Loading presentation...

Present Remotely

Send the link below via email or IM

Copy

Present to your audience

Start remote presentation

  • Invited audience members will follow you as you navigate and present
  • People invited to a presentation do not need a Prezi account
  • This link expires 10 minutes after you close the presentation
  • A maximum of 30 users can follow your presentation
  • Learn more about this feature in our knowledge base article

Do you really want to delete this prezi?

Neither you, nor the coeditors you shared it with will be able to recover it again.

DeleteCancel

Make your likes visible on Facebook?

Connect your Facebook account to Prezi and let your likes appear on your timeline.
You can change this under Settings & Account at any time.

No, thanks

Bülleten IV Rüb

Büdcə Proqnozlaşdırma və Layihələr Departamenti
by

Elchin Guliyev

on 16 November 2015

Comments (0)

Please log in to add your comment.

Report abuse

Transcript of Bülleten IV Rüb

Azərbaycan, Gürcüstan və Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsini nəzərdə tutan “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli Saziş Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında 7 fevral 2007-ci il tarixdə imzalanmışdır. Sözügedən dəmiyolu beynəlxalq yük daşımaların Azərbaycan ərazisindən tranzitinin daha da artırılmasında və regional əməkdaşlığın inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edəcək yeni nəqliyyat dəhlizidir.
Qeyd edilən layihə dörd mərhələdən ibarətdir:
Birinci mərhələdə Marabda-Tetritskaro dəmir yolu sahəsinin mövcud 29,2 kilometr uzunluqda dəmir yolunun rekonstruksiyası nəzərdə tutulmuşdur. Sahə üzrə podrat müqaviləsinin dəyəri 68,4 milyon ABŞ dolları təşkil edir. Bu günədək müqavilə çərçivəsində 66,6 milyon ABŞ dolları vəsait ödənilmiş və işlərin icra göstəricisi 97,4% təşkil edir.
İkinci mərhələdə Tetritskaro-Tsalka dəmir yolu sahəsinin mövcud 49,7 kilometr uzunluqda dəmir yolunun rekonstruksiyası nəzərdə tutulmuşdur. Sahə üzrə podrat müqaviləsinin dəyəri 114,7 milyon ABŞ dolları təşkil edir. Bu günədək müqavilə çərçivəsində 90,6 milyon ABŞ dolları vəsait ödənilmiş və işlərin icra göstəricisi 79% təşkil edir.

Üçüncü mərhələdə Tsalka-Axalkalaki dəmir yolu sahəsinin mövcud 74,1 kilometr uzunluqda dəmir yolunun rekonstruksiyası nəzərdə tutulmuşdur. Sahə üzrə podrat müqaviləsinin dəyəri 183,9 milyon ABŞ dolları təşkil edir. Bu günədək müqavilə çərçivəsində 130,7 milyon ABŞ dolları vəsait ödənilmiş və işlərin icra göstəricisi 71,1% təşkil edir.
Dördüncü mərhələdə Axakalaki dəmir yolu stansiyası – Türkiyə sərhədi (Kartsaxi) arasındakı yeni 26,5 kilometr uzunluqda dəmir yolunun tikintisi nəzərdə tutulmuşdur. Sahə üzrə ümumi dəyəri 356,1 milyon ABŞ dollar olan ayrı-ayrılıqda 4 podrat müqaviləsi imzalanmışdır. Bu günədək müqavilələr çərçivəsində 205,5 milyon ABŞ dolları vəsait ödənilmiş və işlərin icra göstəricisi 58% təşkil edir.
Ümumi olaraq, bu günədək layihəyə 536,8 milyon ABŞ dolları məbləğində vəsait ayrılmışdır, o cümlədən 2013-ci ilin IV-cü rübü ərzində layihəyə 12,2 milyon ABŞ dolları vəsait ayrılmışdır. İşlərin ümumi icrası 50,1% təşkil edir.

Azərbaycan Dövlətinin ən önəmli məqsədlərindən biri qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu məqsədlə Dövlət Neft Fondu hər il müvafiq olaraq maliyyə vəsaiti ayırır.
2014-ci ilin IV rübü ərzində qaçqın və məcburi köçkünlər üçün 4 qəsəbə, 667 Ev və mənzil, 4 məktəb, 4 uşaq bağçası, 3 tibb məntəqəsi və digər ictimai obyektlər təhvil verilmişdir.
Bu günədək Dövlət Neft Fondu tərəfindən layihəyə 1,757 milyon manat vəsait ayrılmışdır, o cümlədən 2014-cü ilin IV rübü ərzində 45,8 milyon manat vəsait ayrılmışdır.

2014
Oktyabr, Noyabr, Dekabr
IV Rüb
Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikintisi layihəsi


Xəzər dənizində qazma qurğularına böyük ehtiyacı nəzərə alaraq yeni altıncı nəsil yarımdalma qazma qurğusunun tikintisi qərara alınmışdır. Xəzər dənizində yeni altıncı nəsil yarımbatan qazma qurğusunun tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payı Prezidentin 30.12.2012 tarixli 803 saylı Fərmanına uyğun olaraq Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.
Qeyd etmək lazımdır ki, qazma qurğusuna sahibliyi “Azerbaijan Rigs” MMC edir. “Azerbaijan Rigs” MMC-nin 90%-i Dövlət Neft Fonduna, 10%-i isə Dövlət Neft Şirkətinə məxsusdur.
Maksimal büdcə həddi 1,116 milyon ABŞ dolları təşkil edən bu layihənin maliyyələşdirilməsinə ümumilikdə 408,5 milyon ABŞ dolları, o cümlədən 2014-cü ilin IV rübü ərzində 69 milyon ABŞ dolları vəsait istifadə olunmuşdur.

Bülleten
Büdcə Proqnozlaşdırma və Layihələr
Departamenti
2014-CÜ İLİN DÖRDÜNCÜ RÜBÜNDƏ
ÖLKƏDƏ BAŞ VERƏN
ƏSAS SOSİAL-İQTİSADİ HADİSƏLƏR
Azərbaycan-Böyük Britaniya biznes forumu keçirilmişdir
Oktyabrın 2-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Böyük Britaniya biznes forumu keçirilmişdir. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, təhsil, kommunikasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak etmişdir.
“Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dekabrın 22-də imzalanan Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilmişdir.

Noyabrın 4-də ölkə prezidenti “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır.

İslahatın əsas məqsədi pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması və həmçinin pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsidir. Pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırma mexanizmlərinin formalaşdırılması əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi və əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi kimi vəzifələrin icrası da sərəncamda öz əksini tapmışdır.

Oktyabrın 8-də Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalamışdır.

Sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq ərazilərin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektlərinin, inzibati və digər təyinatlı obyektlərin) qurulması və sənaye məhəllələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi, sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi, məhəllələrin iştirakçılarının fəaliyyətinin dəstəklənməsi (məsləhət, treninq, peşə hazırlığı xidmətlərinin, güzəştli kreditlər verilməsi və səmərəli fəaliyyət üçün digər xidmətlərin göstərilməsi), habelə məsləhətçilərin cəlb edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi kimi məsələlər Fərmanda öz

əksini tapmışdır.

2014- CÜ İLİN DÖRDÜNCÜ RÜBÜNDƏ FİSKAL SİYASƏT ÇƏRÇİVƏSİNDƏ BAŞ VERƏN HADİSƏLƏR
2014-cü il Dövlət büdcəsinin gəlir və xərcləri

2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18,4 milyard manat, xərcləri isə 18,7 milyard manat təşkil etmişdir. 2014-cü ild Dövlət Neft Fondundan dövlət büdcəsinə 9,33 milyard manat vəsait transfer edilmişdir.


2014-cü il Dövlət Neft Fondunun büdcəsinin icrası barədə məlumat

2014-cü ildə Dövlət Neft Fonduna 12 730,9 milyon manat vəsait daxil olmuş, eyni zamanda Fondun büdcə xərcləri 10 117,1 milyon manat, təşkil etmişdir.
İl ərzində Dövlət Neft Fondunun strateji valyuta ehtiyatları 3,4 faiz və ya 1,2 milyard ABŞ dolları həcmində artaraq ilin sonuna 37,1 milyard dollara çatmışdır.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”

Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən ən əhəmiyyətli layihələrdən biri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” layihəsidir. Sözügedən layihənin maliyyələşdirilməsi Təhsil nazirliyi vasitəsilə icra edilir. Layihənin əsas məqsədi “qara” kapitalı “insan” kapitalına çevirmək və Proqram vasitəsilə mötəbər xarici universitetlərdə təhsil alan gənclərin Azərbaycanın inkişafına töhfə verməsidir.
31 dekabr 2014-cü il tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə ümumilikdə 131,3 milyon manat, o cümlədən 2014-cü ilin IV rübü ərzində 15,5 milyon manat vəsait istifadə olunmuşdur. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin sayı 2867 nəfərdir.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması

31 dekabr 2014-cü il tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə ümumilikdə 1 149,7 milyon manat, o cümlədən 2014-cü il ərzində 80,2 milyon manat vəsait istifadə olunmuşdur.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Tахtаkörpü su аnbаrı, Vəlvələçаy-Tахtаkörpü və Tахtаkörpü-Cеyrаnbаtаn kаnаllаrı AMST ASC–nin əmri ilə yaradılmış Dövlət qəbul Komissiyasının 12 noyabr 2014-cü tarixli aktı ilə istismara qəbul edilmişdir.
12 noyabr 2014-cü il tarixində dəyəri 89,4 milyon manat məbləğində olan yeni Xızı rayonu ərazisində yeni suvarılan torpaqların istifadəyə verilməsi və SAK sisteminə birləşdirici kanalın tikintisi obyektinin tikintisinə başlanılmışdır. Layihəyə əsasən Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun Xızı rayonu üzrə su təminatı yaxşılaşdırılacaq 12 min 579 hektar torpaq sahəsinə verilməsi üçün uzunluğu 261,4 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur.

Neftin azalan qiyməti: Udan və uduzanlar

Son illərdə Çin və digər ölkələrdə neft istehlakının artması, İraq və digər əsas neft hasil edən ölkələr ətrafındakı geosiyasi münaqişələr, Liviyada vətəndaş müharibəsi, ABŞ və AB tərəfindən İrana qoyulmuş neft sanksiyaları nəticəsində neft bazarının həcmi hər gün 3 milyon bareldən çox azalmağa və neftin qiyməti yüksələrək 2010-cu ildən etibarən 100 ABŞ dolları ətrafında dönməyə başladı. Lakin, təxminən 5 illik sabit yüksəlişdən sonra, xam neftin qiyməti 2014-cü ilin iyun ayında 115 ABŞ dollarına qədər yüksəlişdən sonra, yarım il ərzində kəskin aşağı düşmüş, hal-hazırda 61% azalmış və bu azalma davam etməkdədir.
Neftin qiyməti qismən olaraq bu xam mala olan faktiki tələb və təklif, qismən isə proqnozlar əsasında müəyyən edilir. Onun azalmasına isə əsas 4 faktor təsir etdi:
Birincisi, iqtisadi zəifləmə, enerji effektivliyinin artırılması və alternativ yanacaq növlərinə keçid nəticəsində xam neftə olan tələbatın azalması. Avropa ölkələrində iqtisadi zəifləmə, Çində neft istehlakının sadəcə 2% artmaqla, gözlənilən sürətlə yüksəlməməsi, 2009-cu ildə Obama administrasiyası tərəfindən ABŞ-da yanacağın istehlakında səmərəliliyin artırılması istiqamətində avtomobillərə qoyulan tələblər, xam neft bazarlarında OPEC -in gözləniləndən daha çox xam neft hasil etməsi xam neftin qiymətlərinin 61%-ə yaxın aşağı düşməsinə səbəb oldu.
İkincisi, ümumilikdə gündəlik istehsalı 4 milyon barelə çatan iki nəhəng neft istehsalçıları olan İraq və Liviya ətrafındakı münaqişələrin yaratdığı qeyri-sabit şəraitin hasilatın azalmasına qısa müddətli təsiri. İyul ayında Liviya üsyançıları tərəfindən bir ildən artıq bağlı elan edilmiş iki əsas ixrac terminalı Es Sider və Ras Lanufun açılması nəticəsində Liviya ixracatı gözlənilmədən yüksəldi. Münaqişələr yenidən alovlandıqda, ölkənin xam neft istehsalı yenidən azalsa da, ixrac potensialı İraqın artan xam neft istehsalı hesabına kompensasiya edildi. Beynəlxalq Enerji Agentliyinə istinadən 2014-cü ilin sonuna dünyada neftə olan faktiki tələb faktiki təkliflə müqayisədə kəskin azalmağa başladı.

Üçüncüsü, son dörd il ərzində, neftin qiymətinin 110 ABŞ dolları ətrafında olması, Şimali Dakota və Texas neftçilərini əvvəllər hasilatı qeyri-mümkün sayılan şist yataqları (shale formations) istismar etməyə, Kanadada isə Albertanın neftli qumlarından neft istehsal etməyə sövq etdi. 2010-cu ildən etibarən ABŞ tərəfindən 20 minə yaxın yeni neft quyuları sürətlə istismar edilməyə başlandı. Artıq çıxarılan hər bir barel neftin maya dəyəri 70 dollardan 57 dollara endi. Amerika dünyanın ən böyük neft istehsalçısına çevrildi. Baxmayaraq ki, ABŞ xam neft ixrac etmir, bu dövlətdə neft daha az idxal edilməyə başlandı. Bu da bazarda təklifin artımına səbəb oldu və neft hasilatı gündəlik təxminən 9 milyon barel olmaqla 1986-cı ildən sonra ən yüksək səviyyəyə çatdı. Bununla, ABŞ Səudiyyə Ərəbistanının neft istehsalı səviyyəsinə yaxınlaşdı. Beləliklə, şist neftçiləri ilə şeyxlər arasındakı yarış və “qiymət müharibəsi” nəticəsində dünya bazarında xam neftin təchizatı balansındakı kəsir profisit ilə əvəzləndi. Nəhayət, Səudiyyəlilər və onların Körfəz müttəfiqləri məqsədi “Dünya neft bazarlarında neftin qiymətinin stabilliyinin qorunması” olan OPEC təşkilatının 27 noyabr 2014-cü il tarixində Vyanada keçirilən iclasında qiyməti tənzimləmək üçün öz bazar paylarını qurban verməmək qərarına gəldilər.
Büdcə və büdcənin “zərərsizlik nöqtəsi” (break-even point) neftin yüksək qiymətlərindən asılı olan Venesuela və İran kimi bəzi ölkələr, karteldə hasilatın səviyyəsinin aşağı salınmasını təkid etdilər. Lakin, Səudiyyə Ərəbistanın rəsmiləri 1980-ci ildə baş verənləri təkrarlamaq istəmədilər. O zaman hasilatın azaldılması ilə qiymətlər yenə də azalmaqda davam etdi, nəticədə isə Səudiyyə Ərəbistanı bazar payını itirdi.
İndi isə Səudiyyəlilər fərqli taktika ilə hərəkət etdilər: “Qiymətlər azalmaqda davam etsin və buna tab gətirə bilməyən istehsalçılar bazardan çəkilsin”. Bundan əlavə, Səudiyyəlilərin 900 milyarda yaxın valyuta ehtiyatına malik olduğu, həmçinin burada hasil olunan hər barel neftin maya dəyərinin 5-6 ABŞ dolları ətrafında olduğu nəzərə alınsa, bu dövlətlərin qısa müddətdə aşağı neft qiymətləri ilə yaşaması mümkündür.
Onları maraqlandıran isə Amerikanın şist yataqlarda, Avropada dərin sularda və ya Arktikada neftçıxarmanın yüksək xərc tələb etməsidir. Qiymətin aşağı düşməsilə bu istehsalçıların sayı tezliklə azalacaq və neftin qiyməti yenidən sabit olacaqdır.

OPEC üzv ölkələrində "break-even" nöqtəsinə nail olmaq üçün xam neftin tələb olunan qiyməti (2012-ci il) (Matthew Hulbert/European Energy Review)



Qİymətin aşağı səviyyəsi qlobal inkişafa adrenalin şoku təsiri bağışladı. Bu isə o deməkdir ki, qiymətin ən yaxşı halda 40 dollar azalması istehsalçıların gəlirində 1,3 trilyon dollar itki, istehlakçılar üçün isə həmin məbləğdə qənaət deməkdir.
Əlbəttə, burada uduzanlar oldu. Nigeriya faiz dərəcələrini artırmağa və Nairanı devalvasiya etməyə məcbur oldu. İranın, dövlət büdcəsini tənzimləməsi, xüsusilə də Qərbin neft ixracına qoyduğu sanksiyalardan sonra ölkə iqtisadiyyatını tənəzzüldən bərpa etməsi üçün neftin qiymətinin ən az 100 dollar olması zəruridir.
Rusiyanın perspektivləri daha qaranlıq görünür. Rusiyanın neft istehsalı artaraq, gündə 11,48 milyon barel təşkil etməklə, 1987-ci ildəki post-sovet istehsalı səviyyəsinə qaldırıldı. Lakin, neftin qiymətində hər bir dollarlıq azalma Rusiyanın gəlirlərində 2 milyard dollar itki ilə nəticələndi. Rusiya Mərkəzi Bankı, məzənnədəki sərt enişi və inflyasiya riskini önləmək üçün Rublun 16 ilin ən sərt enişini etməsindən sonra banklara verdiyi kreditlər üzrə faiz dərəcəsini 10,5%-dən 17%-ə yüksəltdi. Rublun dollar qarşısında dəyərini itirməsi, ümumilikdə iqtisadiyyatın və ixracdan gələn gəlirlərin 70%-nin enerji daşıyıcılarından asılı olduğunu göstərdi. Rublun dəyərinin düşməsi inflyasiyanın artımı və idxalın kəskin bahalaşması, həmçinin hökümətə inamsızlıqla nəticələndi.
Azalan qiymətlərin ən ciddi zərbə vurduğu sənaye sahələri neft çıxarma şirkətləri, neftin boru kəmərləri, dəmir yolu və tankerlərlə nəqlində iştirak edən şirkətlər oldu.
Udanlar isə əsasən xam neft idxal edən ölkələr, sənaye sahəsi kimi isə şübhəsiz ki, aviaşirkətlərdir. Tədqiqatlar göstərir ki, neftin qiymətində azalmanın davam etməsi aviasənayedə 10 milyard dollar həcmində iqtisadi artım, aviabenzinin qiymətində hər azalan penni Airlines for America üçün 200 milyon dollar qənaət deməkdir. Yanacağın qiymətinin aşağı olması sərnişinlərin sayının çoxalması, gəlirlərin artması və səyahətlə əlaqədar bütün sahələrin inkişafına böyük stimuldur.
Amerika Birləşmiş Ştatları üçün xam neftin qiymətlərinin düşməsinin müxtəlif təsirləri vardır. Orta statistik amerikalının yanacaq xərci 2013-cü ildə il ərzində 3000 dollar təşkil edirdisə, o, artıq 2014-cü ildə 800 dollar, 2015-ci ildə isə 550 dollar qənaət etmiş olur. Alyaskanın büdcəsi üçün qiymətdə azalma güclü zərbə olsa da, bu hadisə amerikanın 42 ştatı üçün iqtisadi təkanla nəticələnəcəkdir.


Beləliklə, uzunmüddətli perspektivdə xam neftin qiymətinin azalması pozitiv nəticələrə gətirə bilər. Energy Information Administration xəbərdarlıq edir ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin inkişafı ilə neft istehlakı 2010 və 2040-cı illər arasında 38%-ədək artacaqdır. OPEC-in proqnozlarına əsasən, həmin müddətdə neftin qiyməti 177 dollara çatacaqdır.
Müəllif : Aysel Sadıqlı
Sonda,
Büdcə Proqnozlaşdırma və Layihələr departamenti adından Dövlət Neft Fondunun bütün əməkdaşlarını 15 illik yubiley və yeni inzibati binanın istifadəyə verilməsi münasibəti ilə təbrik edirik.
Biznes sahəsində idarəetmə kadrlarının hazırlanmasına həsr olunmuş Beynəlxalq Forum

Oktyabrın 31-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikasında biznes sahəsində idarəetmə kadrlarının hazırlanması: Azərbaycan-Almaniya əməkdaşlığı" mövzusunda II Beynəlxalq Forum keçirilmişdir. "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində keçirilən tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Almaniyanın Azərbaycandakı Səfirliyinin, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (GİZ) nümayəndələri, eləcə də 2009-2014-cü illərdə Almaniyada ixtisasartırma kursu keçmiş 80-dən çox sahibkar və menecer iştirak etmişdir.

Star Neft Emalı Zavodunun tikintisi layihəsi

D
övlət Neft Fondu tərəfindən maliyyələşdirilən iri infrastruktur layihələrdəb biridə Star neft emalı zavodunun tikintisi layihəsidir.
Bugünə qədər Fond tərəfindən layihəyə 760 mln ABŞ dolları ayrılmışdır. Ümumi olaraq layihəyə 1,235 mln ABŞ dolları, o cümlədən 2014-cü ilin IV rübü ərzində 252 mln ABŞ dolları istifadə edilmişdir.
Star neft emalı zavodu layihəsi Türkiyədə möhtəbər The Award for Lifetime Achievement and Contribution to Turkey’s Capital Marlkets-in 3 nominasiyasında mükafata layiq görülmuşdür. Nominasilayalar aşağıdakılardır:
Project Finance Deal of the year
Trade & Export Deal of the year
Syndicated Loan Deal of the year

Makroiqtisadi göstəricilər və növbəti ilin proqnozları
Əsas sosial-iqtisadi hadisələr
Layihələrdə baş verən yeniliklər
Fiskal siyasət çərçivəsində baş verən hadisələr
ARDNF-in büdcəsinin tərtibi

Məqalə: Neftin azalan qiyməti: Udan və uduzanlar
2014
Oktyabr, Noyabr, Dekabr
IV Rüb
Bülleten
Büdcə Proqnozlaşdırma və Layihələr
Departamenti

2014-CÜ İLİN MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ VƏ NÖVBƏTİ İLİN PROQNOZLARI

2014-cü ərzində istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi 59 milyard manat təşkil etmişdir. 2014-cü ildə ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,8 faiz, onun qeyri-neft sektoru isə 7 faiz artmışdır. ÜDM-in 60,9 faizi qeyri-neft sektorunda istehsal edilmişdir.

2014-cü ilin ötən dövrü ərzində iqtisadiyyatda müşahidə edilən artım tendensiyası investisiyaların həcmində də özünü biruzə vermişdir. Belə ki, iqtisadiyyata 27 milyard dollar sərmayə qoyulmuş və bunun 16 milyard dolları daxili sərmayədir. Daxili investisiyaların böyük hissəsi dövlət investisiyalarıdır.

Əhalinin gəlirləri 2013-cü il ilə müqayisədə 2014-cü ildə 4,8 faiz artaraq 39,4 milyard manat, orta aylıq əmək haqqı isə 4,2 faiz artaraq 443 manat təşkil etmişdir. Əhalinin gəlirlərinin artım səviyyəsi infilyasiyanı üstələmişdir. 2014-cü ildə inflyasiya 1,4 faiz təşkil etmişdir. Dövlət büdcəsinin sosial yönümlü xərcləri 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin makroiqtisadi proqnozlarına görə 2015-ci ildə ÜDM-in real artım dərəcəsi 4,3 faiz, o cümlədən qeyri-neft ÜDM-in 8,3 faiz olacağı gözlənilir.



Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi
Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu

Dövlət büdcəsi haqqında qəbul edilmiş qanuna əsasən 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 438 mln manat, xərcləri 21 100 mln manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 18 604 mln manat, yerli gəlirləri 834,5 mln manat, mərkəzləşdirilmiş xərcləri 19 446 mln manat, yerli xərcləri 1 654 mln manat) məbləğində təsdiq edilmişdir. Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transferin həcmi 10 388 mln manat olaraq təsdiqlənmişdir.



Son zamanlar baş verən mühüm siyasi hadisələrin nəticəsi olaraq Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti daha da artmışdır. Sözügedən layihənin tikintisi məqsədilə Prezidentin 25.02.2014 tarixli Sərəncamı ilə səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə Dövlət Neft Şirkətinə məxsus olan “Cənub Qaz Dəhlizi” qapalı səhmdar cəmiyyəti təsis edilmişdir. Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmləri və layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi geri qaytarılmaq şərti ilə, Dövlət Neft Fonduna tapşırılmışdır.
Bu günədək “Cənub Qaz Dəhlizi” QSC tərəfindən emissiya edilmiş 2,517 milyon ABŞ dolları həcmində qiymətli kağızlar Dövlət Neft Fondu tərəfindən alınmışdır, o cümlədən 2013-ci ilin IV rübü ərzində 252,2 milyon ABŞ dolları həcmində qiymətli kağızlar Fond tərəfindən alınmışdır.

Cənub Qaz Dəhlizi
Full transcript