Loading presentation...

Present Remotely

Send the link below via email or IM

Copy

Present to your audience

Start remote presentation

  • Invited audience members will follow you as you navigate and present
  • People invited to a presentation do not need a Prezi account
  • This link expires 10 minutes after you close the presentation
  • A maximum of 30 users can follow your presentation
  • Learn more about this feature in our knowledge base article

Do you really want to delete this prezi?

Neither you, nor the coeditors you shared it with will be able to recover it again.

DeleteCancel

Make your likes visible on Facebook?

Connect your Facebook account to Prezi and let your likes appear on your timeline.
You can change this under Settings & Account at any time.

No, thanks

DAVAMLI İNKİŞAF KONSEPSİYASI

No description
by

Julia Eldarzadeh

on 18 April 2014

Comments (0)

Please log in to add your comment.

Report abuse

Transcript of DAVAMLI İNKİŞAF KONSEPSİYASI

Davamlı inkişafın təmin edilməsinin yoxsulluğun azaldılmasına təsir istiqamətləri
Qloballaşma şəraitində yaşayan müasir dünyada qarşıda duran vacib problemlərdən biri də davamlı iqtisadi inkişafın təmin edilməsidir. Bu səbəbdən də əksər iqtisadi ədəbiyyatlarda "davamlı inkişaf", "davamlı iqtisadi inkişaf" anlayışları geniş müzakirə edilir. Hazırda davamlı inkişaf termininə müxtəlif yanaşmalar mövcud olsa da, bütün yanaşmalarda bir ortaq fikir mövcuddur ki, dünyada və ayrı-ayrı ölkələrdə ehtimal edilən iqtisadi, sosial, ekoloji böhranların qarşısının vaxtında alınması iqtisadi artımın davamlılığından çox asılıdır. Eyni zamanda, davamlı inkişaf anlayışının mahiyyəti haqqında irəli sürülən fikirlərin bir ümumi cəhəti də ondan ibarətdir ki, bütün yanaşmalarda davamlı inkişaf konsepsiyasının əsas məqsədinin yoxsulluqla mübarizə olduğu vurğulanır. Məsələn, ümumdünya Ətraf Mühitin Mühafizəsi və İnkişafı komissiyasının fikrincə, davamlı inkişaf dedikdə, gələcək nəsillərin tələbatlarının ödənilməsi imkanlarını azaltmadan, indiki nəslin tələbatının normal ödənilməsi başa düşülür. Davamlı inkişaf anlayışına ilk yanaşmalardan biri olan bu fikir əksər tədqiqatçılar tərəfindən qəbul edilmişdir.
Davamlı inkişaf konsepsiyasının diqqət mərkəzində yoxsulluqla mübarizə dayanır və konsepsiyanın əsas məqsədi insanların normal həyat fəaliyyətinin təmin edilməsi üçün lazım olan resurslara minimum tələbatların ödənilməsi və bu resursların dünya əhalisi arasında bərabər (ədalətli) bölüşdürülməsidir. ümumilikdə isə davamlı inkişaf konsepsiyası iqtisadi inkişaf modelinin dəyişilməsi məsələləri, sosial siyasətin yaxşılaşdırılması, dünyada demoqrafiq vəziyyət dəyişiklikləri və s. ilə əhatə edilmiş çoxaspektli xarakter daşıyır. Təbii ki, davamlı inkişaf səviyyəsini, eləcə də insan sivilizasiyasını təyin edən əsas amillərdən biri də ətraf mühitin mühafizəsidir. Ona görə ki, davamlı inkişaf anlayışının mahiyyətinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar sübut edir ki, davamlı inkişafın təmin edilməsi ekosistemlə, təbii resurslardan istifadə ilə və s. ekoloji amillərlə sıx əlaqədardır.
Tədqiqatçılar arasında "davamlı inkişaf" anlayışının izah edilməsinin geniş müzakirəsi aparılır. Bir çox ədəbiyyatlarda davamlı inkişafın daha çox fəlsəfi xarakterə malik olduğu vurğulansa da, onun iqtisadi izahına da rast gəlinir.
Ətraf mühitə və inkişafa dair Rio-de-Jeneyro bəyannaməsi və əsas idealar
• İnsanlar təbiətlə həmahəng sağlam və məhsuldar yaşamaq hüququna malikdirlər.
• Bugünki inkişafı gələcək nəsillərin ziyanına olaraq həyata keçirilməməlidir.
• Davamlı inkişafı həyata keçirtməkdən ötrü ətraf mühitin mühafizəsi inkişaf prosesinin ayrılmaz hissəsini təşkil etməlidir və buna ondan ayrılıqda baxılmamalıdır.
• Sabit inkişafı təmin etmək və əhalinin çoxunun tələblərini ödəməkdən ötrü yoxsulluğun kökünün kəsilməsi və dünyanın müxtəlif hissələrində həyat səviyyələrinin qeyri-bərabərliyinin ləğvi.
• Dövlətlər Yer ekosistemlərinin qorunması, mühafizəsi və bütövlüyünü bərpa etmək məqsədi ilə əməkdaşlıq edir. İnkişaf etmiş ölkələr, davamlı inkişafı təmin etməklə beynəlxalq cəhdlər üçün öz məsuliyyətini dərk edirlər.
• Dövlətlər istehsalın həyat qabiliyyəti olmayan modellərini məhdudlaşdırmalı və ləğv etməli, uyğun demoqrafik siyasəti müdafiə etməlidirlər.
• Ekoloji məsəslələr ən səmərəli şəkildə bütün marağı olan vətəndaşların iştirakı ilə həll edilir. Dövlətlər ekoloji informasiyaya geniş yol açmaqla əhalinin inkişafını inkişaf etdirir və genişləndirirlər.
• Dövlətlər bütün ölkələrdə iqtisadi yüksəlişə və davamlı inkişafa gətirib çıxararaq açıq beynəıxalq iqtisadi sistemin yaradılması işində əməkdaşlıq etməlidirlər.
• Ətraf mühiti çirkləndirən, bu çirklənməyə görə maliyyə məsuliyyəti daşımalıdır.
• Davamlı inkişaf problemin daha dərindən elmi dərk edilməsini tələb edir.
• Davamlı inkişafa çatmaqdan ötrü qadınların hər tərəfli inkişafı vacibdir. Gənclərin yaradıcı qüvvələrinin iştirakı zəruridir.
Davamlı inkişaf konsepsiyasının iqtisadi izahı daha çox onunla əlaqədardır ki, ümumi kapital (insan və təbii kapital, insanlar tərəfindən yaradılan və sosial kapital) azalmadan bir nəsildən digərinə ötürülür. Beləliklə, araşdırmalardan aydın olur ki, davamlı inkişaf və ya davamlı iqtisadi inkişafın əsas səciyyəvi xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
- zaman keçdikcə, səmərəlilik və tələbat azalmır;
- resurslardan istifadə elə təşkil edilir ki, zaman keçdikcə, sənaye istehsalı üçün imkanlar azalmır;
- təbii resurslar zaman keçdikcə, azalmır;
- resursların istifadəsindən əldə edilən gəlirlər zaman keçdikcə, azalmır;
- zaman keçdikcə, ekosistemin stabilliyinin minimal şərtləri təmin edilir.
Davamlı inkişafın belə təyinatı nəsillərarası və bir nəsildə qarşıya qoyulmuş inkişaf səviyyəsinə çatmaq üçün resursların ədalətli bölgüsünü nəzərdə tutur. Eyni zamanda, davamlılıq tələblərinə görə, iqtisadi və sosial inkişaf tədbirləri iqtisadi fəaliyyətin neqativ təsirlərinin azaldılmasına xidmət etməli və gələcək fəaliyyət üçün heç bir çətinlik yaratmamalıdır. Əgər indiki nəslin fəaliyyəti gələcək nəslə və ya onun fəaliyyətinə hər hansı zərər vurarsa (məsələn, bərpaedilməyən ehtiyatların israfçılıqla istifadə olunması), bu halda zərəri tam kompensasiya etmək lazımdır.
DAVAMLI İNKİŞAF KONSEPSİYASI
Davamlı inkişaf konsepsiyası haqqında
Davamlı inkişaf dedikdə elə inkişaf başa düşülür ki, indiki nəsillərin tələbini ödəyir, lakin gələcək nəsillərin tələbinin ödənilməsini təhlükə altına almır.
Davamli Inkişaf Konsepsiyasının əsas ideyası sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şərait və mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi proseslərlə vəhdətdə baxılmasıdır.

ümumiyyətlə, davamlı inkişaf haqqında bütün yanaşmalar belə deməyə əsas verir ki, davamlı inkişaf konsepsiyasının əsasını yoxsulluqla mübarizə, cəmiyyətdə yoxsulluğun azaldılması təşkil edir. Bu isə o deməkdir ki, davamlı inkişaf və yoxsulluğun azaldılması bir-biri ilə əlaqəli, daha dəqiqi, bir-birini tamamlayan problemlərdir. Başqa sözlə desək, davamlı inkişafın təmin edilməsi, elə yoxsulluğun aradan qaldırılması, onun maksimum azaldılması deməkdir.
Məlumdur ki, müstəqilliyini bərpa etdikdən sonra digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycan Respublikasında da müəyyən çətinliklər, iqtisadi xaotiklik meydana gəlmişdir. Buna baxmayaraq, ölkənin təbii və iqtisadi potensialından məqsədli və səmərəli istifadə qısa zaman kəsiyində sürətli iqtisadi inkişafa nail olmağa imkan yaratdı. Hazırda bir çox iqtisadi göstəricilərinə görə dünyanın inkişaf etmiş dövlətləri ilə müqayisə edilən Azərbaycan respublikasında da, keçmiş müttəfiq respublikalarda olduğu kimi, cəmiyyətin inkişafının mühüm aspektlərindən biri də yoxsulluğun azaldılması, tarazlı inkişafın təmin edilməsidir. Bu da təbiidir, çünki yoxsulluq ölkənin iqtisadi inkişafını əngəlləyən, insan inkişafını məhdudlaşdıran amillərdən biridir.
BMT-nin Inkişaf Proqramı (UNDP)
BMT-nin Inkişaf Proqramı (United Nations Development Programme - UNDP) 1965-ci ildə BMT-nin geniş tex¬niki yardım və xüsusi fondları bir proqramda birləşdirmək məqsədi ilə yaradılmışdır. BMT-nin Inkişaf Proqramı bu sis¬temdə olan və soxsahəli iqtisadi və texniki cəhətdən ma¬liyyələşdirən ən iri təşkilatları təmsil edir.
Məqsədi:
1. milli inkişaf planı ilə əlaqədar olan onların iqtisadi və sosial inkişafının sürətlənməsinə daimi köməklik etmək məqsədilə inkişaf etməkdə olan ölkələrə yardım göstərmək;
2. iqkişaf etməkdə olan ölkələrə yüksək iqtisadi sə¬viyyəyə çatdırmaq və bu ölkələrin əhalisinin sosial həyat şə¬raitini yaxşılaşdırmaq üçün onlara köməklik göstərmək

BMT-nin Inkişaf Proqramının (UNDP) texniki yardım sahəsində aşağıdakıları özündə birləşdirir:
1. ekspert və məsləhət xidməti təqdim etmək, seminarlar təşkil etmək, xaricdə milli mütəxəssislər hazırlamaq;
2. ətraf mühit və onun inkişafı (Rio-de-Janeyro, 1992-ci il), əhali artıqlığı və inkişaf etdirmək (Qahirə, 1994-cü il), so¬sial inkişaf etdirmək (Kopenhagen, 1995-ci il), qadınların və¬ziyyəti (Pekin, 1995-ci il), yaşayış məntəqələri (Istanbul 1996-cı il) problemləri üzrə qlobal forum qərarlarının yerinə yeti¬rilməsi yolunda yenilikçi və özünün operativ sosial-iqtisadi inkişafı sahəsindəki fəaliyyətində səmərəli dəyişən yollara malik olmalıdır.
3. möhkəm insan inkişafı (yoxsulluğun kökünü kəsmək, ətraf mühitin qorunması, məşğulluğun təmin edilməsi, qadınlara köməklik göstərilməsi, əlverişsiz şəraitdə olan insan qruplarının sosial bağlılığı və s.) üçün əsas aspektləri bir mər¬kəzə toplamaq;
4. keçid dövründə olan ölkələrdə xüsusi sektor üçün əlve¬rişli şəraitin yaradılması daxil olmaqla iqtisadiyyatın idarə edilməsi sahəsində islahatın və siyasətin həyata keçiril¬məsində milli idarəetmə kadrlarının hazırlanması;
5. fövqəladə vəziyyətdə köməklik göstərilməsi və uzun¬müddətli inkişafa keçmək.
BMT-nin iqtisadi təşkilatlarının əsas vəzifələri BMT-nin min illiyi Bəyannaməsində təqdim olunur:
1. gündə bir dollardan az gəliri olan əhalinin sayını iki dəfə ixtisar etmək;
2. aclıqdan əziyyət çəkən əhalinin sayının 2 dəfə ixtisar etmək;
3. bütün oğlan və qızların tam həcmdə ibtidai məktəb təh¬sili almasının təmin edilməsi;
4. yaxşı olardı 2005-ci ildə ibtidai və orta təhsil sfera¬sında cinslər arasında 2015-ci ilə isə təhsilin bütün səviyyələ¬rində fərq ləğv edilsin.
5. 5 yaşa qədər uşaqlar arasında ölüm hallarının 2/3 his¬səsi azaldılsın;
6. analıq ölümü əmsalı 3/4 qədər azaldılsın;
7. AİDS/SPID-in yayılmasını dayandırmalı və xəstəliyin azaldılması meyllərinə başlamaq;
8. ölkələrin strategiyalarının və proqramlarının möhkəm inkişaf prinsiplərini daxil etməli və təbii resursların itirilməsi proseslərinə diqqət yetirməli;
9. təmiz içməli suya daimi imkanı olmayan adamların sayını 2 dəfə ixtisar etmək;
10. 2020-ci ilə ən azı 100 milyon ən pis şəraitdə yaşayan sa¬kinlərin həyat şəraitinin nisbətən yaxşılaşdırılmasının tə¬min edilməsi;
11. müntəzəm, gələcəkdə və etibardan salınmayan ticarət və maliyyə sisteminin yaradılmasını davam etdirməli
Diqqətinizə görə təşəkkürlər...
Full transcript