Loading presentation...

Present Remotely

Send the link below via email or IM

Copy

Present to your audience

Start remote presentation

  • Invited audience members will follow you as you navigate and present
  • People invited to a presentation do not need a Prezi account
  • This link expires 10 minutes after you close the presentation
  • A maximum of 30 users can follow your presentation
  • Learn more about this feature in our knowledge base article

Do you really want to delete this prezi?

Neither you, nor the coeditors you shared it with will be able to recover it again.

DeleteCancel

Make your likes visible on Facebook?

Connect your Facebook account to Prezi and let your likes appear on your timeline.
You can change this under Settings & Account at any time.

No, thanks

Sənədlərin hazırlanması və tərtib edilməsi

No description
by

Aygul Khalilova

on 30 April 2015

Comments (0)

Please log in to add your comment.

Report abuse

Transcript of Sənədlərin hazırlanması və tərtib edilməsi

Sənəd nədir ?
Müəssisə və təşkilatların fəaliyyəti sənəd vasitəsi ilə
rəsmiləşdirilir.

Sənəd - fəaliyyət və ya hadisənin obyektiv həqiqətə
uyğun olaraq xususi materiallarda müxtəlif üsullarla
rəsmiləşdirilməsi formasıdır.

İdarəetmənin kargüzarlıqla bağlı mühüm
bir hissəsinin icrası təşkilati-sərəncamverici (inzibati) sənədlərdə öz əksini tapır.
Nizamnamələrin 10 bölmədən ibarət tərtibi nəzərdə tutulur:
İnzibati senedler
Image by Tom Mooring
Sənədlərin hazırlanması və tərtib edilməsi
Sənədlərin tarixi
Beynəlxalq terminoloji yanaşma baxımından
(dokument) «sənəd» sözü latın sözü olan «dokumentum»
sözündən götürülmüşdür və hərfi mənasına görə nümunə,
sübut, şahid deməkdir. Bu söz latın dilindəki «docere»
«öyrətmək» felindəndir. Sözün tarixi kökü qədim
hind-avropa dilindən götürülmüşdür və ilk əvvəllər nəyinsə ötürülməsi, qəbulu və alınması ilə bağlı olan açılmış əl jestini ifadə edirdi.
Idarə və müəssisələrin yaradılma qaydaları, hüquq və vəzifələrinin quruluşunu, bütünlüklə işlərinin təşkilini müəyyənləşdirrən hüquqi aktdır.
Əsasnamə
Sonralar «dokumentum» sözü hüquqi mənada «yazılı sübut» mənasında XIX əsrin ortalarına qədərki
dövrdə işlənmişdir. Bu söz latın dilindən bütün
Avropa dillərinə keçmişdir.
XIX əsrin ikinci yarısından etibarən
dünya ölkələrinin bəzi soraq nəşrlərində
«dokument» terminindən törəyən bir neçə termin meydana gəldi. Məsələn, sənədçilik , sənədşünaslıq (sənəd haqqında elm) və s.
Sənədşünaslıq termini məşhur isveçli alim Pol Otle
tərəfindən elmi dilə daxil edilmişdir. Sənədşünaslığın
nəzəriyyəsi tarixən ilk dəfə P.Otle və onun həmfikri A.Lafenton tərəfindən işlənmişdir. Onlar 1895-ci ildə Beynəlxalq Biblioqrafiya İnstitutu yaratmışlar.
Təşkilati sərəncamverici sənədlər inzibati və işçi sənəd olmaqla idarə aparatı işçilərinin təşkilati-sərancamverici funksiyalarının yerinə yetirilməsində tətbiq edilir. Həm xarici həm də daxili məlumatları özündə cəmləşdirir.
İnzibati sənədlər iki yerə bölünür:
TƏŞKİLATİ SƏNƏDLƏR
Təşkilati sənədlər təsərrüfat fəaliyyətinin nizama salınmasında tərtib edilən və istifadə olunan sənədlərdir.

Buraya daxildir:
Nizamnamə
Əsasnamə
Təlimat
Qaydalar
Sərəncamverici sənədlər
Sərəncamverici sənədlər idarəetmə subyekti ilə idarəetmə obyekti arasında tabeçilik sistemində uyğun olaraq tərtib edilən sənədlərdir.
Buraya daxildir:
Əmrlər
Qətnamələr
Qərarlar
Sərəncamlar
Göstərişlər
Əsasnamə yeni idarə və təşkilat yaradılan zaman tərtib edilir.
Əsasnamə əsasən 4 bölmədən ibarət olur:
1. Ümumi bölmə:
Ümumi bölmədə istehsal adı, onun müəssisənin idarəetmə sistemində tutduğu yer, bölmənin tərkibi, quruluşu və ştat vahidlərinin təsdiqi qaydası göstərilir.
2. Vəzifə və funksiyalar:
Vəzifə və funksiyalar bölməsində dxili təsərrüfat bölməsinin əsas istiqaməti, qarşıya qoyulan vəzifənin yerinə yetirilməsində yeni texnikanın tətbiqi, elmi nailiyyətlərdən, qabaqcılların iş rübəsindən istifadə edilməsi qaydaları göstərilir.
3. Tapşırılan funksiyanın yerinə yetirilməsi üçün hüquq bölməsi
Hüquq bölməsində əsas və dövriyyə vəsaitlərindən, işçi qüvvəsindən, təbii torpaq ehtiyatlarından istifadə edilməsi, tez xarab olan məhsulların satışı, işçinin içə qəbul edilməsi və başqa işə keçirilməsi, nizam-intizama cəlb olunması, bölmənin işçilərinin maddi və mənəvi cəhətdən mükafatlandırılması və s. sahədə hüququ göstərilir.
4. İstehsal bölməsinin idarə edilməsində
işlərin təşkili
İşlərin təşkili və bölmənin idarə edilməsində təsərrüfat rəhbərinin təsdiq etdiyi ştat cədvəlinə əsasən istehsal bölməsinə rəhbərlik edən vəzifəli şəxsin adı, onların işə qəbul edilməsi və işdən azad edilməsi, istehsal vahidi daxilində işin təşkili, tabeçilik obyektlərində idarəetmənin təşkili forma və metodları bölmənin sturukturu göstərilir.
Nizamnamə
Nizamnamə - müəssisənin yaradılmasını, onun quruluşunu, funksiyalarını, vəzifələrini müəyyən edən rəsmi sənəd formasıdır. Bu sənədlərə istehsal və xidmət kooperativlərinin, səhmdar cəmiyyətlərinin kiçik müəssisələrin nizamnamələri aid edilir.
Nizamnamə nümunəvi və fərdi ola bilər.

Nizamnamədə idarə rəhbərinin mükafat və ya cəza vermək üçün səlahiyyəti müəyyən edilir.
1 - Ümumi müddəalar - burada əmlak və torpaq payı olan mülkiyyətçilərin təsis etdikləri təsərrüfat subyektləri göstərilir.
2 - təsis edilən müəssisənin əsas fəaliyyət istiqamətləri , hüquqları və vəzifələri göstərilir.
3 - kollektiv üzvlərinin hüquq və vəzifələri göstərilir.
4 - müəssisənin əmlakı verilir.
5 - müəssisənin idarəetmə və nəzarət orqanları göstərilir.
6 - idarəetmə yəni idarə heyətinin vəzifəsi, hüququ və məsuliyyəti göstərilir.
7 - müəssisənin əmlak məsuliyyəti göstərilir.
8 - müəssisənin əmək fəaliyyəti göstərilir.
9 - müəssisənin fəaliyyətinə nəzarət göstərilir.
10 - müəssisənin yenidən təşkili və ləğv edilməsi göstərilir.

Təlimat - lazımi işlərin yerinə yetirilməsi
və ya icrasının müəyyən istehsal vəziyyətində
özünü aparmasına dair rəhbər göstərişləridir.
Təlimat təkrarlanan idarəetmə sistemi üzrə
hazırlanmaqla işdə daimi rəhbərlik üçün uzunmüddətli istifadə edilir.
Təlimatın ən mühüm cəhəti onun xüsusi əmrlə və ya idarə rəhbərinin imzası ilə təsdiq olunmasıdır.
QAYDALAR
Qaydalar təşkilati xüsusiyyət daşıyan, bir işin, davranışın gedişini tənzimləyən və həyata keçirilməsini tələb edən xidməti sənəddir.
Məzmununa və tərtibatına görə qaydalat təlimatlara oxşardır.
ƏMRLƏR
Əmrlər - təkbaşına prinsip əsasında fəaliyyət göstərən dövlət müəssisələri, birlikləri rəhbərlərinin öz səlahiyyətləri daxilində müəssisə qarşısında duran əsas operativ məsələlərin həll edilməsi məqsədilə qəbul etdikləri əsas sərəncamverici sənəddir. Əmrin lahiyyəsinin hazırlanması prosesində onun məzmunu ilə əlaqədar olan məsələləri yerinə yetirərkən istehsal və xidmət vahidi rəhbərləri ilə razılaşdırılır.
Əmr iki yerə bölünür:
1. Şəxsi heyət məsələlərinə dair.
2. İstehsalat məsələləri üzrə.
Əmrin özünə məxsus yazılış forması vardır. Məsələn, əmrin verilmə yeri, əmrin adı, tarixi, sərlövhəsi, məzmununa aid yazılar və s. əmr sərəncamverici sənəd olduğu üçün mütləq vəzifəli şəxs tərəfindən imzalanır.

Sərəncam
Sərəncam hər hansı məsələləri həll etmək üçün, səlahiyyətli vəzifəli şəxs tərəfindən verilən göstərişləri özündə əks etdirən sənəd formasıdır. Bir qayda olaraq sərəncam hadisəyə əsaslanmaqla “buna uyğun olaraq, bununla əlaqədar” sözləri ilə davam etdirilir. Mətn isə əmr formasında tapşırılsın, təklif olunsun , təsdiq olunsun və s. şəklində şərh edilir.
Sərəncamlar prezident, Nazirlər Kabinetinin sədri, Muxtar Respublika Nazirlər Kabinetinin sədri tərəfindən verilir. Yerli icra hakimiyyətləri də sərəncam vermək hüququna malikdirlər.
Qətnamə
Qərar
Qətnamə - dövlət idarəetmə orqanları müxtəlif kollegiyal və ictimai orqanlar, qurultaylar, konfranslar, müşavirələr, yığıncaqlar tərəfindən mühüm məsələləri həll etmək üçün qəbul edilir. Dövlət idarəetmə orqanları tərəfindən qəbul olunmuş qətnamələr, normativ olmaqla bütün müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilməsi məcburi xarakter daşıyır.
Qərar - yerli icra hakimiyyətləri, onların şəhər və kənd nümayəndələri tərəfindən onların səlahiyyətlərinə aid olan, vacib olan məsələlərin həlli üçün qəbul edilir. Qərar həmçinin kollegiyal idarəetmə xüsusiyyətinə malik olan müəssisə və təşkilatların ümumi yığıncaqlarında idarə heyətinin iclasında qəbul edilir.
GÖSTERİŞ
İdarə və müəssisələrin müəyyən məsələlərinin icrasında göstərişlər tərtib olunur. Məlumat - metodiki xarakterli məsələlər üzrə idarəetmə orqanlarının verdiyi hüquqi aktların icrası ilə əlaqədar olaraq idarə və müəssisə tərəfindən verilən sərəncamverici sənədlərə göstəriş deyilir.
Bu sənədlər hüquqi xarakterli sənədlərdir.
Xəlilova Aygül
Zeynalxanlı Tülay
Sultanlı Nərmin
Sarıyev Rəşad
Qoçiyev Nicat
Rəsulov Sərxan
TƏŞƏKKÜRLƏR
Full transcript