİN BİRİNCİ RÜBÜNDƏ FİSKAL SİYASƏT ÇƏRÇİVƏSİNDƏ BAŞ VERƏN HADİSƏLƏR
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il büdcəsinin və investisiya siyasətinin təsdiq edilməsi haqqında Fərman imzalamışdır. Fondun 2015-ci il büdcəsinin gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2 min manat məbləğində təsdiq edilmişdir.
2015-ci il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri 28,2 milyard manata bərabər götürülmüşdür. İnvestisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilmişdir. Fərmandan irəli gələrək portfelin 50%-i ABŞ dollarında ifadə olunan aktivlərə, 35%-i Avroda ifadə olunan aktivlərə, 5%-i İngilis funt sterlinqində ifadə olunan aktivlərə, qalan 10%-i isə digr valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

,
,
Dövlət Neft Fondunun büdcəsinin tərtibi

2016-cı il Dövlət Neft Fondunun büdcəsinin tərtibi məqsədi ilə Fondun ilkin büdcə layihəsi müvafiq dövlət qurumlarına təqdim edilmişdir. Dövlət Neft Fondunun mənfəət nefti və qazın satışından gəlirləri hesablanarkən növbəti illər üçün 1 barrel neftin qiyməti 50 ABŞ dolları, manatın ABŞ dollarına qarşı orta illik məzənnəsi 1,05 manat səviyyəsində proqnozlaşdırılmışdır. İlkin proqnoz məlumatlar əsasında Fondun 2016-cı il büdcəsinin gəlirləri 6 503,8 milyon manat səviyyəsində proqnozlaşdırılmışdır. Dövlət büdcəsinə edilən transfert istisna olmaqla Fondun icmal büdcədə əks olunan xərcləri 2 182,5 milyon manat nəzərdə tutulmuşdur. Bununla yanaşı “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”ya uyğun olaraq Neft Fondunun gəlirlərinin 25 faizinin yığıma yönəldilməsi üçün 2016-cı ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi üçün limitin 2 695,4 milyon manat, Fondun büdcəsinin kəsirsiz icrası üçün 4 321,3 milyon manat olması təklif edilmişdir.

Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqi

13 mart 2015-ci il tarixində Fitch Ratings beynəlxalq kredit agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlamışdır. Agentliyin hazırladığı hesabatda qeyd olunur ki, dünyada neftin qiymətinin kəskin enməsinin Azərbaycanın mövcud fiskal və xarici valyuta mövqeyinə neqativ təsirlərinə baxmayaraq, hökumət tərəfindən atılan təsirli addımlar dövlət maliyyəsinə və xarici valyuta ehtiyatları mövqeyinə mümkün riskləri azaldaraq ölkənin möhkəm xarici kreditor kimi yerini qoruyub saxlamasını təmin edəcəkdir.

Layihənin başlama tarixi
Layihənin planlaşdırılan bitmə tarixi
İyun, 2013
Dekabr, 2016
Layihəyə dair illər üzrə ödənişlər (mln manatla)
Yeni Üzən Qazma
Qurğusunun
tikintisi layihəsi
Layihəyə dair ümumi ödənilən vəsait (mln manatla)
215,6
192,9
72,5
525,1
481,0
525,1
Layihənin başlama tarixi
Layihənin planlaşdırılan bitmə tarixi
Cənub Qaz Dəhlizi
Layihənin proqnoz edilən müddəti:
2014 - 2020
2 568


(mln manat)
318,7
Xaricdə Təsil
Proqramı
Layihənin başlama tarixi
Layihənin bitmə tarixi
2008
2015
STAR
Neft Emalı
Kompleksi
475 mln
285 mln
Layihəyə illər üzrə ödənilmiş
vəsait (ABŞ dolları ilə)
2013
2018
Qaçqın və məcburi köçkünlərin
sosial-məişət vəziyyətinin
yaxşılaşdırılması və məskunlaşdırılması
Layihənin başlama tarixi 2001
Bakı-Tbilisi-Kars
dəmiryolu
Samur-Abşeron suvarma sisteminin
yenidən qurulması
Layihənin başlama tarixi
Layihənin bitmə tarixi
2006
2018
2015-ci ilin 1-ci rübü üzrə
makroiqtisadi göstəricilər
(2014-cü ilin müvafiq dövrü ilə müqayisə)

“Han River” Möcüzəsi
“Han River” möcüzəsi (“The miracle on Han River”) Cənubi Koreyanın (bundan sonra - Koreya) qısa bir zaman ərzində yüksək iqtisadi inkişafını ifadə edən bir termin kimi işlədilir. Bu möcüzə Koreya müharibəsindən (1950-1953-ci illər) sonrakı dövrdə Koreyanın ixrac yönümlü iqtisadi inkişafını, həmçinin sürətli sənayeləşməni, texnologiya sahəsində yüksək nailliyyətləri, təhsildə yüksək canlanmanı, həyat səviyyəsinin yüksək templə yaxşılaşmasını, sürtəli şəhərləşməni, habelə 1988-ci il olimpiya oyunlarına və 2002-ci il futbol üzrə dünya çempionatına uğurlu ev sahibliyi etmək kimi nailiyyətləri özündə birləşdirir. Bu inkişaf Koreyanı yoxsul bir ölkədən demokratikləşən, qloballaşan, dünya iqtisadiyyatında böyük təsirə malik olan, Samsung, LG, Hyundai and Kia kimi böyük şirkətlərə sahiblik edən bir zəngin ölkəyə çevirmişdir.
1960-ci illərin əvvəllərinə qədər Amerikalılar Koreyanı “Kabus”, “dibi olmayan quyu”, “Xəstə bir cəmiyyət” kimi sözlərlə xarakterizə edirdilər. Koreya dünyanın ən kasıb ölkələrindən biri olmaqla, ölkə üzrə adam başına düşən gəlir 100 ABŞ dollarından da aşağı olmuşdur. 60-ci illərin əvvəllərinə qədər Koreya böyük həcmlərdə yardımlar qəbul etmiş və dünyada ilk beş ən çox yardım alan ölkələr sırasında olmuşdur. Belə ki, 1975-ci ildən əvvəlki üç onillik müddətində Koreya cəmi 6.0 mlrd. dollar yardım qəbul etmişdir ki, bu da həmin dövr üzrə bütün Afrika üzrə qəbul edilən yardımların həcminə bərabərdir.


Bütün qeyd olunanlara baxmayaraq, qısa müddət ərzində ölkədə vəziyyət tamamilə yaxşı istiqamətdə dəyişmişdir. Koreya yaddaş çipləri, gəmiqayırma, LCD panellər və digər İT xarakterli məhsulların dünyada ən böyük ixracatçısına çevrilmişdir. 2013-cü ildə ölkə üzrə ümumi ixracın həcmi 635.9 mlrd. ABŞ dolları (Dünya Bankı 2013), adambaşına düşən ÜDM isə 25 977.0 ABŞ dolları (Dünya Bankı 2013), ÜDM isə 1.3 trillion dollar (Dünya Bankı 2013) təşkil etmişdir. 1996-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzvü olaraq, yardım alan ölkədən yardım edən bir ölkəyə çevrilmişdir.
Koreya xam neft, təbii qaz, dəmir və ya kömür kimi heç bir təbii resurslara malik olmayan bir ölkədir. Coğrafi baxımdan da təcrid olunaraq tamamilə uzaq şərqdə yerləşmişdir. Belə olan halda, sual yaranır ki,
belə bir sürətli inkişaf necə mümkün oldu? Bu bir möcüzə idimi? Koreya modeli digər inkişaf etməkdə olan ölkələrə tətbiq oluna bilərmi?
Əgər bu fenomenal iqtisadi inkişafın digər inkişaf etməkdə olan ölkələrdə təkrar olunması mümkün olarsa, bu halda inkişaf etməkdə olan ölkələrdə yoxsulluq kimi problemlərin aradan qaldırılması üçün böyük bir imkan təmin edilmiş olardı.
Nobel mükafatı laureatı Robert Lukas qeyd etmişdir ki, Koreyanın iqtisadi inkişaf təcrübəsinin inkişaf etməkdə olan ölkələrə tətbiq edilməsi “ həvəslənmiş bir gənc baksetbolçuya Michael Jordan modelinin təkrarlaması tapşırığının verilməsi” kimi başa düşülür. Lukasın bu fikirinin mənası tam aydın olmasa da, amma bir şey aydındır ki, O, Koreyanın inkişafında xarici və daxili amillərin birgə təsirinin düzgün və eyni vaxtda baş verməsinin mühüm rol oynamasını nəzərdə tuta bilər:
kifayət qədər təhsilli əhali kütləsinin olması, iqtisadi siyasətlərin düzgün seçilməsi və əlverişli xarici şəraitlər.
İndi isə bu amillərin qısa izahına keçək.
Koreyanın hazırda təqribən 50 million əhalisi var və savadlılıq səviyyəsi demək olar ki 100 %-dir. 20-24 yaş arasında olan kollec tələbələrin xüsusi çəkisinə görə, və təhsilə, həmçinin özəl təhsilin inkişafına ayrılan vəasitlərə görə Koreya OECD ölkələri arasında ən öndə olan ölkələrdəndir (Cədvəl 1.). Koreyanın inkişaf dövrünün 1960 və 1970-ci illərində böyük sayda peşə və mühəndislik məktəblərinin açılması təcrübəli mühəndislərin yetişməsinə səbəb olmuşdur. Ümumiyyətlə, Koreyada təhsilə yüksək önəm verilməsi Konfüçyüsçülük ənənəsindən bəhrələnir. Amma bununla yanaşı, Koreya cəmiyyəti fundamental olaraq çox rəqabətcil cəmiyyətdir, və təhsil nəsillər arası ötürülən bir miras hesab edilir.
Cədvəl 1. - dən də göründüyü kimi, verilən ölkələr arasında təhsil xərclərinin və ölkənin iqtisadi inkişafı ilə bağlı olan məsələlərə dair xərclənən vəsaitlərin ümumi dövlət xərclərində xüsusi çəkisinə görə Koreya 1-ci yerdədir.

Yüksək iqtisadi inkişafın digər bir təkanverici amili vaxtında və düzgün iqtisadi siyasətlərin seçilməsi idi. Belə ki, iqtisadi inkişafın ilkin mərhələsində dövlət idxalı əvəz edən əsas aralıq məhsullar istehsal edən (məs: sement, gübrə və s.) sənayə sahələrinin inkişafını dəstəklədi. Kiçik miqyaslı iqtisadiyyat üçün sənaye hədəfləri qoyulmadan ixrac yönümlü siyasətin seçilməsi düzgün addım idi. Belə ki, ixrac yönümlü əməktutumlu sənaye sahələrinin inkişafı (məs: toxuculuq və s.) növbəti hədəf kimi seçildi. Zəngin ucuz işçi qüvvəsinin mövcudluğu ölkənin beynəlxalq ticarətdə rəqabətliliyini təmin edirdi. Bununla yanaşı, ixracı dəstəkləməkdən ötrü dövlət müxtəlif vergi, gömrük tarifləri və maliyyə dəstəyi kimi güzəştlər də tətbiq etməyə başladı. Bütün bunların nəticəsində, iqtisadi inkişafın təkanverici bir qüvvəsi olan ixracda illik 40 % artım müşahidə edildi (Qrafik 1.).
Təbii ki, dövlət tərəfindən ixracın stimullaşdırılması üçün çoxlu güzəştlər və imkanlar təmin edilməsi nəticəsində əsas yük ümumi ictimaiyyətə düşürdü, əhali isə dözməli idi, və dözərək şikayət etmədilər. 1970-ci illərdə hədəflər ağır sənaye sahələrinin inkişafına doğru yönəldi. Bu illər ərzində əsas ixracatçılar neft-kimya, avtomobil, gəmiqayırma, elektronika və yaddaş çipləri sektorlarından idi.

Şübhə yoxdur ki, Koreya iqtisadiyyatının inkişafına təkan verən əsas amillərdən biri də xarici əlverişli mühitin olması idi. 60-ci illərdə inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrdən ixdala çox məhdudiyyətlər qoymamışdılar. Bununla yanaşı, Koreya, Veytnam müharibəsi zamanı bəzi məhsullara yaranan gözlənilməz tələbdən, və həmçinin orta şərqi asiyada neft gəlirlərinin hesabına tikinti sektoru ilə bağlı məhsullara olan tələbatın kəskin artmasından da əhəmiyyətli dərəcədə bəhrələnərək bu ölkələrə müvafiq məhsul və xidmətlərin ixracını genişləndirmişdir. Digər bir əlverişli xarici amil, 80-ci illərdə “three lows” adlanırdı: aşağı faiz dərəcələri, aşağı neft qiyməti və aşağı Koreya valyutası. Tamamilə xarici borca və xammal idxalına dayaqlanan Koreya iqtisadiyyatı bu “three lows”-dan əhəmiyyətli dərəcədə bəhrələnmişdir.
Yekunda yenidən məqalənin əvvəlində qaldırılan suallara qayıdaq:
Koreyanın qısa zamanda əldə etdiyi nailiyyətləri möcüzə adlandırmaq olarmı?

Və Koreya modeli digər inkişaf etməkdə olan ölkələrə tətbiq edilə bilərmi?
İstər koreyalı istərsə də xarici mütəxəssislər tərəfindən Koreyanın iqtisadi inkişafının təhlilinə dair vahid yanaşma yoxdur. Belə ki, bir qrup iqtisadçılar, Koreya iqtisadiyyatını möcüzə adlandıraraq, bunu daha çox yaranan xarici əlverişli mühit və düzgün daxili iqtisadi siyasətin vaxtında və düzgün seçilməsi ilə əlaqələndirir.

Digər qrup təhlilçilər bunu əhalinin gərgin çalışması, bütün çətinliklərə dözməsi ilə izah edərək, bu inkişafı möcüzə deyil, onu koreyalıların həm ölkədə, həm də Səudiyyə Ərəbistan səhralarında, Qərbi Almaniyanın kömür şaxtalarında çalışan koreyalı işçilərinin əməyinin nəticəsi kimi qiymətləndirirlər. Əhali istədikləri kimi istehlak etmirdilər. Əhalinin yığımı hesabına formalaşan resurslar sonradan sahibkarlığın dəstəklənməsinə, təhsilə yönəldilmişdir. Əhali həmçinin təhsil xərclərini də ödəməlidi, çünki dövlət yalnız əsas orta təhsili maliyyələşdirirdi.
2-ci suala cavab olaraq, belə qənaətə gəlmək olar ki, Koreya modeli hər hansı bir inkişaf etməkdə olan ölkəyə tətbiqi üçün öyrənilərkən, ilk növbədə mövcud daxili və xarici şəraitlər (məs: hər hansı bir inkişaf etməkdə olan ölkənin coğrafi mövqeyi, həmin ölkədə iqtisadi instututların fəaliyyətinin qiymətləndirilməsi, ictimai maraqların şəxsi maraqlardan nə dərəcədə üstün tutulub tutulmaması, sahibkarların sosial məhsuliyyəti, ölkədə “iqtisadi oyun qaydalarının” vəziyyəti və s.) nəzərə alınmalı və qiymətləndirilməlidir. Belə ki, hər hansı bir ölkədə düzgün iqtisadi strategiya və siyasət seçilə bilər, lakin qeyd edilən amillər nəzərə alınmazsa və ya əlverişli xarici mühit yoxdursa, bu halda düzgün seçilmiş iqtisadi siyasət öz müsbət təsirini tam göstərməyəcəkdir.

İstinad mənbələr:
Sung, Keuk Je, Dong-Se Cha and Ke-young Chu. 2010. Development Experience of the Korean Economy. Korea: Kyung Hee University Press.
Lee, Yong Hoi. 2012. “The Korean Economy”, Seoul: The Bank of Korea.

Müəllif: Namiq Bədəlov
Full transcript