Loading presentation...

Present Remotely

Send the link below via email or IM

Copy

Present to your audience

Start remote presentation

  • Invited audience members will follow you as you navigate and present
  • People invited to a presentation do not need a Prezi account
  • This link expires 10 minutes after you close the presentation
  • A maximum of 30 users can follow your presentation
  • Learn more about this feature in our knowledge base article

Do you really want to delete this prezi?

Neither you, nor the coeditors you shared it with will be able to recover it again.

DeleteCancel

Make your likes visible on Facebook?

Connect your Facebook account to Prezi and let your likes appear on your timeline.
You can change this under Settings & Account at any time.

No, thanks

REİNJİNİRİNQ

No description
by

Sakina Aydinova

on 29 February 2016

Comments (0)

Please log in to add your comment.

Report abuse

Transcript of REİNJİNİRİNQ

Mövcud sistemə yeniliklər əlavə edib onun daha yaxşı işləməsini təmin etmək deyil.
Reinjinirinq bu sualla başlayır: “Sahib olduğum bilik və texnoloji avadanlıqlarla bu təşkilatı yenidən qursaydım nə edərdim?”

Mövcud olanı təmir etmək
və ya əsas quruluşu
dəyişmədən müəyyən
mərhələlərlə dəyişikliklər etmək deyil.

Radikal
Tərifdəki ikinci açar söz, Latın dilində mənası kök olan "radix" sözündən əmələ gəlmiş "radikal'dır. Radikal reinjinirinq prosesində, işlerin kökündən dəyişdirlməsi mənasını verir: Yəni mövcud olan sistemin üzərində dəyişikliklər aparmaq yox, köhnə sistemdən tamamilə imtina etməkdir.
İlk açar söz "əsas":
Reinjinirinqdə şirkət ən əsas sualları soruşmalıdır:
-Nə edirik?
-Nə üçün edirik?
-Etməsək nə olar?
-Niyə bu cür edirik?

Bu sualları soruşmaq insanları, işlərinin görmə üsullarında qoyulan qayda və qanunlara təkrar baxmağa sövq edir.
Biznes Proseslərinin Reinjinirinqinin Tarixi
REİNJİNİRİNQ

Biznesin reinjinirinqində biliklərin idarə olunmasının tətbiqi
Müasir dünyada təşkilatlar arasında
rəqabət bilik və informasiya üstünlüyü
ilə müəyyənləşdirilir.

Təşkilatın gələcəyi birbaşa onun biliyi
emal etmək, yaratmaq, saxlamaq və
paylaşmaq qabiliyyətindən asılıdır.

Təşkilatda biliklərin və onların səmərəli
istifadə olunması da daxil olmaqla bütün
kütlənin idarə etmə prosesinin
strukturunu
"təşkilatda bilikləri idarə etmə"
anlayışı müəyyən edir
Bütün dünya şirkətləri rəqabətdə
üstünlüyə nail olmaq üçün daim yeni
üsulların axtarışındadır. Bu üsullardan
biri işin səmərəliliyinin fərqli metodlarla
artılırması üsulu-
Biznes Proseslərin Reinjinirinqidir.

Reinjinirinq
daha səmərəli zaman, maliyyət və xidmət
məqsədi ilə proseslərin radikal bir şəkildə
yenidən qurulmasıdır.
[Fortune Jurnalı. 23.08.1993]

1990-cı illərin əvvəllərində,
Michael Hammer və James Champy bəzi hallarda, xərcləri azaltmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə bir şirkət daxilində radikal yenidən qurma üçün yeganə yol olduğunu ifadə edən, "Korporasiyasının Reinjinirinqi" adlı kitab nəşr etdilər. Onların fikrincə informasiya texnologiyaları bu iş üçün əsas element idi.

Reinjinirinq,bütün işlərə əsasından başlayaraq
yenidən baxmaqdır
Reinjinirinqi tələb edən səbəblər:

1.Qloballaşma və rəqabət
2. Beynəlxalq və regional inteqrasiyaların əhəmiyyətli olması
3. Bilik texnologiyalarında inkişaf
4. Bazar iqdtisadiyyatlnda dəyişikliklər
5. İqtisadi inkişafın gücünün mənbəyinin insan olması
6. Müştərilərin maariflənməsi və tələblərinin dəyişməsi (keyfiyyət, sürətli xidmət, qiymət, məhsulun estetik dəyəri, etibarlılıq və s.)
7. İşçilərin daha demokratik idarə edilmə istəkləri
8. Bazar iqtisadiyyatına keçid prosesinə daxil ölkələrdəki iqtisadi potensial

Hammer və Champy isə tərifi belə vermişlər:
“ Reinjinirinq maliyyə, keyfiyyət, xidmət ve sürət  kimi dövrümüzün ən vacib məhsuldarlıq ölçülərində effektiv dəyişikliklər aparmaq məqsədi ilə biznes proseslərinin əsasının yenidən düşünülməsi və radikal bir şəkildə yenidən qurulmasıdır".


Bu tərifdə dörd açar sözün əhəmiyyətini göstərmək lazımdır:
Üçüncü açar söz effektiv. 

Reinjinirinq fərqli və ya mərhələli dəyişikliklər etmək yox, məhsuldarlıqda əhəmiyyətli sıçrayışlar etmək deməkdir.
Dördüncü açar söz olan proses-
bir neçə işin daxil olduğu və
müştərilərin tələblərinə ən uyğun
nəticənin çıxdığı bir fəaliyyətdir.
Reinjinirinqin məqsədləri

Məhsuldarlığı artırmaq
Reinjinirinq
necə başlamalı
və nə edilməlidir?

Əhəmiyyətli nəticələr əldə etmək:


• Məhsuldarlıqda 25%-100% artış,

• İşçilərin 25%-50%-nin yenidən
yerləşdirilməsii,
və s.


Funksiyaları birləşdirərək
yenilikləri, bazar tələblərini,
texnoloji inkişafi, müştəri
tələblərini və rəqiblərin
strategiyalarını sürətli bir şəkildə
anlayıb qavrama bacarığı olan
yenidən dizayn edilmiş sadə və
daha düz bir yol izləyən
bir təşkilat qurmaq.
Reinjinirinqin məşhur
nümunələrinin biri
FORD
Michael Hammer Forda radikal bir təklif etdi: Fakturanı ləğv etmək. Yeni ssenaridə, müştəri alıcılıq sifarişinin formasının surətini kreditor administrasiyasına göndərməsi lazım deyil. Bunun yerinə o, onlayn məlumat bazasında qeydə alınır. Sifarişlər mağazada olduğunda, satıcı sistemdə onların çatdırmalı sifarişin formasına uyğunluğunu yoxlayır. Köhnə sistemdə, bu formaya giriş yox idi. Əgər sifarişlər uyğun olarsa, o kompüter sistemində onları qəbul edir və qeydə alır. Əgər bu edliməsə, sifarişlər qaytarılır. Hammer bildirdi ki, Ford bu dəyişikliklər nəticəsində demək olar ki, 75% xeyir əldə etmişdir
Diqqətinizə görə
Təşəkkürlər!
BPR programının uğurlu olması üçün:

-Müştəri istəkləri prioriteti əmələ gətirməli və bu baxış birbaşa biznes təcrübələrində istifadəolunmalı;
-Təşkilatın bazarda daha çox rəqabət apara bilməsi üçün maddi üstünlüklər əldə etməli;
-Əməliyyat prossesinin stratejik aspekti, qərarlaşmış işləmə metodları və uzun müddət ərzində daha səmərəli biznes praktikasında inkişaflar əldə edilə bilməsi üçün uyğun sualların soruşulması;
-Obyektiv olaraq bütün fəallıqlara, tapşırıqlara və az dəyər-çox mürəkkəblik qatan işlərin azaldılmasına kömək edərək sadə işləmə metodlarını əmələ gətirmək üçün həqiqi istəyin olması

Strategiyaları müəyyən etmə

Təşkilat hər şeydən əvvəl
məqsədlərini müəyyən etməlidir.
Bir halda ki,dəqiq məqsəd yoxdur
onda parametrlərin ölçülməsindən
və nəticələrin necə olacağından
danışmaq olmaz.

Yüksək səviyyəli idarəetmə

Reinjinirinq layihələri, təşkilatın əlaqəli bütün bölmələrini əhatə edir və onalrın iştirakı
vacibdir. Bölmələri layihəyə cəlb etmək
baxımından layihə rəhbərlərinin liderlik
bacarıqları yüksək səviyyədə olmalıdır
Təşkilatda radikal dəyişikliklər etmək bir çox tərəfədən çətin bir məsələdir. Reinjinirinq tətbiq etməyə başlayan təşkilatlar bu proses gedən zaman bir çox siyasi təzyiqə məruz qala bilir. Müəyyən bir vaxt sonra istənilən nailiyyəti əldə etmədən layihə uğursuz ola bilər. Buna görə də reinjinirinqin tətbiqi müddəti qısa tutulmalı və vaxt itirlməməlidir. Layihə dövrün və təşkilatın tələblərinə uyğunlaşdırılmalıdır.
Reinjinirinqdə verilməli ən vacib qərarlardan biri də layihənin hansı proseslərə tətbiq olunacağı və hardan başlanmalı olduğudur. Bir çox mütəxəssisin fikrincə başlanğıc nöqtə müştəri olmalıdır.
Çünki istehsal olunmuş məhsul və ya göstərilmiş xidmətin istifadəçisi müştəridir. Buna görə də müştərinin fikri layihənin uğurlu olmasına böyük təsir göstərir.



Konsultanların köməyindən, reinjinirinq
planlarının hazırlanmasında və tətbiq
mərhələsində çox istifadə olunur.
Çünki təşkilatın işçiləri uzun müddət
işlədiklərinə görə bir çox mənfi təsirləri
görməkdə çətinlik çəkirlər.

Səkinə Aydınova
Full transcript